Xətai RİH vətəndaşa necə "torba tikib"... - GİLEY
Gündəm
Oxunub: 362
26 Şub 2020 | 10:47
Xətai RİH vətəndaşa necə "torba tikib"... - GİLEY


““Ağ şəhər” layihəsinin icrası ortaya düşəndə əmlaklarımızı gözümüzün önündə texnikanın qarşısına verib, sökdülər. Nə ah-naləmizə, nə göz yaşımıza baxdılar. Bir dəfə Ermənistandan didərgin düşmüşdük, “Ağ şəhər” layihəsi bizi ikinci dəfə öz vətənimizdə didərgin elədi”. DİA.AZ bildirir ki, bunu “Ağ şəhər” layihəsi həyata keçirilən ərazidə - Babək prospekti, 2210-cu məhəllə, Turşu küçəsi, ev 32A ünvanında yaşamış Svetlana Əhmədova deyir. Onun sözlərinə görə, Ermənistandan didərgin düşəndən sonra atası hazırda “Ağ şəhər” layihəsinə düşmüş ərazidə ikimərtəbəli bina alıb. Əmlakı övladlarının arasında paylı mülkiyyət qaydasında bölüb. İkinci mərtəbə ayrı-ayrılıqda yaşayış sahələri kimi Svetlana xanımın qardaşlarının, birinci mərtəbə isə qeyri-yaşayış sahəsi kimi onun adına rəsmiləşdirilib. Svetlana Əhmədovanın deməsinə görə, mənzillər qardaşlarının əlindən təzyiq yoluyla, qeyri-yaşayış sahəsi isə onun əlindən aldadılaraq alınıb.

“2013-cü ilin sonlarında Xətai Rayon İcra Hakimiyyətindən gəlib ölçü işləri apardılar, dedilər, 1 ay ərzində mülkü boşaltmalısız, torpaqlar dövlət ehtiyacları üçün alınır. İkinci mərtəbədə ayrı-ayrı evlərdə qardaşlarım yaşayırdı, birinci mərtəbədə isə mən gözəllik salonu açmışdım. Mənə 73 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsinə görə 64.850 manat təklif olunurdu. Qardaşlarıma da mənzillərinə görə dəyərindən az məbləğ təklif edilirdi. Biz razılaşmırdıq. 2014-cü il, avqustun 11-də səhər saatlarında texnikalarla gələrək ikimərtəbəli binanı içərisindəki əşyalarıyla birlikdə dağıtdılar. Qardaşlarımın qollarını qandallayıb apardılar, söküntü bitənədək polis şöbəsində saxladılar”, - Svetlana Əhmədova deyir.

Şikayətçinin sözlərinə görə, hər iki qardaşı verilən kompensasiyayla komissiya rəhbərliyinin təzyiqləri, hədələri altında “razılaşmalı olub”. O isə kompensasiyanın məbləği artırılmasa, götürməyəcəyini deyib. Svetlana xanım hətta polis şöbəsində də saxlanılıb, deməsinə görə, 37-ci polis şöbəsinin rəisi də ondan bank hesabına köçürülmüş kompensasiyanı götürməsini tələb edib: “Dedi, ya pulu götür, ya da sənə bir neçə maddəylə cinayət işi açacam, uşaqların da evdə ağlaya-ağlaya qalacaq. Səhərə kimi şöbədə saxlandım, dedim, əlinizdən gələn hansı pisliyi etsəniz də, pulu götürməyəcəm”.

Bütün bunlardan sonra komissiya rəhbərliyi başqa yola əl atıb: “Bütün yolları sınadılar, gördülər, yola gəlmirəm, hiyləyə əl atdılar, məni aldatdılar ki, sənə 64.850 manatdan əlavə həm də obyekt veririk. Obyektin şəhər istiqamətindən gələndə Babək prospektinin başlanğıcında, Heydər Əliyev prospektinin yaxınlığında yerləşdiyini dedilər. Mən də sevindim, razılaşdım. Kompensasiyanı bank hesabından götürəcəyimlə bağlı bir akta imza atdırdılar. Sonra da birlikdə “obyekt” dedikləri yerə gəldik. Baxdım ki, “obyekt” dedikləri həmin bu yer Çin layihəli binalardan birinin 22 pilləkənlik dərinliyindəki boş, nəmişlik olan zirzəmidən ibarətdir. Düşündüm, imtina etsəm, bu da əlimdən çıxacaq, götürüm, sataram, pula çevirərəm. İcra başçısı mənə bir məktub verdi, dedi, apar ver Əmlak Komitəsinə, bu məktubun əsasında obyektə “Çıxarış” verəcəklər. 8-9 ay da Əmlak Komitəsinin qapısında düşüb qaldım, axırda Komitədə işləyən bir xanım dedi, səni aldadıblar, o yer ümumiyyətlə, özəlləşdirilə bilməz”.(DİA.AZ)
Bugün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Bugün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Bugün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Bugün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Bugün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur