Bu sürücülərlə bağlı DYP-dən VACİB AÇIQLAMA
Gündəm / Video
Oxunub: 994
16 Ara 2019 | 16:30
Bu sürücülərlə bağlı DYP-dən VACİB AÇIQLAMA

Bir neçə gün əvvəol polisinin əlilliyi olan sürücü ilə qalmaqallı görüntüləri yayılmışdı. Videoda yol polisləri sürücünü yük maşınından zorla endirmək istəyərkən məlum olmuşdu ki, həmin şəxsin bir ayağı protezdir. Məlum görüntülər sosial şəbəkələrdə tənqid edildi, DYP açıqlama verdi ki, həmin sürücü yol polislərinin həyatını təhlükə atdığı üçün ona sərt müdaxilə edilib. Digər tərəfdən də sürücünün əlil olmasından DYP əməkdaşları xəbərsiz olub. Bu hadisə özü ilə başqa bir mövzunu gündəmə gətirdi. Əlilliyi olan sürücülər hansı avtomobilləri, hansı şəkildə idarə edə bilər?

Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədova və yol nəqliyyat eksperti Ərşad Hüseynova müaricət etdik.

Vaqif Əsədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, əlilliyi olan əxslərin avtomobil idarə etmələrində heç bir problem yoxdur. Ancaq idarə edilən avtomobil fiziki qüsuru olan şəxsə uyğun olaraq xüsusi avadanlıqlarla təchiz edilməlidir: "Məsələn avtomobil idarə edən şəxsin əlil və ya ayağı yoxdursa həmin avtomobil mütləq ona uyğun şəkildə hazırlanmalıdır. Avtomobillərdə bu cür təchizatlar təhlükəsizlik tədbirlərinə əsasən fəaliyyətinə icazə verilmiş sexlərdə quraşdırılmalıdır. Belə avadanlıqların kustar üsulla hazırlanması bir qədər təhlükəli ola bilər. Bəhs etdiyimiz avadanlıqlar istənilən avtomobildə şəxsə uyğun olaraq quraşdırıla bilər".

Bəzi xəstəliklərə yoluxan insanlara isə ümumiyyətlə sürücülük vəsiqəsi verilmir. Yol nəqliyat eksperti Ərşad Hüseynov bildirdi ki, sürücülük vəsiqəsinin verilib-verilməməsində yaş və xəstəlik əsas rol oynayır: "Səhiyyə Nazirliyinin 46 saylı qərarına əsasən müəyyən xəstəlikləri olan insanlara sürücülük vəsiqəsinin verilməsi qadağandır. Sürücülük vəsiqəsinin verilməsi üçün tibbi cəhətdən əsas tələblər görmək və sinir sistemi ilə bağlıdır. Bura şəkər xəstəliyi də daxildir. Ancaq, sürücülük vəsiqəsinin verilməməsi hər bir şəkər xəstəsinə aid deyil. Burada xəstəliyin müəyyən dərəcələri əsas götürülür. Bəzi hallarda isə bəhs edilən xəstəliklərin olduğu şəxslərə qısa müddətliyinə sürücülük vəsiqəsi verilir. Növbəti tibbi yoxlamadan keçəndə isə xəstəliyin dərəcəsinə görə, yenidən qərar verilir".

Bugün, 16:51
Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir
Bugün, 15:43
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
Bugün, 14:46
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Bugün, 12:26
Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər
Bugün, 11:21
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Bugün, 10:07
İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq
Bugün, 09:28
Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq