Təcili tibbi yardım xidmətinin “103” müəmması - NARAZILIQ...
Gündəm
Oxunub: 403
13 Şub 2020 | 13:06
Təcili tibbi yardım xidmətinin “103” müəmması - NARAZILIQ...

Hər kəsə bəllidir ki, təcili tibbi yardıma ehtiyac olan zaman "103" mərkəzi dispetçer xidmətinə zəng vurmaq lazımdır. Təəssüflər olsun ki, ölkənin bütün rayonlarında fəaliyyət göstərsə də, Bakının, necə deyərlər, düz “qulağının dibində” yerləşən Abşeron rayonunda bu xidmət işləmir. Məsələn, Ağdaş rayonunda günün istənilən saatında “103” nömrəsinə yığıb, təcili tibbi yardım çağırmaq mümkündür. Ancaq Xırdalan şəhərindən “103”-ə zəng vurduqda, dispetçerlər bildirirlər ki, Xırdalan onların ərazisi olmadığına görə, (012) 342-28-11 nömrəsinə zəng edərək təcili tibbi yardım çağıra bilərlər.

Bu müəmmanı araşdırmaq üçün əvvəlcə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq. Nazilikdən AYNA-ya bildirildi ki, “103” qısa nömrəsi Səhiyyə Nazirliyi (SN) tərəfindən alındığına görə, bütün məsələlərə SN cavabdehdir.

SN Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) öyrəndiyimizə görə isə, “103” dispetçer xidməti ancaq Bakı və Bakıətrafı rayonlara xidmət göstərir: “Rayonlardan “103”-ə zəng edəndə, birbaşa həmin rayonun öz təcili tibbi yardımına düşmək mümkündür. “012103” nömrəsini yığdıqda isə Bakı şəhərindəki təcili tibbi yardımın mərkəzi dispetçer xidməti ilə əlaqə yaranacaq. Ancaq rayonlara təcili tibbi yardım göndərə bilmədiyimizə görə, həmin çağırışı elə həmin rayonun təcili tibbi yardımına yönləndiririk”.

“Abşeron rayonu və Sumqayıt şəhəri isə, ümumiyyətlə “103” xidmətinə aid olmadığına görə 7 rəqəmli nömrə ilə əlaqə saxlamaq lazımdır. Biz özümüz belə, lazım olanda həmin nömrə vasitəsilə əlaqə qururuq. Bunun hansı səbəbdən belə olmasını isə bilmirik”, - deyə BŞTTTYS rəsmisi qeyd etdi.

Sualımıza bu qurumdan da cavab almadığımıza görə, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS) ilə əlaqə saxladıq. Stansiyanın baş həkimi Mirələm Cəlalov dedi ki, nəinki Abşeron və Sumqayıt, heç Bakı şəhəri də TTTYS-yə tabe deyil: “Hazırda 12 məntəqəmiz var, onlar reanimasiya briqadalarından ibarətdir. Bizə, ancaq yol qəzalarında və xəstəxanalarda ixtisaslı mütəxəssis çatışmadıqda xəstəxana rəhbərliyi tərəfindən müraciət olunur, həkimlərimiz ancaq hadisələr baş verdikdə çağırışlara gedirlər. Bizdə dispetçer xidməti isə “103” yox, “113”-dür”.

“Abşeron və Sumqayıt məsələsinin isə hansı səbəbdən bu formada olması mənimçün də qaranlıqdır. Ola bilsin ki, burada texniki problem mövcuddur. Bir aralar Siyəzən rayonundan “103”-ə zəng vuranda, Şabran rayonunun təcili tibbi yardım mərkəzinə düşürdü. Bu problem də, düşünürəm ki, telefon xətti ilə əlaqəli ola bilər. Həmçinin, indi struktur da bir qədər qəribədir, rayonlarda “103” mərkəzi rayon xəstəxanalarına tabedir”, - deyə M.Cəlalov vurğuladı.

Abşeron rayonundan təcili tibbi yardım çağırmaq üçün verilən nömrə - (012) 342-28-11 ilə əlaqə saxladıqda isə bu cavabı aldıq: “Abşeron rayon ərazisindən “103”-ə zəng vuranda gah bizə düşür, gah da mərkəzi dispetçerə. Düşünürük ki, bu, ATS-lə bağlı olan problemdir”.

Təəssüflər olsun ki, aldığımız cavabların heç biri qanedici olmadı. Əksinə, problem yumaq kimi uzandı, kələfin ucunu isə tapa bilmədik. Ümid edirik ki, problemlə birbaşa bağlı olan səlahiyyətli qurumlar Abşeron və Sumqayıt şəhərində yaşayan sakinləri nəzərə alacaq, onların da “103” xidmətindən normal şəkildə istifadə etmələrinə şərait yaradacaq. //ayna.az//
Bugün, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
Bugün, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Bugün, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Bugün, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ
Bugün, 09:26
Şimali Makedoniyada prezident seçkiləri keçirilir
Bugün, 09:02
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
Dün, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Dün, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
Dün, 17:11
Əli Əsədov yeni qərar imzaladı
Dün, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
Dün, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
Dün, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Dün, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
Dün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Dün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Dün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Dün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Dün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Dün, 10:12
Azərbaycanda zəlzələ oldu
Dün, 09:36
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Dün, 09:16
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
22-04-2024, 17:52
Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH
22-04-2024, 17:24
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
22-04-2024, 15:13
ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi
22-04-2024, 14:23
Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL
22-04-2024, 13:40
Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
22-04-2024, 13:01
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı