“Sinfdə donuruq, bizə kömək edin!” - Bakıdakı orta məktəb şəhər Meriyasından imdad DİLƏYİR
Gündəm / Təhsil
Oxunub: 843
26 Kas 2019 | 16:40
“Sinfdə donuruq, bizə kömək edin!” - Bakıdakı orta məktəb şəhər Meriyasından imdad DİLƏYİR

Havalar soyuduqca özü ilə bərabər bir çox problemlər də gətirir. Təbii ki, hər bir insanı maraqlandıran əsas məsələlərdən biri də istilik sisteminin vaxtında verilməsidir. Fərqi yoxdur mənzillərdə olsun, ya orta məktəblərdə, əsas odur ki, otaqlar isti olsun. Ancaq elə məktəblər var ki, bu istilikdən hələ də məhrum qalıb. Şagirdlər otaqlarda palto ilə oturacaqlarsa, hansı bilikdən, savaddan danışmaq olar? Bu cür problemlə üzləşən təhsil ocaqları sırasında Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 307 nömrəli məktəbin də adını çəkə bilərik. Sözügedən məktəbə hələ də istilik verilməyib.

“Əgər bir sinifdə bu problem yaransa, onda güzəştə getmək olardı. Axı bütün siniflər bu vəziyyətdədir, otağın temperaturu 0 dərəcə göstərir”.

Bunu Sabunçu rayon 307 nömrəli məktəbin coğrafiya müəllimi Hafiz Rəhimov Modern.az-a danışarkən söyləyib.

“Bildiyiniz kimi, noyabr ayının 15-dən başlayaraq, ölkə qış rejiminə keçib. Qış rejimi başlasa da, hələ ki bizim məktəbdə istilik sistemi qoşulmayıb. Artıq neçə ildir ki, biz bu problemlə qarşılaşırıq. Havalar da soyuq keçdiyindən şagirdlər sinifdə palto ilə otururlar, bu zaman da dərs prosesi pozulur. Otaqda dərs keçmək də mümkün deyil. O qədər soyuq olur ki, şagirdlər dərsə də gələ bilmirlər, davamiyyət çox aşağıdır. Dəfələrlə adiyyatı qurumlara müraciət etmişik, bizim şikayətimizə baxan olmayıb. Müraciət edəndə də, iki nəfər göndərirlər onlar da gəlib guya, nəsə iş görürlər. Məktəbin qazanxanası, zirzəmisi çox pis vəziyyətdədir. Əslində məktəbin ərazisində vaxtilə gölməçə olub, sonra qurudulub yerində təhsil ocağı inşa ediblər. Havalandırma sistemi də sıfır dərəcədədir”.

Hafiz Rəhimovun sözlərinə görə, məktəbdə əvvəllər istilik sistemi olub.

“Ümumiyyətlə, bu məktəb 2006-cı ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı vaxtdan, bir neçə il məktəbə istilik verildi. Ancaq indi o istiliyə möhtac qalmışıq. Özüm də xəstə insanam, mən və şagirlər nə vaxta kimi bu zülmü çəkəcəyik? Deməli bir neçə gün bundan qabaq 3-cü mərtəbədə su boruları partladı, inanırsınız otaqlar suyun içində qaldı. Valideynlər də hər dəfə məktəb direktorundan şikayətlənir ki, bizim uşaqlarımız tez-tez xəstələnir, bu məsələləri həll edin. Bu problem tək məktəb direktorunun işi deyil axı? Belə məsələlərə adiyyatı qurumlar nəzarət etməlidir. Mən şəxsən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəfələrlə müraciət etmişəm. Hətta müdirin qəbulunda da oldum. Ordan mənə bildirdilər ki, bu, onların səlahiyyətində deyil. Dedilər ki, yalnız Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdən sonra məsələ həll olunar. Sizdən çox xahiş edirik, bu məsəli işıqlandırın ki, bizim məktəbə də bir nəzər yetirsinlər. Çünki burda vəziyyət çox acınacaqlıdır. Uşaqlar dərsə gələ bilmirlər ki, sinfdə donuruq, otura bilmirik”.

Modern.az
Bugün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Bugün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Bugün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Bugün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Bugün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur