Xocalı soyqırımına həsr olunmuş rəsm və inşa yazı müsabiqəsi
Gündəm
Oxunub: 399
20 Şub 2020 | 19:50
Xocalı soyqırımına həsr olunmuş rəsm və inşa yazı müsabiqəsi

20 fevral 2020-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi İsmayıllı rayon Təhsil şöbəsi və Heydər Əliyev Mərkəzi ilə birgə ”Xocalı Soyqırımı”na həsr olunmuş “Qəmlə yazılmış səhifəm mənim” mövzüsunda rəsm və inşa-yazı müsabiqələri keçirmişdir.Tədbirdə İsmayıllı rayon RİH-nın əməkdaşı Namiq Kərimov,Təhsil şöbəsinin meteodistləri Ülviyyə Zeynalova, Rəna Mirzəliyevavə və aparıcı-məsləhətçisi Ramiz Baloğlanov iştirak edib.
İlk öncə Xocalı Soyqırmı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib və faciə qurbanlarına həsr edilmiş bədii kompazisiya nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov qeyd edib ki, insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini tarixi düşmənlərimizin təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
Çıxışlarda qeyd olunub ki, bu qanlı gecədə ermənilərin törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi.
Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir.
Tədbir gənclərin Xocalı Soyqırımında törədilmiş dəhşətləri özündə əks etdirən rəsmlərinə baxış keçirilməklə davam etdirilmiş, ardınca isə, inşa-yazı müsabiqəsi keçirilmişdir. Rəsm müsabiqəsində 3 saylı məktəb-liseyin şagirdi Mirzəyeva Nəzrin birinci yerə, Tircan kənd tam orta məktəbin şagirdi Eyvazova Rəna ikici yerə və 7 saylı tam orta məktəbin şagirdi Babazadə Könül isə üçüncü yerə layiq görülmüşdür. Qaliblər rayon Gənclər və İdman idarəsinin diplomları və medalları ilə təltif olunublar.İnşa-yazı müsabiqəsi qalibləri isə yoxlama komissiyası tərəfindən müəyyən ediləcəkdir.

Xocalı soyqırımına həsr olunmuş rəsm və inşa yazı müsabiqəsi
Xocalı soyqırımına həsr olunmuş rəsm və inşa yazı müsabiqəsi
Bugün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Bugün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
Dün, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
Dün, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
Dün, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Dün, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
Dün, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
Dün, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
Dün, 13:28
Prezident 2 fərman imzaladı
Dün, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
Dün, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
Dün, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Dün, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Dün, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ
Dün, 09:26
Şimali Makedoniyada prezident seçkiləri keçirilir
Dün, 09:02
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
23-04-2024, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
23-04-2024, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
23-04-2024, 17:11
Əli Əsədov yeni qərar imzaladı
23-04-2024, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
23-04-2024, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
23-04-2024, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
23-04-2024, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
23-04-2024, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
23-04-2024, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
23-04-2024, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
23-04-2024, 11:22
Deputatlar 18 məsələni müzakirə edir