Prezident İlham Əliyev: "Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir"
Gündəm
Oxunub: 342
24 Ara 2019 | 16:46
Prezident İlham Əliyev: "Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir"

Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir.

Xebeler.org AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışında DOST mərkəzinin bir qrup işçisi və "Gənc DOST" könüllüləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: "Bu gün DOST mərkəzinin ikinci binası istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. DOST mərkəzlərinin yaradılması çox gözəl, əlamətdar hadisədir. Bu mərkəzlər sosial təminat sahəsində çox böyük dönüş yaradıbdır, innovasiyaların və müasir xidmətlərin göstərilməsi üçün çox gözəl alət olubdur. Şadam ki, DOST mərkəzlərinin yaradılması artıq geniş vüsət alır və bu, il ərzində açılan ikinci mərkəzdir. Gələn il də Bakıda və rayonlarda bir neçə mərkəzin açılışı nəzərdə tutulur. Beləliklə, gələn il DOST mərkəzlərinin əhatə dairəsi genişlənəcək və əhalimizin yarıdan çox hissəsini əhatə edəcək.

DOST mərkəzlərinin yaradılması bizim sosial siyasətimizin mahiyyətini göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir. Təsadüfi deyil ki, son illərdə bu sahədə çox böyük işlər görülüb. Həm DOST, həm də "ASAN xidmət" mərkəzləri bizim intellektual məhsulumuzdur. İndi "ASAN xidmət" öz intellektual məhsulunu ixrac edir, artıq bir neçə ölkədə bu layihələr icra olunur. Ümid edirəm ki, gələcəkdə DOST xidmətinin də fəaliyyəti başqa ölkələrdə maraq doğuracaq və təcrübə mübadiləsi üçün bizə müraciətlər daxil olacaq.

Digər önəmli məsələ ondan ibarətdir ki, bir binada 130-dan çox xidmət göstərilir. Əminəm ki, buraya müraciət edən və edəcək bütün vətəndaşlar bu xidmətdən razı qalacaqlar. Birinci mərkəzin açılışından sonra DOST mərkəzinə cəmi 6 ay ərzində 60 mindən çox müraciət olmuşdur və vətəndaşların məmnunluq əmsalı çox yüksəkdir. Bu, onu göstərir ki, həm bütün proses çox düzgün təşkil edilib və həm də bu mərkəzlər məhz innovativ əsaslarla fəaliyyət göstərir. Digər tərəfdən, birinci DOST mərkəzində çalışan işçilər və könüllülər vətəndaşlara çox gözəl xidmət göstərirlər. Bu da məni çox sevindirir. Çünki biz ictimai xidmətlər sahəsində yeni davranış qaydaları tətbiq edirik və xidmət mədənidir, çox dəqiqdir. Əminəm ki, DOST mərkəzinə müraciət edən hər bir şəxs buradan razı qayıdır.

Şadam ki, burada işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir. Bu, Azərbaycan gənclərinin fədakarlığını və öz işinə bağlı olduğunu, məsuliyyətlə yanaşdığını göstərir. Eyni zamanda, bu, gənclər üçün də çox gözəl hazırlıq mərhələsidir. Çünki siz gəncsiniz, müstəqil həyata yenicə qədəm qoymağa başlayırsınız və çox gözəl haldır ki, sizin işiniz buradan başlayır. Əminəm ki, burada qazanacağınız təcrübə gələcəkdə sizə kömək edəcək.

Kadr hazırlığı və ölkəmizin gələcək inkişafı baxımından DOST mərkəzlərinin çox böyük faydası var. Yəni, əgər iqtisadi terminlə desək, biz burada multiplikativ səmərə görürük. Bu gün həm vətəndaşlara xidmət, həm sosial təminat sahələrində şəffaflıq, dürüstlük tətbiq olunur və çox ciddi islahatlar aparılır. Mən bu islahatları yüksək qiymətləndirirəm. Müasir xidmət növləri, eyni zamanda, davranış qaydaları, mədəni xidmət formaları, hazırlıq və təcrübə toplanması. Bütün bu amillər burada işləyən hər bir gənc üçün çox önəmlidir. Əminəm ki, siz artıq peşəkar, müasir düşüncəli kadr kimi öz gələcəyinizi quracaqsınız və daha yüksək pilləyə qalxacaqsınız.

İlin sonunda Xəzər rayonunda belə gözəl mərkəzin açılması çox əlamətdar hadisədir. Son dövrlərdə sosial təminat sahəsində böyük işlər görülübdür. Bu il dövlət tərəfindən ən böyük sosial paket tətbiq olunub və bu, 4,2 milyon insanı əhatə edib. Bu, analoqu olmayan sosial təşəbbüsdür ki, həm maaşlar, həm pensiyalar, müavinətlər artırılıb, problemli kreditlərlə bağlı məsələ öz həllini tapıb. Biz bütün bu işləri vətəndaşların rifah halının yaxşılaşması üçün edirik. İqtisadi imkanlarımız artdıqca bu işləri görməyə başlamışıq və bu işlər gələcəkdə daha geniş vüsət alacaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də çox fəal işləyir, islahatlar aparır, yeni təşəbbüslər irəli sürür. Beləliklə, bu böyük sahə hesab edirəm ki, bundan sonra da çox önəmli aktor kimi özünü göstərəcək. Çünki bizim sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün şəhid ailələri, müharibə əlilləri üçün yeni binanın açılışı nəzərdə tutulur. Bu il 800-dən çox ailə yeni evlərə, mənzillərə köçür. Gələn il bu rəqəm təqribən iki dəfə artıq olacaq. Yəni bizim iqtisadi inkişafımız imkan verir ki, sosial sahəyə daha böyük vəsait yönəldək. Hazırda 7500 şəhid ailəsi dövlət tərəfindən pulsuz evlər və mənzillərlə təmin olunub və bu proses davam etdiriləcəkdir".
Bugün, 16:51
Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir
Bugün, 15:43
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
Bugün, 14:46
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Bugün, 12:26
Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər
Bugün, 11:21
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Bugün, 10:07
İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq
Bugün, 09:28
Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq