Tanınmış Azərbaycan ziyalıları Mənsimovla bağlı Ərdoğana müraciət etdilər
Gündəm
Oxunub: 325
21 Mrt 2020 | 13:12
Tanınmış Azərbaycan ziyalıları Mənsimovla bağlı Ərdoğana müraciət etdilər

Bir qrup Azərbaycan ziyalısı “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Biz, bu müraciəti imzalayan bir qrup Azərbaycan ziyalısı Palmali Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Qurban oğlu Mənsimovun 15 mart 2020-ci il tarixində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən saxlanılması və ondan iki gün sonra məhkəmə qərarı ilə həbs edilməsi ilə bağlı olaraq Sizə müraciət edirik. Xatırladırıq ki, yaxın vaxtda cərrahiyyə əməliyyatına məruz qalmış Mübariz Mənsimovun qardaş Türkiyə Cümhuriyyətində həbs olunması Azərbaycan ictimaiyyətini, o cümlədən bu müraciəti imzalayan ziyalıları ciddi şəkildə narahat edir. Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun 20 il bundan əvvəl yaratdığı və əsas fəaliyyət məkanı qardaş Türkiyə olan “Palmali” şirkətlər qrupu 2018-ci ildə “Clarkson” şirkətinin keçirdiyi araşdırmalara görə dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. 5 qitə və 7 dənizdə xidmətlər göstərən və Türkiyədə dənizçilik sənayesinə ən böyük gəlir və fayda gətirən “Palmali” şirkətlər qrupunda hazırda 35 minə qədər işçi çalışır.

Cənab Prezident! Sizin rəhbərlik etdiyiniz dövr ərzində Türkiyə iqtisadiyyatına milyardlarla dollar yatırımlar qoymuş bu şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türkiyədə həm də xeyriyyəçi kimi böyük nüfuz və hörmət qazanıb. Son 20 il ərzində 20 mindən çox tələbəyə təqaüd verən, Türkiyədə Bolu və Ardahanda 2 ibtidai məktəb binaşısını inşasını təmin edən şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türkiyədə həm də vətənsevər, milliyətçi iş adamı, insanlara maddi və mənəvi dəstək olan, cəmiyyət üçün faydalı bir şəxsiyyət olaraq tanınır və sevilir.

Möhtərəm cənab Prezident!

Mübariz Mənsimova qarşı irəli sürülən ittihamların əsassız olduğu bizdə şübhə doğurmadığından, onunla bağlı araşdırmaların ədalətli olacağına inandığımızdan, Türkiyə ədliyyə sisteminə güvəndiyimizdən sizə müraciət edib bildiririk ki, Mübariz Mənsimovun qanuna zidd hərəkətlərə yol verməsi və ya onun hər hansı qanunsuz əməldə iştirak etməsi ehtimalına inanmırıq. Odur ki, biz, bu müraciətə imza atan Azərbaycan ziyalıları Sizdən xahiş edirik ki, Mübariz Mənsimovun barəsində həbs qətiimkan tədbirinin dəyişdirilməsinə və onun istintaqının onun azadlığı şəraitində aparılmasına yardımçı olasınız və bu cinayət işini öz nəzarətinizə götürəsiniz. Aparılan istintaq nəticəsində ən qısa müddətdə Mübariz Mənsimovun günahsız olaraq tanınacağına inamımız sonsuzdur. Əminik ki, Mübariz Mənsimovun bütün fəaliyyəti hər iki qardaş dövlətə: Azərbaycana və Türkiyəyə xidmət, sədaqət və sevgi üzərində qurulub. Ümidvarıq ki, möhtərəm Prezident, Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə ədalətin zəfər çalmasına yardımçı olacaq, milyonlarla azərbaycanlının qəlbində bəslənilən Türkiyə sevgisıni daha da gücləndirəcəksiniz.

Dərin hörmət və ehtiramla,

Behrudi Rüstəm, Mahmud Kaşqari adına beynəlxalq mükafat laureatı, Türk dünyası uluslararası şeir festivalının altun mükafatınıın (böyük ödül) sahibi, şair-filosof

Əzimov Hacıbaba, Tarix elmləri doktoru, professor, İstiqlalçı millət vəkili, müstəqillik aktının müəllifi

Həsənli Cəmil, ABŞ-ın Vudro Vilson Mərkəsinin araşdırmaçısı, tarixçi professor

İbadoğlu Qubad, ABŞ-ın Rutgers Universitetinin iqtisadçı professoru

Qeybulla Adil, tibb elmləri doktoru, professor

Məhərrəmli Qulu, professor, qəzetçi

Məmmədov Saleh, iqtisad elmləri doktoru, professor, keçmiş maliyyə naziri”./oxu24
Dün, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
Dün, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
Dün, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Dün, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
Dün, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
Dün, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
Dün, 13:28
Prezident 2 fərman imzaladı
Dün, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
Dün, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
Dün, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Dün, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Dün, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ
Dün, 09:26
Şimali Makedoniyada prezident seçkiləri keçirilir
Dün, 09:02
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
23-04-2024, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
23-04-2024, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
23-04-2024, 17:11
Əli Əsədov yeni qərar imzaladı
23-04-2024, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
23-04-2024, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
23-04-2024, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
23-04-2024, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
23-04-2024, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
23-04-2024, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
23-04-2024, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
23-04-2024, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
23-04-2024, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
23-04-2024, 10:12
Azərbaycanda zəlzələ oldu