Arif Alışanov yenə sifariş verə biləcəkmi?
Gündəm
Oxunub: 324
25 Şub 2020 | 18:54
Arif Alışanov yenə sifariş verə biləcəkmi?2018-ci ildən keçən iki il müddətində ölkədə ciddi dəyişikliklər baş verib. Əhəmiyyətli struktur və kadr islahatları aparılıb. Cəmiyyətdə mənfi imici ilə “populyar” olan yüksək rütbəli məmurlar işdən azad edilib, rüşvət, korrupsiya və s. neqativ iş metodları ilə ad çıxaran bir çox dövlət qurumları ləğv edilib, birləşdirilib.

Ötən il Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatların həyata keçirilməsi ilə bağlı sərəncam verilib. Bununla vətəndaşların ən çox narazı qaldığı bu sahədə də islahatlara start verilmiş olub. Başlıca məqsəd ədalət mühakiməsinin təmin olunması, ona mane olan problemlərin, bürokratik əngəllərin aradan qalıdırılmasıdır.

Bu sahədə dərin, hərtərəfli islahatların aparılması, vətəndaş məmnunluğunun təmin olunması çox vacibdir. Çünki, bir çox məmurlarının vaxtı ilə törətdikləri qanunsuzluqlardan zərər görən minlərlə vətəndaş hələ də ədalət axtarır…

AzTV QSC-nin keçmiş sədri, ötən il Prezident tərəfindən işdən çıxarılan Arif Alışanovun həbs etdirdiyi Şücayət Əkbərovun ailə üzvləri də məmur-hakim işbirliyinin qurbanları sırasındadırlar.

Bu cinayət işinin materiallarına, məhkəmə iclaslarının stenoqramlarına, çıxarılan hökmə baxdıqda Azərbaycanda odioz məmur hökmranlığının nələrə qadir olduğu insanı heyrətə salır.

Xatırladaq ki, Arif Alışanovun şikayəti əsasında Şuacayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov Cinayət Məcəlləsinin (CM) 29-cu (cinayət etməyə cəhd), 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə (əslində, ortada ölən biri yoxdur-red.)), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qərarı ilə Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

Ötən il yanvar ayının 31-də təqsirləndirilənlərin apellyasiya şikayətinə baxılıb və qərara əsasən, Ş. Əkbərovun şikayəti qismən təmin edilib. Onun 18 illik azadlıqdan məhrumetmə cəzası 16 ilə endirilib. Digər təqsirləndirilən Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 ayadək azaldılıb.

İş hazırda Ali Məhkəmə instansiyasına təqdim olunmaq ərəfəsindədir.

Ötən iki il müddətində aparılan məhkəmə istintaqı zamanı zərərçəkənlərin qaldırdıqıları vəsatətləri, onlara hakimlərin, iddiaçıların münasibətlərini, prokurorluğun təqdim etdiyi sübutların mahiyyətini incələdikcə, hökmün sifarişə uyğun olaraq əvvəldən yazıldığına inanmamaq olmur.

Məsələn, təqsirləndirilən Şücayət Əkbərovun vəkili az qala hər məhkəmə prosesində işin tam obyektiv və hərtərəfli araşdırılmasından ötrü zərərçəkmiş A. Alışanovun prosesdə iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırıb və bu reallaşanadək prosesin təxirə salınmasını istəyib. Sabiq AzTV sədrinin vəkili vəsatətin təmin edilməməsindən yana olub. Məhkəmə də vəsatəti təmin etməyib. Beləliklə, Arif Alşanov bir dəfə də olsun məhkəmə prosesinə qatılmayıb.

Əkbərovun bütün qohum-əqrabası məhkəməyə çağırılıb, ifadəsi alınıb. Amma məhkəmə istintaqı “ölümünə sui-qəsd edilmiş” və “küllü məbləğdə əmlakı dələduzluqla ələ keçirilmiş” Alışanov və qızının iştirakı olmadan aparılıb, sona qədər onlar prosesdə vəkilləri vasitəsilə təmsil olunublar.

Yaxud, iki dəfə açıq ürək əməliyyatı keçirən və üstəlik şəkər xəstəsi olan Ş. Əkbərovun vəkili müdafiə etdiyi şəxsin barəsində tibbi ekspertizanın keçirilməsi barədə vəsatət verib. Alışanovun vəkili buna da etiraz edib. Vəsatət təmin edilməyib.

Daha bir mühüm faktı qeyd edək: Məhkəmə proseslərinin birində Ş.Əkbərov növbəti dəfə məhkəmə tərkibinə etiraz verib. Etirazda o, hakimlərin zərərçəkən A. Alışanovla dost münasibətdə olduğunu göstərib. Qeyd edib ki, işin obyektiv araşdırılması üçün verilmiş digər vəsatətlər də məhkəmə tərəfindən təmin edilmir.

Ş. Əkbərov proses zamanı zalda olan ailə üzvlərinə hakim tərəfindən kobud davranıldığını deyib. Əkbərovun vəkili bildirib ki, prosessual pozuntularla aparılmış cinayət işinin istintaqa qaytarılması barədə vəsatətləri rədd edildiyinə görə, hakimlərin bu işə ədalətli baxacağı şübhə altındadır. Buna görə də, etiraza baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini istəyiblər. A.Alışanovun vəkilləri və prokuror etirazın qəbul edilməməsini müdafiə ediblər. Məhkəmə etirazı əsassız sayaraq onu baxılmamış saxlayıb.

Məhkəmənin işi nə qədər “obyektiv” apardığını göstərən daha bir məqam:

... Ş. Əkbərovun vəkili Ruslan Həsənov məhkəmə tərkibinə etiraz edib. Müdafiəçi vəsatətini məhkəmə kollegiyasının işə qeyri-obyektiv, qərəzli yanaşması ilə əsaslandırıb, bildirib ki, hakimlər kollegiyası müdafiə tərəfinin vəsatətlərini təmin etmir, tərəflər arasında yaranmış insident zamanı yalnız təqsirləndiriləni cəzalandırır, Alışanova aid hissədə pulların mənbəyi ilə bağlı verilən sualları çıxarır. Hakim yenə deyib ki, etiraz əsassız olduğu üçün baxılmamış saxlanılır...

... Ş.Əkbərovun digər vəkili vəsatət verərək məhkəmədən yenidən Şamaxıda hadisə yerinə və torpaq sahələrinə baxış keçirilməsini istəyib. Bu vəsatət də təmin olunmayıb...

Bakı Ağlr Cinayətlər Məhkəməsinin hakimləri Əfqan Hacıyev, Rasim Sadıxov və Fikrət Qəribov əvvəldən sonra qədər məhkəmə istintaqını belə aparıb. İttihamlar obyektiv araşdırılmayıb, təqsirləndirilənlərin heç bir vəsatəti təmin olunmayıb, əksinə, proses Arif Alışanovun diqtəsi əsasında keçirilib və hökmdə də onun istədiyi rəqəmələr əksini tapıb.

Bu cinayət işi üzrə çıxarılan məhkəmə hökmünü Arif Alışanovun dostlarının ona “hədiyyəsi” hesab etmək olar. İndi ölkədə fərqli dövr başlayıb, ədalətsiz qərarlar verən hakimlərin bir qismi postlarında qalsalar da, AzTV-nin keçmiş sədrinin əvvəlki kimi sifraiş vermək qüdrəti yoxdur. Ümid etmək olar ki, Ali Məhkmədə bu işin obyektiv araşdırılması üçün aşağı instansiyaların ədalətsiz, qeyri-obyektiv qərarları ləğv olunacaq.

Bütün bunlar azmış kimi Arif Alişanov öz şəxsi əlaqələrindən istifadə edərək Şamaxı rayonunda Çuxuryurd kəndində yerləşən, başqa bir sahibkara_məxsus xüsusi mülkiyyətdə olan bağ sahəsinin 6,5429 ha hissəsini əvvəlcə formal alqı-satqı müqaviləsi ilə Sadıqova Səlimə Ənvər qızının adına keçirib. Daha sonra onun adından hüquq-mühafizə orqanları əməkdaşlarının təzyiqi ilə zorla etibarnamə verdirərək 26.01.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cəfərova Nilufər Vidadi qızının adına rəsmləşdirib. Göründüyü kimi bu halda da Arif Alişanov öz hakimiyyət gücündən istifadə edərək sahibkara külli miqdarda maddi ziyan vurub.

Azərbaycanda rezonans doğurmuş bu cinayət işinin yenidən obyektiv araşdırılması, günahkarların cəzalandırılması əslində cəmiyyətə Azərbaycanın məhkəmə-hüquq sistemində müsbət dəyişikliklərin aparıldığını göstərən güclü mesaj ola bilər. Ölkədə məhkəmələrə inamın güclənməsi çox vacibdir. Bununla bağlı dövlətin iradəsi ortaya qoyulub, qalıb məhkəmələrə göstərilən etimadın özünü doğrultması... (AzPolitika.info)
Bugün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Bugün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Bugün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Bugün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Bugün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Bugün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Dün, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
Dün, 15:14
“Nəsimi” stansiyasında yanğın
Dün, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam
Dün, 14:03
Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
Dün, 12:57
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
Dün, 12:12
Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...
Dün, 11:36
Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər
Dün, 10:21
Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
Dün, 09:51
Bakıda 15 yaşlı qız itkin düşüb
Dün, 09:20
27 Mart - Azərbaycanda Elm Günüdür
Dün, 08:55
134 nəfər Füzuliyə YOLA SALINDI
26-03-2024, 17:44
Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib
26-03-2024, 16:51
25 yaşlı qadın öldürüldü - Əri tutuldu
26-03-2024, 15:57
Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü
26-03-2024, 14:50
İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video
26-03-2024, 14:30
Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı
26-03-2024, 13:36
Bakıda yenidən qurulan parklanmada qiymətlər...
26-03-2024, 12:23
Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT
26-03-2024, 11:48
Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”
26-03-2024, 11:18
Ərdoğanın mayda ABŞ-yə səfəri gözlənilir
26-03-2024, 10:33
Kirbi əməkdaşlıqdan imtina etdi - Rusiyadan cavab