Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Gündəm
Oxunub: 284
26 Şub 2020 | 11:27
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir

Dünyada koronavirus yayılmağa davam edir. Hər gün bu xəstəliyə yoluxanlar və ölənlərlə bağlı xəbərlər yayılır. Rəsmi məlumatlara görə, Azərbaycanda koronavirus aşkarlanmayıb. Azərbaycanda bu virus aşkar edilməsə də, təxribat xarakterli “xəbərlər” yayılır. Belə ki, sosial şəbəkələrdə, qapalı qruplarda saxta səslər, videolar paylaşılır. Təxribat xarakterli məlumatlarda bildirilir ki, guya Azərbaycanın xəstəxanalarında koronavirusa yoluxanlar var.

Məsələn, deputatlığa namizəd olan Səlim Dadaşov sosial şəbəkədə bir video paylaşıb. Videoda halsız vəziyyətdə, nəfəs almaqda çətinlik çəkən uşaqlar görüntülənib. Səlim Dadaşov paylaşdığı videonu bu cür şərh verib: “Dostlar, İran-Azərbaycan sərhədində xəstəxanalarda hazırkı vəziyyət”.

Eyni zamanda sosial şəbəkələrdə məlumatlar yayılırdı ki, guya Azərbaycanda koronavirusa yoluxan insanlar Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Haqqın.az saytı bu barədə xəbər yaydı ki, həmin məlumatı yayan həkim olub və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb: “Görülən tədbirlər nəticəsində Bakıda koronavirusun olması barədə yalan məlumat yayan şəxs müəyyən edilib. Onun həkim olduğu ortaya çıxıb. Adı açıqlanmayan şəxs söhbətə dəvət olunub. Niyə bu cür məlumat yaydığı soruşulduqda isə zarafat etmək istədiyini bildirib.

Ona yanlış məlumat yaydığına görə məsuliyyət daşıdığı xəbərdarlıq edilib və sərbəst buraxılıb. Hüquq-mühafizə orqanları Azərbaycanda koronavirus haqqında saxta xəbərlər yaymaqda təqsirli bilinənlərin hamısının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirlərini davam etdirir".

Nazirlər Kabinetinin koronavirusa qarşı görülən tədbirlərə dair məlumatında təxribat yayanlarla bağlı da fikirlər yer alıb. Bildirilib ki, koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır: “Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər. Zəruri hallarda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bəs bu cür təxribat xarakterli xəbərləri yayanları qanunla hansı cəza gözləyir?

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev söyləyib ki, burada xuliqanlıq əməli var: “Belə məlumat yayanları adətən xuliqanlıq üzrə məsuliyyətə cəlb edirlər. Əgər ciddi nəticələr olarsa, bu zaman cinayət məsuliyyəti də yaranır. Başqa bir maddə yoxdur ki, onunla cəlb etmək mümkün olsun. Yalan məlumatların yayılmasının və insanların buna inanmasının müxtəlif səbəbləri var. Burada əsas yük dövlət qurumlarının üzərinə düşür. Çünki insanlar rəsmi qurumların məlumatlarına deyil, şayiələrə inanırlar. Şayiələrin yayılmaması, insanların ciddi təşvişə düşməməsi üçün rəsmi məlumatlara ehtiyac var. Son günlər hansısa yalan məlumat yayılan zaman dərhal dövlət qurumlarından təkzib verilir. Lakin bu təkzibi də geniş formada vermək lazımdır. Bu, yaxşı haldır. Çünki getdikcə insanlar inanırlar ki, əgər hansısa hadisə baş verərsə, bu barədə rəsmi qurumlar məlumat yayarlar”.

Hüquqşünas bildirib ki, bəzi şəxslər hansısa məqsəddən yalan xəbərlər yayırlar:

“Onlar öz hərəkətlərinin nəticəsini görmürlər. Bilmirəm ki, bu adamlarda hansısa psixoloji xəstəlik var ki, belə addımlarla insanlarda təşviş yaratmağa maraq göstərirlər. Onlar sanki hansısa hislərini bu cür xəbər yaymaqla ödəyirlər. Hökumət orqanları insanlara vaxtı-vaxtında məlumat versələr, bu kimi adamların hərəkətləri qabarıq şəkildə görünməz və kimsə bu kimi informasiyalara inanmaz. İranda, Türkiyədə baş verən hadisələri də doğru-düzgün yaymaq lazımdır. Belə məqamda insanları qorumaq üçün sərhədləri də bağlamaq mümkündür. Dövlət orqanları əhali arasındakı fikirləri bilirlər və bunların hamısına adekvat cavab verməlidirlər. Bu cür cavablar olmayanda təşviş baş qaldırır. Belə məqamda dövlət orqanları jurnalistlərlə yaxından işləməlidir. Bütün məlumatları problem yaratmadan, jurnalistlərin sorğularına uyğun cavablandırmalıdırlar. Əks halda, cəmiyyət arasında ciddi təşviş yarana bilər. Bu isə virusun yayılması qədər təhlükəli və uyğun hal deyil”.
Bugün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Bugün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Bugün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Bugün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Bugün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur