“Range Rover”də gəzən başçının UŞAQ BAĞÇASI OYUNU
Gündəm / Cəmiyyət
Oxunub: 477
3 Ara 2019 | 12:17
“Range Rover”də gəzən başçının UŞAQ BAĞÇASI OYUNU

Qazaxın uşaq bağçalarında “şahmat oyunu” gedir.

Gundemxeber.Az bildirir ki, mətbuatda və sosial şəbəkələrdə yazılan informasiyalara əsasən, fiqurların yerdəyişməsi planlı həyata keçirilir.

Hələ bir neçə ay qabaq Qazax rayon 6 saylı uşaq bağçasında hazırlanmış ssenari üzrə 4 nəfər işçi işdən azad olunmuşdu: bunlardan biri müəllimə, biri aşpaz, ikisi xadimə... Bu dörd nəfərdən üçü bu dəqiqədə işsizdir.

Lakin bir aşpaz olan Dürrə xanım işdən çıxandan boş qalmamaq şərtilə bağçalarda məzuniyyət yerinə işləyir.

Çünki Dürrə xanım Qazax rayon icra hakimiyyətində məsul vəzifədə çalışan Svetlana xanımın xalasıdır.

Bildirilir ki, 6 saylı bağçanın müdirəsi Aynurə xanım da Svetlana xanımın qardaşı arvadıdır. Beləcə, ailə podratı yaradılıb.

Məlumata görə, bağçaları özünə bir nömrəli məşğuliyyət hesab edən Qazaxın icra başçısı Rəcəb Babaşov yenə müdir postlarında dəyişiklik edib, 2 saylı bağçaya İsmayılzadə Günel Şahin qızını müdirə gətirib.

G.İsmayılzadənin epilepsiya xəstəsi olduğu, uzun illərdir Tiflis şəhərində nervpotoloq müalicəsi aldığı söylənir. Onun iki ayın içində 1 saylı bağçada işləyərkən valideynlərlə möhkəm davası olmuşdu.

Deyilənə görə, 2018-ci ilin yayında 3 saylı bağçada məzuniyyət yerinə işləyərkən, qrupda uşaqların içində özündən gedib, həmin vaxt oranın müdirəsi Asya xanım hadisə yerində olub.

İcra başçısının müavini Gülayə xanım az qala Asiyanı öldürəcəkmiş ki, İsmayılzadəni kim işə götürüb?! Ancaq sonra özünün işə götürdüyü yadına düşüb və susub.

Görünür, Qazaxın icra başçısı kadr islahatı deyərkən öz qohumlarını işlə təmin etməyi başa düşüb. Ümumiyyətlə. Qazaxın icra aparatında işləyən məmur xanımlar öz qohumlarını bağçalara yerləşdirirlər.

6 saylı bağçanın müdirəsi Aynurə xanımı 4 saylı baxçaya müdür göndərdilər, 4 saylı bağçanın müdirəsi Vəfa xanım isə məzuniyyətə getdi. O, qardaşının toyuna gedib və gec qayıtması başçıya pis təsir edib. Odur ki, onu 6 saylıya “sürgün” edib.

Yayılan xəbərlərə görə, R.Babaşov bu yaxınlarda səhər tezdən 1 saylı bağçada olub: “Bağçaya daxil olan kimi deyib ki, bura çox solğun görünür. Ona görə deyilib ki, əvvəlki müdür, adı dillərə dastan olan İradə xanımın bağçaya dönüşü gözlənilir.

Başçı burada gəzərkən 30 ilin müəlliməsi Sultan xanımı qaralayıb. Deyib ki, yaman yorğun görünürsən, deyəsən, səninlə vidalaşacağıq. Çox maraqlıdır ki, rayonun icra başçısı niyə uşaq bağçalarının daxili işlərinə bu dərəcədə müdaxilə edir.

6 saylıya isə heç bir stajı olmayan, uşaq psixologiyasından anlayışı olmayan birini müdür göndərib, valideynlərin sevimlisi Vəfa xanım işdən azad olunub.

İddialar var ki, R.Babaşov Qazaxda təkcə bağça bazarı açmayıb, kartofçuluqla da məşğuldur. Belə olmasaydı, özünə 250 minlik “Range Rover” almazdı. Azərbaycanda icra başçılarının vəzifə maaşları 1500-1925 manat arasında dəyişir.

Gundemxeber.Az
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
17-04-2024, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
17-04-2024, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
17-04-2024, 12:13
Azyaşlılarda bu xəstəliklər artıb
17-04-2024, 11:40
Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI
17-04-2024, 10:50
Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO
17-04-2024, 10:24
Evinin həyətində asılmış meyiti tapıldı
17-04-2024, 09:44
Aytən Səfərova ağır yol qəzası keçirtdi
17-04-2024, 09:14
Ən çox nifrət edilən 5 bürc: Hamı onları...
17-04-2024, 08:40
Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib