Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlərə və işəgötürənlərə müraciət edib
Gündəm / Cəmiyyət
Oxunub: 630
31 Tem 2018 | 12:19

Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişini almaq hüquqlarına malikdirlər. Lakin bir sıra hallarda onlar bu hüquqları barədə məlumatsız olduqları üçün həmin sığorta ödənişini almaq üçün müraciət etmirlər. Eləcə də bəzi müəssisələrin işəgötürənləri də bu barədə məlumatlı olmadıqlarından qeyd olunan səbəblərdən işini itirmiş şəxsləri aidiyyəti üzrə məlumatlandırmırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlərə, habelə işəgötürənlərə müraciət edərək bildirir ki, bu il yanvar ayının 1-dən qüvvədə olan "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının (və ya ştatların) ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara işsizlikdən sığorta ödənişini almaq hüququ verir.

Qanun.info.az  AZƏRTAC-a istinadən bildirir kiNazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, həmin səbəblərdən əmək müqaviləsinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər azı 3 il sığorta stajına malik olduqda onlar sığorta ödənişini ala bilərlər.

İşini itirdiyi günədək, yəni, işsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan çox sığorta stajı olan əmək qabiliyyətli şəxslərə itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 faizi, sığorta stajı 10 ildən yuxarı olduqda 60 faizi qədər işsizlikdən sığorta ödənişi təyin olunur.

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir. Belə ki, ilk 2 təqvim ayı üçün 100, 3–4-cü təqvim ayları üçün 80, 5–6-cı təqvim ayları üçün 70 faiz ödəniş edilir.

İşsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan az sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə 3 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir. Eyni zamanda, təkrar müraciət zamanı da minimum sığorta ödənişi ödənilir.

İşsizlikdən sığorta ödənişi almaq hüququ olanlar qeydiyyatda olduqları rayon (şəhər) üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

Bugün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Bugün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Bugün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Bugün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Bugün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Bugün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Bugün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Bugün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Bugün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Bugün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Bugün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Bugün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
Dün, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
Dün, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Dün, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
Dün, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
Dün, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
Dün, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
Dün, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
Dün, 12:13
Azyaşlılarda bu xəstəliklər artıb
Dün, 11:40
Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI
Dün, 10:50
Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO
Dün, 10:24
Evinin həyətində asılmış meyiti tapıldı
Dün, 09:44
Aytən Səfərova ağır yol qəzası keçirtdi
Dün, 09:14
Ən çox nifrət edilən 5 bürc: Hamı onları...
Dün, 08:40
Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib
16-04-2024, 16:55
“Semka” da həbs edildi