.“İcra Hakimiyyətində dedilər ki, get pambıq ək” - Bir ailə çarəsiz durumdadır
Gündəm
Oxunub: 353
28 Şub 2020 | 13:56
.“İcra Hakimiyyətində dedilər ki, get pambıq ək” - Bir ailə çarəsiz durumdadır
Sabirabadın Xəlfəli kəndində yaşayan Abbasovlar ailəsi dörd ilə yaxındır evdə işıq yandıra bilmir. DİA.AZ xəbər verir ki, sayğacın pulu ödənilsə də, işıq idarəsi cihazı quraşdırmağa, elektrik enerjisi verməyə tələsmir.

Ailə 2016-cı ilin sentyabrında kənddə özünə kiçik bir ev tikib. Amma işıq problemini heç cür həll edə bilməyiblər. İş əvvəlcə aylarla, sonra illərlə uzanıb. Sabirabad Elektik Şəbəkədə axırda bəhanə ediblər ki, sayğacın pulu ödənilməlidir.

“Keçən il dekabrın 16-da ASAN Xidmətdə sayğac üçün 209 manat köçürdüm. Dedilər ki, 160-170 manatlıq sayğaclar da var. Guya bu, daha yaxşısıdır. Söz verdilər ki, 20 gün ərzində gələcəklər. O vaxtdan gözləyirik. İşıq İdarəsi ilə ASAN Xidmət bir-birinin boynuna atır. Deyirlər ki, sənin sənədlərin səhvdir. Evin şəklini, çertyoju, bölgü planını aparmışdım. Konkret hansı sənədin səhv olduğunu demirlər. Heç nədən incidirlər. Əgər sənədlərimdə səhv vardısa, onda niyə sayğacın pulunu ödətdirirdilər?“, - Məhəddin Abbasov belə deyir.

Ailə danışır ki, Sabirabad Rayon Elektrik Şəbəkəsindən nümayəndə gəlib, yerli şəraitlə tanış olub. Həmin adam işıq idarəsinin ailəni elektrik enerjisi ilə təmin edəcəyinə söz verib. Bildirib ki, dirək basdırılacaq, sayğac quraşdırılacaq. Amma bütün bunlar söz olaraq qalıb. Heç bir iş görülməyib.

“Tezliklə dörd il olacaq ki, bu vəziyyətdəyik. İndi hansı dövrdür ki, işıqsız yaşayasan? Heç qaz da yox idi, bir aydır çəkdirmişik. Odun parçaları tapıb evi qızdırırdıq. Nə qədər belə yaşamaq olar? İnanın, ASAN Xidmətə ödədiyim pulu kreditə götürmüşdüm. 300 manat maaş alıram, bunun da hər ay 80 manatını kreditə verirəm. Qalan pula yaşamağa çalışırıq”, - Məhəddin ailənin acınacaqlı vəziyyətini təsvir edir.

Ailə evdə, nəhayət, işıq yanmasını, haqqının bərpa olunmasını istəyir. Yaşayış şərtlərinin ağır olmasından çox danışmırlar. Amma hər şey göz qabağındadır.

Gülbikə Abbasova deyir ki, dövlət orqanlarına səslərini çatdırmağa çalışıblar. Heç nə alınmır: “İcra hakimiyyətinə getmişdim, dedilər ki, get, pambıq ək. Mən iki körpə uşaqla necə pambıq əkim? Həm indiki, həm də əvvəlki icra başçısının qəbulunda olmuşuq. Bircə onu deyirlər ki, düzələcək. Heç nə vaxt düzələcəyini də demirlər”.

Məhəddin əlavə edir ki, sosial yardım almaq üçün cəhd göstəriblər. Bu məsələdə də müsbət cavab almayıblar. Məhəddinin işlədiyini bəhanə gətiriblər. Halbuki, sosial müdafiə şöbələrində, adətən, əksini söyləyirlər. Yəni rəsmi iş yeri olmayanlara sosial yardım verilmir".
Bugün, 12:26
Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər
Bugün, 11:21
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Bugün, 10:07
İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq
Bugün, 09:28
Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib