“Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular” - Şirvanda özbaşınalıq...
Gündəm / Cəmiyyət
Oxunub: 652
14 Ara 2019 | 11:23
“Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular” - Şirvanda özbaşınalıq...

“Evimizin dam örtüyü demək olar ki, yoxdur, eləcə, əlimizə keçən şiferləri düzmüşük. Yağış başımıza yağır. Azyaşlı uşaqlarım var, ayaqları tutulur, ciyərləri, böyrəkləri xəstədir. Kanalizasiyamız yoxdur, ətrafımız çirkab sulardır. Xəstəliyin, ölümün içində yaşayırıq”. Bunları Şirvan şəhəri, Neftçilər küçəsi 3 a ünvanda yaşayan Günay Kərimova deyir. Onun sözlərinə görə, azyaşlı övladlarına görə özü işləyə bilmir, həyat yoldaşı sürücüdür, ona da iş yoxdur. Nəticədə ailənin durumu dözümsüz vəziyyətə çatıb.

“Atam öz pensiyası ilə azdan-çoxdan kömək edirdi, o da dünyasını dəyişdi. O rəhmətə gedəndən sonra vəziyyətimiz lap ağırlaşdı. Aclığa birtəhər dözmək olar, ancaq bu yağış, qar başımıza yağır, buna dözmək olmur. Yaşamağa yerimiz yox idi, qayınatamgilin həyətinin bir küncündə atamın köməkliyi və borc-xərclə balaca bir ev tikdik ki, uşaqlar çöldə qalmasın. Ancaq damını bağlamağa imkanımız olmadı, şiferləri düzdük ki, açıq qalmasın. Yağış başlayandan əşyalarımız suyun altında qalıb. Yağışın qarşısını almaq üçün şiferlərin böyür-başına döşək, yastıq yığmışıq. Özümüz birtəhər ev düzətlmişik, heç olmasa damını bağlamağı da dövlət eləsin. Uşaqpulu yox, sosial yardım yox, iş yox, əkməyə torpaq yox, saxlamağa heyvan yox, gəlir yox, biz necə yaşayaq? Şəraitimizi necə quraq? Çörəyi hardan əldə edək ki, acından ölməyək?”

Tikdikləri evə kanalizasiya xətti çəkilmədiyindən ailə özü çirkab sular üçün arx yaradıb, bu da qonşuların narazılığına səbəb olub: “Bizim çirkab sular qonşuların həyətlərinə, evlərinin altına axdığı üçün hər gün mübahisə düşür. Aidiyyəti qurumlara müraciət edirik, həll etmir. Bu problemi aidiyyəti qurumlar həll etməlidir, müraciət edirik ki, gəlib kanalizasiya xəttini həyətimizə birləşdirsinlər, müraciətlərimizə cavab vermirlər”.

Kərimovlar ailəsinin daha bir problemi də tikdikləri evin sənədləşdirilməsi ilə bağlıdır.

Günay Kərimova ailənin sosial problemlərinə çarə tapmaq üçün Şirvan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun qəbuluna da gedib: “İcra başçısının qəbuluna getdim, binanın qarşısında acınacaqlı vəziyyət vardı. Başçının qəbuluna düşmək mümkün deyildi. Bir qadın telefonu çıxartdı, istədi video çəksin, internetdə paylaşsın ki, prezident vəziyyətdən xəbərdar olsun. Ancaq polislər yerə yıxıb, qollarını burdular, telefonu əlindən aldılar. Mən yalvar-yaxarla, birtəhər başçının qəbuluna düşə bildim. Mənə qulaq asdı, bir nəfəri çağırdı, dedi, bu xanımın problemlərini araşdırmağı sənə tapşırıram. O da məni çölə çıxartdı, dedi, danış, görək, nə məsələdir. Mən ona bütün problemlərimizi danışdım. Dedi, sən səhv ünvana gəlmisən, burda belə problemlər həll olunmur. Dedim, necə yəni, səhv gəlmisən, bura rayonun icra hakimiyyətidir, mən də vətəndaşam, prezident bu başçını təyin edib ki, mənim kimi vətəndaşın problemlərini həll etsin. Əgər başçı mənim problemlərimi həll edə bilməyəcəksə, nə iş görür, niyə maaş alır? Dedi, hara istəyirsən, şikayət et, sənin problemlərin bizlik deyil. Sonra da uzaqlaşıb getdi. Mən təzədən başçının qəbuluna düşmək üçün binaya daxil olmaq istəyəndə, polislər buraxmadı, dedilər, sən artıq başçının qəbulunda olmusan”.

Ailənin başçısı Kamal Kərimov uzun müddətdir ki, iş axtarışında olduğunu deyir: “Şirkətlərə “cv” atıram, hamısı boş şeylərdir, vaxt itkisidir. Ömrümüz “cv” ata-ata başa çatdı. Heç yerdə işə qəbul yoxdur. Burda “Şirvan OİL” var, atam orda uzun illər işləyib. O dünyasını dəyişəndən sonra getdim, dedim, yeri boşdur, məni onun yerinə işə götürün. Dedilər, tapşırıq olmasa, mümkün deyil. Şirkətin direktorunun qəbuluna düşmək mümkün deyil, gərək Bakıdan SOCAR-dan tapşırıq ola ki, qəbuluna girə bilim. Mən də sizin vasitənizlə ona müraciət etmək istəyirəm ki, məni qəbul etsin, orda fəhlə, sürücü işləri var, xahiş edim, mənə iş versin, balalarıma çörək gətirim, evimin damını əsaslı təmir edim, bağlayım, bizim də insan kimi yaşamaq haqqımız var. Külək tez-tez şiferləri uçurdur, ev üstü açıq qalır. Yağış uşaqların yatağının içinə yağır”.
Bugün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Bugün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Bugün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Bugün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Bugün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Bugün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Bugün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Bugün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Bugün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Bugün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Bugün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Bugün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
Dün, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
Dün, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Dün, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
Dün, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
Dün, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
Dün, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
Dün, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
Dün, 12:13
Azyaşlılarda bu xəstəliklər artıb
Dün, 11:40
Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI
Dün, 10:50
Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO
Dün, 10:24
Evinin həyətində asılmış meyiti tapıldı
Dün, 09:44
Aytən Səfərova ağır yol qəzası keçirtdi
Dün, 09:14
Ən çox nifrət edilən 5 bürc: Hamı onları...
Dün, 08:40
Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib
16-04-2024, 16:55
“Semka” da həbs edildi