Parisdə Azərbaycan elmi diasporunun təməli qoyulub
Gündəm / Siyasət
Oxunub: 723
16 Ara 2019 | 09:48
Parisdə Azərbaycan elmi diasporunun təməli qoyulub

Parisdə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı, Fransadakı səfirliyimizin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə elmi diasporamızın təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, Fransa universitetlərində müxtəlif sahələr üzrə magistratura və doktorantura üzrə təhsil alan, eləcə də artıq doktorluq dərəcəsi almış və elmi tədqiqatla məşğul olan gənc azərbaycanlılar Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində təsis yığıncağı keçiriblər. Gənclərimizin əsas məqsədi yaşadıqları ölkədə elmi diasporanın təməlini qoymaq olub.

Onlar elmi diasporanın strukturu ilə bağlı fikir mübadiləsi aparıb, təkliflərini bildiriblər. Elmi diasporanın təşəkkülünə dair fikirlərini bölüşüblər. Bu istiqamətdə perspektivlər, görüləcək işlər haqqında danışaraq, nizamnamə ətrafında müzakirələr aparıblar. Elmi diasporanın inkişafı istiqamətində müxtəlif təkliflər səsləndirilib. Bütün gənclər elmi diasporanın yaradılmasını yekdilliklə dəstəkləyiblər. Bu sahədə Assosiasiya yaratmaq, elektron elmi jurnalın hazırlanması zərurətinə dair fikirlər səsləndirilib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də tədbirə qoşulub. O, gənclərin təhsili və fəaliyyəti ilə maraqlanıb, onların fikirlərini dinləyib. Gənclərə elmi diasporanın təşkilatlanması ilə bağlı təklif və tövsiyələrini bildirib.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) prezidenti Günel Səfərova rəhbərlik etdiyi Assosiasiyanın illik fəaliyyəti haqqında məlumat verərək, həyata keçirilən layihələrdən söz açıb. Soydaşlarımızın Fransada yaratdığı assosiasiyaları təqdim edib və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Yeni yaradılmış “Caspian Research Center” Assosiasiyası, onun məqsədləri haqqında da danışılıb.

Gənc doktorantlar elmi diasporanın yaradılması zərurəti ətrafında müzakirələrini davam etdirərək təşkilatlanma, konkret fəaliyyət strategiyasının hazırlanması ətrafında fikirlərini bölüşüb və müzakirələr aparıblar.

Qeyd edək ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən olan diaspora quruculuğu Prezident İlham Əliyevin müdrik siyasəti və dəstəyi sayəsində son illər geniş vüsət alıb.

Fransada Azərbaycan diasporasının 10-dan çox assosiasiyası fəaliyyət göstərir və onların sayı getdikcə artmaqdadır.
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
17-04-2024, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
17-04-2024, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
17-04-2024, 12:13
Azyaşlılarda bu xəstəliklər artıb
17-04-2024, 11:40
Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI
17-04-2024, 10:50
Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO
17-04-2024, 10:24
Evinin həyətində asılmış meyiti tapıldı
17-04-2024, 09:44
Aytən Səfərova ağır yol qəzası keçirtdi
17-04-2024, 09:14
Ən çox nifrət edilən 5 bürc: Hamı onları...
17-04-2024, 08:40
Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib
16-04-2024, 16:55
“Semka” da həbs edildi