Azərbaycanın xarici ticarət əlaqələrinin tənzimlənməsi
Gündəm / İqtisadiyyat
Oxunub: 872
12 Ara 2019 | 16:05
Azərbaycanın xarici ticarət əlaqələrinin tənzimlənməsi

Azərbaycanın BİM sistemində XTƏ-nin inkişafını şərtləndirən amillər. Dünya təsərrüfatının və bazarın formalaşmasında beynəlxalq iqtisadi münasibətlərin rolu və əhəmiyyəti böyükdür. Belə ki, bu gün Azərbaycan Respublikasi müxtəlif dövrlərdə dünyanın 152-dən çox xarici dövləti ilə iqtisadi münasibətlərdə olmuşdur. Onlardan MDB üzvü olan ölkələr daha böyük paya malikdir. Daha çox əmtəə mübadiləsi aparılan digər ölkələrə isə İtaliya, Rusiya, Türkiyə, Fransa, İsrail, ABŞ, İsveçrə, Gürcüstan, İngiltərə, Almaniya, İran və s. bu kimi dövlətlər daxildir. Şübhə yoxdur ki, beynəlxalq iqtisadi münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün ən başlıca amil xarici portnyorların marağıdır. Onlar daha çox mənfəət götürməyə və yeni satış bazarı ələ keçirməyə, daha ucuz iş qüvvəsini tapmağa, texniki yenilikləri və texnologiyanı tətbiq etməyə, sərfəli xammal və enerji mənbələri ələ keçirməyə, habelə turizm imkanları tapmağa çalışırlar. Hazırda suverenlik və iqtisadi müstəqillik yoluna qədəm qoymuş Azərbaycanın xarici ölkələrlə qarşılıqlı fayda verən əlverişli iqtisadi münasibətləri genişlənməkdədir. Belə bir əlaqələrin yaradılması üçün Azərbaycanda həm istiqlaliyyətmizin iqtisadi təməlinin möhkəmləndirilməsini əldə edə biləcək ictimai-siyasi qüvvə və həm də zəruri iqtisadi potensial imkanları mövcuddur. Bu baxımdan xarici iqtisadi münasibətlərin genişləndirilməsi və iqtisadi fəaliyyətin səmərəliliyinin təmin olunması üçün aşağıdakı istiqamətlərdə iş aparılmalıdır:

-Ölkənin ixrac potensialının, onun inkişaf istiqamətlərinin düzgün qiyməytləndirilməsi və müəyyənləşdirilməsi;

-İdxal əvəzedici sahələrin inkişaf imkanları və prespektivlərinin araşdırılması;

-Xarici maliyyə-kredit resurslarının Azərbaycan Respublikasına cəlb edilməsi;

-İqtisadi təhlükəsizlik konsepsiyasının işlənməsi və reallaşdırılması;

-İnteqrasiya prosesinin tənzim edilməsi və.s.

Bu gün dünyada baş verən köklü keyfiyyət dəyişilikləri, o cümlədən beynəlxalq əmək bölgüsünün yeni əsaslar üzərində dərinləşməsi, qlobal problemlərin kəskinləşməsi, elmi-texniki tərəqqinin inqilabi xarakter alması və s. beynəlxalq iqtisadi münasibətlərdə inteqrasiya prosesində obyektiv zərurətə çevirilmişdir. Bunun nəticəsidir ki, hazırda tədricən iqtisadi sərhədlərin silinməsi, bütün dünyada eyni qanunlara tabe olan vahid iqtisadi məkanın yaranması prosesi gedir. Dünya dövlətləri dünya təsərüfat sisteminə fəal surətdə qoşulmaqla bir tərəfdən özlərinin müvafik ehtiyyatları olmadığı halda belə cəmiyyətin təlabatını daha dolğun ödəmək, iqtisadiyyatın səmərəli strukturunun formalaşdırmaq və s. bu kimi mühüm problemləri həll etmək, digər tərəfdən isə özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar. Beynəlxalq iqtisadi münasibətlərin sonrakı inkişafı perspektivləri, dünya bazarının həcminin artması imkanları beynəlxalq əmək bölgüsünün inkişafı dərəcəsi ilə, onun daha yüksək tiplərinə keçidlə müəyyən edilir. Lakin beynəlxalq əmək bölgüsünün beynəlxalq iqtisadi münasibətlərin əsası kimi inkişaf imkanlarından sosialist iqtisadiyyatı şəraitində idarəetmənin inzibati-amirlik metodları və bazar münasibətləri sferasının darlığı səbəbindən kifayət qədər geniş və səmərəli istifadə edilmirdi. Iqtisadiyyatın həddən artıq dərəcədə dövlətin mülkiyyətində olması səbəbindən beynəlxalq iqtisadi münasibətlərin subyekti kimi əsasən dövlət çıxış edirdi. Keçmiş sovet respublikaları, xüsusilə də Azərbaycan dünya bazarlarına mərkəz vasitəsilə çıxırdılar. Müəssisələr isə müstəqil surətdə beynəlxalq bazarlara çıxmaq səalhiyyətlərinə malik deyildilər. Buna görə də beynəlxalq iqtisadi münasibətlərin islahatı ilk növbədə aşağıdakıları özündə əks etdirməli idi:

• idarəetmənin həddən artıq mərkəzləşdirilmiş plan-sərəncamverici

metodlarından bazar prinsiplərinə keçid;

• beynəlxalq iqtisadi münasibətlərin dövlətləşdirilməsinin qarşısının alınması;

• beynəlxalq iqtisadi münasibətlərin köklü surətdə liberallaşdırılması.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin 5 aprel 1994-cü il tarixli “Xarici ticarətin liberallaşdırılması haqqında” fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla xarici ticarət üzərində dövlət inhisarı aradan qaldırılmış və müstəqil xarici iqtisadi fəaliyyət prinsipi tətbiq edilmiş, xarici iqtisadi fəaliyyətin tənzimlənməsi sisteminin transformasiyasına təkan vermişdi. Beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı ilk növbədə ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsini tələb edir ki, bu zaman da əsas istiqamətlərdən biri beynəlxalq iqtisadiyyatı tənzimləyən müxtəlif təşkilatlarla əlaqələri genişləndirməkdən ibarət olmalıdır. Azərbaycan da müstəqillik qazandığı ilk illərdən etibarən beynəlxalq təşkilatlarla əlaqələr qurmağa və bu əlaqələri dərinləşdirməyə çalışmışdır. Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.

Azərbaycanın uğur təmılinin əsas səbəbləri

Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonar bərqərar olmuşdur. Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır. Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar. Azərbaycan beynəlxalq maliyyə-iqtisadi təşkilatlar sırasında Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə də əməkdaşlıq edir. Azərbaycan 1992-ci ilin sentyabrında Dünya Bankına, 1995-ci ilin martında Beynəlxalq İnkişaf Assosiasiyasına üzv olmuşdur. Eyni zamanda, Azərbaycan 1992-ci ildə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinə, 1995-ci ildə isə Beynəlxalq Maliyyə Korporasiyasına qoşulub. Azərbaycan həmçinin 1992-ci il 18 sentyabr tarixindən etibarən BVF-nun üzvüdür. 1995-ci ildən etibarən Dünya Bankı bazar iqtisadiyyatına keçid üzrə islahat proqramlarının həyata keçirilməsi, makroiqtisadi stabilləşdirmə və neft gəlirlərinin idarə edilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yardım, infrastrukturun (su, irriqasiya, avtomobil yolları) bərpa edilməsi, təhsil və səhiyyə, enerji sektoruna investisiyaların cəlb edilməsi sahəsində tədbirlər, dövlət sektorunda islahatlar, kənd təssərrüfatında və ümumiyyətlə qeyri-neft sektorunda artım və yeni iş yerlərinin açılması sahələrində Azərbaycana yardım etməkdədir. Indiyə kimi Azərbaycanda iqtisadi islahatların aparılmasına, makroiqtisadi sabitliyin dəstəklənməsinə BVF tərəfindən 435 milyon ABŞ dolları, struktur islahatların aparılmasına, təhsil, mədəniyyət, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə Dünya Bankı tərəfindən 491 milyon ABŞ dolları həcmində yardım göstərilmişdir. Fikrimizcə çalışmaq lazımdır ki, Dünya Bankının və BVF-nun kreditləri olmadan Azərbaycan iqtisadiyyatını inkişaf etdirək. Azərbaycan AYİB-ə 25 sentyabr 1992-ci il tarixdə üzv seçilmişdir və o vaxtdan etibarən AYİB Azərbaycanda enerji, nəqliyyat, su, bankçılıq, mülkiyyət, aqrobiznes və ümumi sənaye kimi sahələri əhatə edən ölkə və regional əhəmiyyətli layihələrin həyata keçirilməsini dəstəkləmişdir. Bununla yanaşı, AYİB ölkədə institusional inkişafın və rəqabətliliyin artırılması məqsədilə maliyyə və texniki yardım göstərmişdir. AYİB-in maliyyə sektoru üzrə fəaliyyət istiqaməti bank sistemində aparılan islahatlar, maliyyə siyasəti və respublikanın maliyyə institutlarına dair gələcək siyasətin təşkili və həyata keçirilməsinə yönəldilmişdir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı ilə yanaşı əhalinin rifah halının daha da yaxşılaşması, dövlət tərəfindən sosial öhdəliklərin tam yerinə yetirilməsi, sahibkarlıq subyektlərinin sayının artması, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin minimum endirilməsi və digər amillər onu deməyə əsas verir ki, dünyada böhranlı proseslərin davam etməsinə baxmayaraq ölkəmiz sabit inkişafını davam etdirməkdədir. Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndirilməsi məqsədilə çoxtərəfli iqtisadi əməkdaşlıqla yanaşı ikitərəfli iqtisadi əməkdaşlıq da inkişaf etdiriləcək. Hazırda Azərbaycanın 140 ölkə ilə diplomatik əlaqələri, 17 ölkə ilə (Avstriya,Bolqarıstan, İran, İsveçrə, Misir, Pakistan, Rumıniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, Yaponiya, Yunanıstan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan) İkitərəfli Komissiyaları və 4 ölkə ilə müxtəlif əməkdaşlıq formaları - Çin ilə Nazirliklərarası Birgə Komissiya (İİN-ləri arasında), Böyük Britaniya ilə Ticarət Şurası (XİN-ləri arasında), İtaliya ilə Birgə İşçi Qrupu (iş adamları arasında), ABŞ ilə İşçi Qrupu (Maliyyə Nazirlikləri arasında) mövcuddur. İqtisadi münasibətlərin daha intensiv şəkildə inkişaf etdirilməsi baxımından ikitərəfli iqtisadi əməkdaşlıq çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın mövcud vəziyyətinin təhlili, yaranmış problemlərin aradan qaldırılması və inkişaf perspektivləri istiqamətində aparılan işlər daha da sürətləndiriləcək, hər iki tərəf üçün əhəmiyyət kəsb edən yeni layihələr hazırlanıb həyata keçiriləcəkdir.

“Hürriyyət”
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam
27-03-2024, 14:03
Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
27-03-2024, 12:57
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
27-03-2024, 12:12
Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...
27-03-2024, 11:36
Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər
27-03-2024, 10:21
Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
27-03-2024, 09:51
Bakıda 15 yaşlı qız itkin düşüb
27-03-2024, 09:20
27 Mart - Azərbaycanda Elm Günüdür
27-03-2024, 08:55
134 nəfər Füzuliyə YOLA SALINDI
26-03-2024, 17:44
Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib
26-03-2024, 16:51
25 yaşlı qadın öldürüldü - Əri tutuldu
26-03-2024, 15:57
Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü
26-03-2024, 14:50
İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video
26-03-2024, 14:30
Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı
26-03-2024, 13:36
Bakıda yenidən qurulan parklanmada qiymətlər...
26-03-2024, 12:23
Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT