İşğalçı ordunu saxlamaq hökumət üçün getdikcə böyük yükə çevrilir - Paşinyan hökuməti dilemma qarşısında...
Gündəm / Dünya
Oxunub: 719
13 Ara 2019 | 16:48
İşğalçı ordunu saxlamaq hökumət üçün getdikcə böyük yükə çevrilir - Paşinyan hökuməti dilemma qarşısında...

Bugünlərdə Ermənistan parlamenti hərbi xidmətdən yayınanlarla bağlı qanun qəbul edib. Qanuna əsasən, 2019-cu il martın 1-dək çağırışçı yaşı tamam olan gənclər cərimə ödəməklə (1.8 milyon dram və ya təxminən 3760 dollar) cinayət məsuliyyətindən yayına bilərlər. Təklif edilir ki, göstərilən yaş həddinə çatma dekabrın 31-dək uzadılsın.

“Yeni Müsavat”ın erməni KİV-ə istinadən verdiyi xəbərə görə, Ermənistanın müdafiə naziri David Tonoiyan bununla bağlı acı etirafda bulunaraq bildirib ki, qanun gənclərin hərbi xidmətdən yayınma vasitəsinə çevrilib. “Nəticədə çoxları orduya çağırışdan yayınmağı və çağırış yaşına çatdıqdan sonra cərimə ödəməklə məsuliyyətdən qaçmağı üstün tutur”, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, hüquqların bərabərliyini təsbit edən konstitusion prinsip nöqteyi-nəzərincə, qanun Ermənistanda yaşayan və öz konstitusion borcunu yerinə yetirənlərə münasibətdə ədalətli deyil: “Bundan əlavə, son illər çağırış prosesini yaxşılaşdırmağa yönəlik addımlara baxmayaraq, ordudan yayınanların sayı azalmır”.

Tonoyan ardınca deyib ki, söhbət ordudan yayınan təxminən 3 min nəfərdən gedir, hansıların ki, 2 min nəfərinin artıq 27 yaşı tamam olub.

Erməni mediası onu da yazıb ki, 2017-ci ilin dekabrında qanuna analoji düzəlişlər eləməklə ölkənin əvvəlki rəhbərliyi bəyan eləmişdi ki, bu, axırıncı dəfə olacaq və ordudan yayınanlar bir də belə şansa malik olmayacaqlar. Ancaq yeni hökumət belə bir düzəlişi qəbul edərək, 2018-ci il 31 dekabra kimi 27 yaşı olanların təzədən vətənə qayıtmasına imkan yaratdı.

*****

Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, ağlı başında olan erməni gənci orduda, xüsusən də işğal altındakı Dağlıq Qarabağda, digər Azərbaycan torpaqlarında hərbi xidmət keçmək istəmir. Çünki erməni ordusu da cəmiyyətin bir hissəsi kimi ağır maddi problemlər içindədir, büdcənin kasadlığı üzündən əsgərlərin maddi-texniki təchizatı aşağı səviyyədədir, hərbi xidmətdə nizamnamədən kənar hallar, xüsusən də gənc əsgərlərə, çağırışçılara qarşı “dedovşina” halları, intiharlar adi hal alıb. Əsgərlər həmçinin döyülür, ölüdürülür, bu zaman günahkarları məsuliyyətə cəlb eləmək də bir qayda olaraq, mümkün olmur. Ona görə ki, döyən zabitlərin “krişnası” adətən güclü olur.

Bunu görən erməni valideynlər də öz övladlarını müxtəlif yollarla ölkədən çıxarırlar. Çünki onu da yaxşı bilirlər ki, erməni rəsmilərinin boş-boş danışıqlarına rəğmən, müharibə hələ bitməyib. Bu isə o deməkdir ki, hökumət Azərbaycanla silahla yarışında az-çox ayaqlaşmaq üçün əhalinin boğazından kəsib işğalçı orduya ayırmalıdır (Arayış üçün: gələn il üçün kasıb Ermənistanın dövlət büdcəsinin 25%-i hərbi xərclərə yönələcək ki, bu da 625 milyon dollar edir).

Ayrılan pullar isə çox vaxt zabit heyəti və generalitet səviyyəsində mənimsənilir. Çünki hamı normal yaşamaq istəyir. Yeri gəlmişkən, belə mənimsəmələrə görə hazırda neçə-neçə yüksək çinli zabit, hətta general həbsdədir...

*****

Beləcə, getdikcə işğalçı ordunu, onun şəxsi heyətini həm maddi cəhətcə saxlamaq, həm də orduya çağırışçı tapmaq çətinləşir. Hərbi xidmətdən yayıyanlardan yığılacaq məbləğlə isə bu problemi çözmək mümkün deyil. Ona görə ki, bu - səbəbdir, nəticə isə İrəvanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti, ağır blokada rejimi, iş yerlərinin azlığı, iqtisadi-sosial böhrandır.

Bir sözlə, işğalçı ordunu saxlamaq hökumət üçün getdikcə böyük yükə çevrilir. Paşinyan hökuməti artıq dilemma qarşısındadır. Təsadüfi deyil ki, neçə vaxtdır hökumət qadınların orduya cəlb olunması üçün onlara cəlbedici və stimullaşdırıcı təkliflər verir.

Ancaq nə qadınları şirnikləndirməklə, nə də erməni gəncləri zorla silahlı qüvvələrə çağırmağa ehtiyac qalmaya da bilər, əgər Paşinyan iqtidarı sələflərindən fərqli olaraq, nəhayət, üzünü acı gerçəyə tutsa, erməni xalqı ilə səmimi və açıq danışsa, proseslərin, indiki vəziyyətin onu hansı fəlakətə doğru apardığını ona anlatsa. Anladacaqmı?

Vaxt gedir. Həm də ermənilərin, işğalçı ölkənin ziyanına olaraq...
“Yeni Müsavat”
Bugün, 14:49
İranlılar Türkiyəyə axışır: sərhəddə tıxac yarandı
Bugün, 14:04
“İrəvanla Bakı davamlı sülhə nail olmaq üçün imkana sahibdir”
Bugün, 13:30
Taksi sürücülərinə - Xəbərdarlıq
Bugün, 12:55
Bayram günü leysan yağacaq
Bugün, 12:13
Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb
Bugün, 11:35
İran İrəvandakı bu tarixi abidəmizi mənimsəyir - Foto
Bugün, 11:01
Paşinyan Qazaxın kəndlərindən DANIŞDI - Təmas xəttini sərhədlə əvəz etmək istəyirik
Bugün, 10:18
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı PAYLAŞIM
Bugün, 09:59
Bu gün sonuncu çərşənbədir
Dün, 17:14
“Bundan sonra bura Zəfər meydanıdır”
Dün, 16:36
Başsağlığı
Dün, 16:27
Prezident xalqı təbrik etdi
Dün, 16:02
“Bu il bu proses davam edəcək”
Dün, 15:09
Novruzda da bu küçələr avtomobillər üçün bağlı olacaq
Dün, 14:25
“Trabzonspor” – “Fənərbaxça” oyununa görə 12 nəfər saxlanıldı
Dün, 13:46
“Azərbaycan-Rusiya münasibətləri sabit inkişafı ilə seçilir”
Dün, 13:25
NATO Baş katibinin Azərbaycana səfəri başa çatdı
Dün, 12:56
Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib
Dün, 12:14
Texniki müayinə mərkəzləri bayram günlərində işləyəcək - DYP
Dün, 11:30
Yaz fəslinin Azərbaycana daxilolma vaxtı AÇIQLANDI
Dün, 10:44
Putindən seçki açıqlaması: Bu, məni təəccübləndirdi
Dün, 10:02
Əli Əsədov qərar imzaladı
16-03-2024, 17:46
NATO qoşunları Ukraynaya girsə, III Dünya müharibəsi başlayacaq - Nazir
16-03-2024, 16:40
Qurban Qurbanov Almaniya klubundan TƏKLİF ALDI
16-03-2024, 15:50
Milli Məclisin deputatı Vyanaya gedir
16-03-2024, 12:27
Forum iştirakçılarının sayı rekord həddədir
16-03-2024, 12:24
Azərbaycan dünya siyasətinin mühüm iştirakçısına çevrilib