Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı – VİDEO
Gündəm
Oxunub: 296
26 Mrt 2020 | 18:28

Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı – VİDEO

Hökumətin məcburiyyəti olmadan insanlar koronavirus təhlükəsini dərk edib, evdə qalmalıdırlar.

Bunu Azərbaycan Televiziyasının (AzTV) “#Evdəqal” verilişində tanınmış ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.
Həkim evdə qalmağın niyə vacib olduğunu açıqlayaraq bildirib ki, insanların bəzi həqiqətləri bilmələri lazımdır: “Şükürlər olsun ki, İran istisna olmaqla, hələlik Azərbaycana qonşu ölkələrdə koronavirus kütləvi yayılmayıb. Amma vətəndaşlarımız əmin olsunlar ki, bundan heç kəs sığortalanmayıb. Bu gün asimptomatik dediyimiz, heç bir şikayət etmədən, amma bədənində minlərlə virusu daşıyan insan ola bilər ki, onlar ilk günlərdə təhlükə yaratmayacaqlar. Mən davamlı şəkildə “Seattle” Universitetinin Xəstəlikləri Modelləşdirmə İnistitutunun tədqiqatlarını izləyirəm. Nəticə belədir ki, xəstəliyi olmayan, amma bu virusu üzərində daşıyan 100 nəfərin 75 faizi evdə oturmaqla yoluxma sayını azalda bilir.
Əksinə, həmin 100 nəfər evdə oturmasa, 2 həftə ərzində 25 min insanın infeksiyaya yoluxmasına, 25 mindən 500 nəfərinin həyatının itirilməsinə, 1500-2000 nəfərin də reanimasiyaya düşməsinə səbəb ola bilər. Bu, 100 nəfərin 2 həftə ərzində yaradacağı mənfi vəziyyətdir. İnsanlar düşünməsin ki, cavandır, gəncdir, immun sistemi yüksəkdir, virusu yüngül şəkildə keçirəcək. Elə deyil. Bu sonda hamımıza ziyan edəcək, ölkənin səhiyyəsinə mənfi təsir edəcək, digər xəstəlikdən əziyyət çəkənlərin müalicəsinin aparılmasına əngəl yaradacaq. Koronavirus xəstələri sayəsində həkimlərimiz xəstələnərək normal əməliyyatları uzun müddət apara bilməyəcəklər. Bunlar əhali olaraq həssaslıq göstərməli olduğumuz məqamlardır. Bunu pessimist düşüncə kimi qəbul etməsinlər. Riyazi hesablamalara görə, həmin 100 virus daşıyıcısı evdə oturduqda, 2 həftə sonra xəstələnənlərin sayı 500-ə düşür, həyatını itirənlərin sayı isə 4-ə düşür. 100 nəfərin evdə qalması ilə yaranan fərqi görürsünüzmü?! Bunları nəzərə alaraq insanlara çağırış edirəm ki, evdə qalsınlar. Hər birimizin gələcəyi üçün, dünyamız üçün qaydalara riayət etmək lazımdır”. /trend/

Dün, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Dün, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
Dün, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
Dün, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
Dün, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Dün, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Dün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Dün, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Dün, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Dün, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Dün, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Dün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
25-04-2024, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
25-04-2024, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
25-04-2024, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
25-04-2024, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
25-04-2024, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25-04-2024, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
25-04-2024, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ