İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video
Gündəm
Oxunub: 330
19 Şub 2020 | 11:05
İddia: Deputatlığa namizədin MSK-ya şikayətini əngəlləyirlər - Video

99 saylı Şəmkir kənd seçki dairəsində saxtakarlığın xüsusi üsulları tətbiq olunur.


Bununla bağlı Bizimyol.info xəbər portalına həmin dairədən deputtalığa namizəd, Yeni Azərbaycan Partiyasının üzvü Tural Zeynalov məlumat verib. Onun sözlərinə görə, məntəqələrdə səsvermyə gələnlərin sayı ilə bağlı müşahidəçilərin və komissiyanın rəqəmləri arasında fərq var: "Seçki komissiyası səsverməyə gələnlərin sayını süni şəkildə artırıb. Bunu təsdiq edən videoçəkilişlərimiz də var".

Tural Zeynalov deyir ki, yerli bələdiyyə sədri məntəqədə müşahidəçilərə və hətta deputatlığa namizədə təzyiq göstərib, guya məntəqə komissiyasının qadın üzvlərini təhqir etməkdə günahlandərəb: "Halbuki o bələdəiyyə sədrinin, ümumiyyətlə, səsvermə məntəqəsinə gəlib səs verməkdən başqa halda daxil olması və müdaxilı etməsi qanunsuzluqdur. Müşahidəçilərin normal şəkildə fəaliyyət göstərməsinə mane olublar. Bundan başqa səsvermənin nəticələrinə də müdaxilə edilib. Komissiya üzvlərindən biri ayağa durub səslərin sayılması zamanı ayağa qalxıb divara keçərkən qəsdən elektrik düyməsinə toxunur və otağın işıqlarını söndürür. Bu zaman əvvəlcədən hazırlanmış və masanın altına qoyulmuş bülletenlər masanın üstündəkilərə qarışdırılır. Bütün bu və başqa bu kimi saxtakarlıqları sübut edən videoçəkilişlərimiz var".

Tural Zeynalov deyib ki, pozuntularla bağlı materialları və şikayət məktubunu Mərkızi Seçki Komissiyasına hələ fevralın 11-dən göndərib, ancaq 7 gün ərzində bu məktub MSK-ya "çatmayıb: "Düşünürəm ki, rayon icra hakimiyyıəti şikayət məktublarının Bakıya getməsini əngəlləyir. Ancaq mən Bakıya gəlib bütün materialları Mərkəzi Seçki Komissiyasına təqdim etdim. Görək nə olur?!".




Videoçəkilişdən məlum olur ki, məntəqə komissiyasınn sədri bülletenləri kisəyə doldurub müşahidəçilərin nə baş verdiyini görə bilməyəcəyi məsafəyə aparır. Komissiya üzvü isə həmin vaxt guya təsadüfən işığı söndürür.(Bizimyol.info )
Bugün, 16:46
Ayrılan pullar bizə çatmır - Zelenski
Bugün, 16:18
Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır
Bugün, 15:49
Həmid Nurinin oğlu da İsveçdə həbs edildi
Bugün, 15:15
Kreml Puqaçova ilə bağlı açıqlama yaydı
Bugün, 14:52
“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR
Bugün, 14:23
Milli Məclisin növbəti iclasının TARİXİ
Bugün, 13:45
Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH
Bugün, 13:02
“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb
Bugün, 12:37
Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?
Bugün, 11:53
“Crocus City Hall” terrorunda yaralananların sayı artdı
Bugün, 11:15
Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir
Bugün, 10:46
İran bu ölkələri Xəzərə buraxmaq istəmir
Bugün, 09:59
Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA
Bugün, 09:15
MİDA-nın vəzifəli şəxsi vəfat etdi
Bugün, 08:47
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam