“Kapitalbank” dollar qıtlığı ilə süni ajiotaj yaradır - İTTİHAM
Gündəm
Oxunub: 309
13 Mrt 2020 | 10:13
“Kapitalbank” dollar qıtlığı ilə süni ajiotaj yaradır - İTTİHAM
"Neftin kəskin ucuzlaşması ilə dollara olan tələbatın artması insanları təşviş içində banklara üz tutmağa vadar edib. Növbəti devalvasiya qorxusu vətəndaşları olan-qalan milli valyutanı dollara dəyişməyə yönəldib. Düzdür, həm baş nazir, həm də Mərkəzi Bankın sədri əhalini təşvişə düşməməyə çağırıb, amma, necə deyərlər, göz gördüyündən qorxar. Elə 5 il qabaq da prezident səviyyəsində devalvasiya olmayacağı bildirilmişdi və hətta manatın dəyərdən düşürülməsindən bir gün öncə Mərkəzi Bankın sədri qəti şəkildə manatın dəyərdən düşməyəcəyini açıqlamışdı. Odur ki, insanlar artıq belə sözlərə inanmır və banklarda uzun növbələrdə əsəblərini tarıma çəkdiriblər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Ən çox müştəri sıxlığı satışın ən aşağı kursla (1 dollar = 1,7020 manat) olduğu “Kapitalbank” filiallarındadır. Bank dollar qıtlığı ilə müştəri sıxlığından süni ajiotaj yaradır. Bankın Bəhruz Nuriyev küçəsində yerləşən filialında tez-tez dollar “yoxa çıxır” , bir neçə saatdan sonra cüzi miqdarda sifariş olunub gətirilir və bütün günü növbədə duran müştərilərin çox hissəsi evlərinə “dollarsız” yola düşürlər. Növbəti gün yenə də bu ssenari ilə davam edir :səhərin gözü açılmamış növbə tutan müştərilərin 30-40 nəfəri dolların “gəlişini” günorta 12-dək gözləyib, axşamadək dəyişməyə güclə nail olurlar. Çünki dollar bilərəkdən az gətirilir ki, əhali təşvişdə olsun. Onu da vurğulayaq ki, adambaşına bir aya 11750 dollar dəyişmək limiti qoyulub və şəxsiyyət vəsiqəsi olmadan valyuta mübadiləsi qadağandır.

“Kapitalbank”ın Nizami filialının müdiri 12.03.2020 tarixində saat 15-ə online növbə tutan 1-ci dərəcəli Qarabağ əlilinin hüququnu da kobud pozub. Öncə dollar gələn kimi əlillə xidmət ediləcəyini bildirən müdir, saat 17-də dollar gələndən sonra online növbənin hüquqi şəxslərə aid olduğunu bildirib və ortalıq iki min dollara ehtiyacı olan Qarabağ əlilinin valyuta dəyişməsinə imkan verməyib. Maraqlıdır, online növbə tanınmırsa, niyə “Kapitalbank” bu xidmət növünü saytında yerləşdirib ? Eyni zamanda, bəyəm “Kapitalbank”ın Nizami filialının müdiri bilmir ki, əlillərə, özəlliklə 1-ci dərəcəli Qarabağ əlillərinə növbədənkənar xidmət göstərilir? Əksinə, müdir Qarabağ əlilinin online növbə hüququna “xəstə” müştərilərin hüquqlarını pozmaq adı ilə qadağa qoyub. Qarabağ əlili 13.03.2020 tarixinə də rezervasiya kodu 0313-6790 olan online növbə tutub. Görəsən, “Kapitalbank”ın Nizami filialının müdiri bu növbəni də tanımayacaq? Belə olarsa, yəqin ki, məhkəmə təminatı hüququndan yararlanılacaq. Di gəl, təcrübə göstərir ki, sözügedən bank heç məhkəməni də saymır, tanımır! (?) 4 il qabaq Qarabağ əlilinin Prezident təqaüdü kartına blok qoyub 7 ay verməkdən imtina edən bu banka qarşı Nizami rayon məhkəməsində qaldırılan iddia 3 ay Fikrət Mirzəyevin icraatında “yatandan” sonra necə it-bata salındısa, hələ də nə Ədliyyə Nazirliyi , nə Məhkəmə Hüquq Şurası, nə də digər bağlantılı qurumlar tapa bilir. ..

Nazirlər Kabineti, Mərkəzi Bank ,digər bağlantılı qurumlar , çox güman, əlillərin, istehlakçıların - müştərilərin belə kobud ələ salınmasına son qoymaqda aciz olmaz. Ən azı, indi 4-5 il qabaq deyil, dövlət başçısı deyib ki, heç bir məmurun, heç bir bankın (ın) xüsusi imtiyazı yoxdur!"

Dia.az
Dün, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Dün, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
Dün, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
Dün, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
Dün, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Dün, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Dün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Dün, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Dün, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Dün, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Dün, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Dün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
25-04-2024, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
25-04-2024, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
25-04-2024, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
25-04-2024, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
25-04-2024, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25-04-2024, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
25-04-2024, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ