"Tender əjdahası" İnpeks.N şirkətindən ŞİKAYƏT (VİDEO)
Gündəm
Oxunub: 372
30 Ara 2019 | 19:00
"Tender əjdahası" İnpeks.N şirkətindən ŞİKAYƏT (VİDEO)

"İş üçün şirkətlərdən birinə getdim. Orada mənə çıxarış gəldi ki, hazırda sizin adınıza əmək müqaviləsi var. Ancaq mənim bu müqavilədən heç xəbərim yoxdur".

Qaynarinfo xəbər verir ki, bu sözləri Səlimov Allahverdi Məhəmmədi oğlu İnpeks.N MMC adlı şirkətdən şikayətində bildirib.

Onun sözlərinə görə sözügedən şirkət ünvanını işçidən gizlədərək, son əmək haqqı və əmək kitabçasını ona vermir.

"Çox araşdırdım, amma tapa bilmədim. Ona görə belə bir müraciət edirəm. Mənim adıma əmək kitabçası açılmasından heç xəbərim olmayıb. Məndən sadəcə şəxsiyyət vəsiqəsi istəmişdirlər. 6 ay əvvəl Nərimanov rayonunda yerləşən bağçada fəhlə kimi işləmişəm. Amma əməkhaqqını kartla vermirdilər. Hətta mənim adıma əmək müqaviləsi olduğu başqa işə girmək istəyəndə üzə çıxdı".

Allahverdi Səlimovun sözlərinə görə, internetdə araşdırdığı ünvana gedib, lakin həmin ünvan başqa bir ailəyə məxsusdur:
"Məsələdən xəbər tutduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyə müraciət etdim. Onlar mənə məlumat verdilər. Sonra internetdə araşdırdım və şirkətin ünvanı kimi qeyd olunan Tofiq Abbasov 13, mənzil 34 ünvanına getdim. Lakin qarşıma bir ailə çıxdı və məsələdən xəbərdar olmadıqlarını qeyd etdilər. Şirkət ünvanı yalandan yazıbmış. Polisə, məhkəməyə müraciət etdik, amma adam tapılmır. Şirkət rəhbərliyindən adını bildiyim İntiqam Ramazanovdur, bir də ofisdə Mehdi adlı şəxs işləyirdi".
"Tender əjdahası" İnpeks.N şirkətindən ŞİKAYƏT (VİDEO)

Şikayətçi bildirib ki, ona şirkətdə kimə məxsus olduğu bilinməyən nömrədən zəng gəlib və hesabın bağlandığı, artıq yeni iş üçün başqa yerlərə müraciət edə biləcəyini deyiblər. Ancaq Allahverdi Səlimovun şikayəti təkcə bu deyil: o, həm əmək kitabçasının, həm də son əməkhaqqının ödənilməsini tələb edir. Çünki şirkət ünvanını gizli saxlayaraq kitabçanı hardan götürəcəyini demir.

Qeyd edək ki, Dövlət təşkilatlarının tikinti, təmir, abadlıq işlərinin; ehtiyat hissələrinin, avadanlıqların, mebellərin, geyimlərin, dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının, hətta, kondisionerlərin təmir edilməsinin satın alınması üzrə elan etdikləri tender və kotirovka sorğularında "İnpeks.N” MMC orta hesabla hər gün 1 tenderin qalibi olub.

"İnpeks.N” şirkəti 2019-cu ildə ən böyük müqaviləni Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlayıb.

Həmçinin Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti (Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri üçün), Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası, rayon icra hakimiyyətlərinin və mərkəzi xəstəxanalarının elan etdikləri tenderlərin qalibi olub.

"İnpeks.N” şirkəti 28.03.2019 – 24.10.2019 dövründə (179 gündə) malların (işlərin və xidmətlərin) satınalınması üzrə 234 müsabiqənin qalibi olub. Şirkət bağladığı müqavilələr üzrə 73 milyon 320 min manat gəlir əldə edib.

Ancaq 01.01.2019 – 27.03.2019 dövründə dövlət təşkilatları və "İnpeks.N” arasında müqavilələrin bağlanıb bağlanmadığı haqqında "Dövlət satınalmalarının vahid elektron portalı”nda məlumat yerləşdirilməyib.(Qaynarinfo)

Bugün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Bugün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Bugün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Bugün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Bugün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Bugün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Bugün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Bugün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Bugün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Bugün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
Dün, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
Dün, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
Dün, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Dün, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
Dün, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
Dün, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
Dün, 13:28
Prezident 2 fərman imzaladı
Dün, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
Dün, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
Dün, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Dün, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Dün, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ
Dün, 09:26
Şimali Makedoniyada prezident seçkiləri keçirilir
Dün, 09:02
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
23-04-2024, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
23-04-2024, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
23-04-2024, 17:11
Əli Əsədov yeni qərar imzaladı