Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlər necə sərf olunacaq? - GƏLİŞMƏ
Gündəm
Oxunub: 342
26 Mrt 2020 | 15:40
Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlər necə sərf olunacaq? - GƏLİŞMƏ


“Fonda toplanan vəsaitlər aztəminatlı ailələrə ayrılmalı və eyni zamanda işgüzar fəallığın artırılmasına yönəldilməlidir”.

Prezident İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanına əsasən, ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. İndiyədək Fonda 80 milyon 335 min 606 manat daxil olub. Maraqlıdır, Fondda toplanan vəsaitdən hansı formada istifadə edilməsi daha məqsədəuyğundur?

Bu barədə Yenicag.az-a danışan İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, ölkədə xüsusi rejimin tətbiqi işsizliklə bağlı ciddi problemləri ön plana çıxarır:

“Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlə bağlı dövlət tərəfindən ciddi tədbirlər planı hazırlanmalıdır. Bu tədbirlər planında aztəminatlı ailələrə dəstək verilməsi və işgüzar fəallığın qorunmasına istiqamətlənən addımların atılması prioritet kimi qəbul olunmalıdır.

Koronavirusla bağlı ölkədə işgüzar fəallıq kəskin şəkildə zəifləyir və ticarət şəbəkəsində böyük rəqəmlərlə ifadə olunacaq azalmalar gözlənilir. Belə olan halda dövlətin ciddi dəstəyinə ehtiyac var. Dövlətin bütövlükdə iqtisadiyyatda iştirakı artırılmalı və yeni sahələrin formalaşmasına texniki və maliyyə dəstəyi verilməlidir”.

Elşad Məmmədova görə, sözügedən istiqamətlərin inkişafı üçün ayrılmış 1 milyard manatın artırılacağı gözlənilir:

“Özəl sektorda ayrı-ayrı fiziki şəxslərin də Fonda vəsait keçirməsinə baxmayaraq, daha dayanıqlı dəstək dövlət tərəfindən olmalıdır. Bu vəsait müavinətlərin birbaşa əhaliyə verilməsi ilə yanaşı, işsizlik probleminin aradan qaldırılmasına da əhəmiyyətli təsir göstərə bilər. Hadisələrin gedişatından asılı olaraq, vəsaitlərin həcmi artırıla bilər”.
Bugün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Dün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Dün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Dün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
24-04-2024, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
24-04-2024, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
24-04-2024, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
24-04-2024, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
24-04-2024, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
24-04-2024, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
24-04-2024, 13:28
Prezident 2 fərman imzaladı
24-04-2024, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
24-04-2024, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
24-04-2024, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
24-04-2024, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib