Beyləqan Məşğulluq Mərkəzinin direktorunun “işi tamam oyundur” –Dolu iş yerləri necə vakanta çıxarılıb?
Gündəm
Oxunub: 333
25 Şub 2020 | 13:32
Beyləqan Məşğulluq Mərkəzinin direktorunun “işi tamam oyundur” –Dolu iş yerləri necə vakanta çıxarılıb?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən yerlərdə keçirilən əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur, onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunurlar. Yarmarkalar zamanı işsiz və işaxtaranların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılır.

Qeyd edək ki, 2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə ötən aydan başlanıb. Bu il ərzində respublikamızın 58 şəhər və rayonunda 100 əmək yarmarkasının təşkili nəzərdə tutulur. Fevral ayında isə 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsi planlaşdırılıb. Ayın ötən günləri ərzində artıq bir neçə rayonda tədbirlər baş tutub.

24 fevral 2020-ci il tarixdə Beyləqan rayon “Gənclər Mərkəzi”ndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və Beyləqan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmək yarmarkası keçirildi. Əvvəlcədən elan edildiyi kimi, əmək yarmarkasına idarə və müəssisələr tərəfindən 300-ə yaxın vakant (boş) iş yeri çıxarılıb. Hələ bir neçə gün qabaqcadan işaxtranlara vakant (boş) iş yerlər ilə tanış olmaq və özlərinə münasib iş seçmək təklif olunurdu. Rayon Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev və başqa rəsmi şəxslər yarmarkanın açılışında çıxış edərək, əhalinin məşğulluğunun təmin olunması, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən ağız dolusu danışıblar.

Lakin “RealMedia.az” saytının əməkdaşı yarmarkada müşahidə apararaq işin forma və mahiyəti arasında xeyli uğunsuzluqlar aşkarlayıb. Belə ki, əməkdaşımız vakant (boş) iş yerləri yarmarkadakı lövhələrdə göstərilən idarə, müəssisə, təşkilatların rəhbərlərinə, kadr işlərinə cavabdeh vəzifəli şəxslərinə zəng vuraraq məlumatların həqiqiliyi ilə maraqlanıb. Əksəriyyəti bildiriblər ki, rayo Məşğulluq Mərkəzi yarmarkadan hələ bir həftə, on gün öncə həmin iş yerlərinə işçi tapıb və göndəriş verib.

Maraqlıdır, görəsən artıq tutulmuş iş yerlərini yarmarkada boş göstərmək kimə və nə lazımdır? Və yaxud da dünən keçirilən əmək yarnarkasında neçə nəfər işaxtaran şəxslər işlə təmin olunublar? Bu sualın cavabını Beyləqan Rayon Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev verməlidir. Onun öz vəzifəsini necə icra etməsi barədə isə saytımızda gedən yazılarla sadiq oxucularımız tanışdırlar. Oxucularla irəliləyən görüşlərimizdə İlham Quliyevin yerli ərazi inzibati vahidləri üzrə nümayəndəlikləri ilə korruptiv iş birliyindən söhbət açacağıq.

RealMedia.az

Beyləqan Məşğulluq Mərkəzinin direktorunun “işi tamam oyundur” –Dolu iş yerləri necə vakanta çıxarılıb?
Bugün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Bugün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Bugün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Bugün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Bugün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Bugün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Bugün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Bugün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Bugün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Bugün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Bugün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Bugün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Bugün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Bugün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Bugün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
Dün, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
Dün, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
Dün, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Dün, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
Dün, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
Dün, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
Dün, 13:28
Prezident 2 fərman imzaladı
Dün, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
Dün, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
Dün, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Dün, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Dün, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ