Astarada kənd sakinləri faciə astanasında - 10 min voltluq çürük naqillərin altında gəzirik
Gündəm / Cəmiyyət
Oxunub: 840
14 Ara 2019 | 18:17
Astarada kənd sakinləri faciə astanasında - 10 min voltluq çürük naqillərin altında gəzirik

Kənddə sovet vaxtından qalmış elektrik dirəkləri və naqillər qəzalı vəziyyətdədir

“10 min voltluq naqillər çürüyüb, qırıq-qırıqdır, hər dəfə qırılanda gəlib calaq edib gedirlər. Azca yel əsən kimi naqillər qırılıb yerə düşür. Uşaqları küçəyə buraxmağa qorxuruq”.

Astaranın Şahağacı kənd sakinləri yüksək gərginlik keçən naqillərdən narahatdır. Kənd sakinləri Meydan TV-yə danışırlar ki, kəndə işıq xətti hələ Sovet vaxtı çəkilib. O vaxtdan da nə dirəklər, nə də naqillər yenilənməyib.

“Bu naqillər faciəyə səbəb ola bilər”

“Dirəklər qoyularkən burada elə də çox ev olmayıb. Sonradan torpaqlar əhaliyə satılıb, hamı ev tikib. İndi dirəklər evlərin 3-5 metrliyindədir, naqillər evlərin damlarının üstüylə gedir. Elə evlər var ki, damı ilə naqillərin arasında 20-30 santimetr məsafə var. Naqillər qırılıb evlərin, ağacların üstünə düşür. Naqillərin altından qaz xətləri keçir, Allah eləməmiş, o naqillər sızıntı olan qaz xətlərinin üstünə düşsə, partlayış baş verə bilər. Bu, bütün kənd üçün faciə ilə nəticələnər,”- sakinlər deyir.

Onların sözlərinə görə, yağışlı günlərdə ağaclara, yerə cərəyan keçir:

“Elə ərazilər var ki, yağış yağanda sakinlər bilir ki, o ərazidən keçmək olmaz, cərəyan vurar. Ancaq bunu kənardan kəndə gələn qonaq, məktəbə gedən uşaq bilmir axı… Əsasən də uşaqlar üçün qorxuruq, məktəbə gedib-gəlirlər, küçədə oynayırlar, ağaclara toxunurlar, ağaclara dolaşan naqillər ağaclara da cərəyan ötürür. O naqillər qırılıb uşaqların üstünə düşsə, ya yağışlı havada hansısa uşaq ağaca toxunsa, külə dönər. Söhbət 10 min voltluq naqillərdən gedir. Qırılan naqillər ağacların budağına dolaşır, dəfələrlə örüşdən qayıdan mal-qaranı cərəyan vurub”.

Astarada kənd sakinləri faciə astanasında - 10 min voltluq çürük naqillərin altında gəzirik

“Elə ərazilər var ki, yağış yağanda sakinlər bilir ki, o ərazidən keçmək olmaz, cərəyan vurar”

“İşıq idarəsi deyir, dirəkləri də, naqilləri də, dirəklərin yerini də özünüz dəyişin”

Sakinlərin istədiyi təkcə dirəklərin, naqillərin təzələnməsi deyil, onlar həm də dirəklərin yerlərinin dəyişdirilməsini, yaşayış evlərindən kənarlaşdırılmasını istəyirlər. Demələrinə görə, elə evlər var ki, dirəklərlə 2-3 metr məsafədə yerləşir. Sakinlər müxtəlif qurumlara, 6 dəfə də prezidentə məktub göndəriblər. Yalnız bir dəfə cavab alıblar:

“Astaranın işıq idarəsindən bir dəfə cavab məktubu gəldi ki, dirəkləri, naqilləri dəyişmək, dirəkləri yaşayış evlərindən kənarlaşdırmaq üçün maddi imkan yoxdur, yazıb məsləhət görmüşdülər ki, özümüz ASAN Xidmətə müraciət edək, bu işləri öz hesabımıza görək. Uzun-uzadı yazdıqlarımızdan sonra bizə cavabları bu oldu. Vətəndaş dirək, naqil təzələyəcəksə, dirəyi burdan çıxardıb, aparıb o tərəfdə basdıracaqsa, o zaman işıq idarəsinin işi nədən ibarətdir? İşıqpulu bir gün gecikən kimi gəlib evin işığını dirəkdən ayırıb gedir, dirəyi, naqili dəyiş, həyatımız üçün təhlükəlidir deyəndə, deyir, gedin, özünüz edin”.


“Elə evlər var ki, dirəklərlə 2-3 metr məsafədə yerləşir”

Rəsmi qurum: Adamlar dirəklərin dibində ev tikib”

Astara Elektrik Şəbəkəsindən bildirilib ki, yaxın vaxtlarda nümayəndələr kəndə gedib, dirəklərə və naqillərə baxış keçirib akt bağlayacaqlar.

Astara Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, vaxtilə elektrik dirəkləriylə evlər kifayət qədər məsafəli olublar. Ancaq sonradan əhali dirəklərin yaxınlığında evlər tikib:

“İnsan ev tikəndə görür ki, burda dirək var, ancaq vecinə almır. Günah o kəndin keçmiş bələdiyyələrindədir ki, dirəklərin 3-5 metrliyində insanlara ev tikmək üçün torpaq veriblər. İkinci səhlənkarlıq da sakinlərdədir ki, dirəyin dibində verilən torpağı qəbul edib, orda ev tikiblər. Nəticədə belə bir durum yaranıb. Dirəklərin, naqillərin təzələnməsi üçün biz də “Azərişıq”a məktub göndərərik. Ancaq dirəklərin yerlərinin dəyişdirilməsi mümkün olacaq, ya yox, onu bilmirik. Ola bilsin ki, aidiyyəti qurumlar naqillərin dolaşdığı ağacların həmin hissələrini kəssinlər, əlbəttə ki, əgər canlılar üçün həyati təhlükə varsa…”

Meydan TV
Bugün, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Bugün, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
Bugün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Bugün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Bugün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Bugün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Bugün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Bugün, 10:12
Azərbaycanda zəlzələ oldu
Bugün, 09:36
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Bugün, 09:16
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dün, 17:52
Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH
Dün, 17:24
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
Dün, 15:13
ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi
Dün, 14:23
Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL
Dün, 13:40
Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
Dün, 13:01
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
Dün, 12:05
Prezident Rusiyadadır
Dün, 11:45
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
Dün, 10:48
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək
Dün, 10:12
BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
Dün, 09:28
Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq
Dün, 09:26
Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur
20-04-2024, 19:32
Danimarkada hava limanı təxliyə olundu: bomba təhlükəsi...
20-04-2024, 18:34
Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto
20-04-2024, 17:32
İraqın baş naziri: Ərazilərimizdən Türkiyəyə hücumlar üçün istifadə edilməsinə imkan verməyəcəyik
20-04-2024, 16:51
Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir
20-04-2024, 15:43
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək