İnam Kərimov da bacarmadı... - "Aqrar ölkə" statusumuz təhlükədə
Gündəm
Oxunub: 321
30 Mrt 2020 | 10:14
İnam Kərimov da bacarmadı... - "Aqrar ölkə" statusumuz təhlükədə

Son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra müsbət addımlar atılır. Aqrar texnikanın dövlət güzəşti ilə istehsalçılara çatdırılması, dövlətin aqrar istehsalçılara ayırdığı subsidiyaların verilməsi mexanizmində edilən dəyişikliklər bu baxımdan mühüm yenilik kimi qiymətləndirilə bilər.

Xüsusilə bu ilin yanvarından subsidiyaların elektron sistem vasitəsilə təyin olunması, hər hansı təmas olmadan istehsalçıların kartına köçürülməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən geniş təbliğ olunur. Yerli icra orqanlarının subsidiyalara əl qoymasının qarşısını almaq baxımından bu mexanizm təsirli vasitə olsa da, bir sıra istiqamətdə aqrar istehsalçılara problemlər yaratmağa başlayıb. Rayonlarda bir sıra xırda fermerlər kartlarını alsalar da, onu aktivləşdirə bilmirlər. “Kapitalbank”ın yerli şöbələri aktivləşmə üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron sistemindən göstəriş olmadığını deyirlər. Fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə müraciət etmələri məsləhət görülür. Lakin həmin sistemdə yaradılmış elektron kabinetlərdə belə müraciətlər üçün yaradılan bölmə normal işləmir. Yaxud bir sıra fermerlər əkinlərini çoxdan bəyan etsələr də, hələ də kartlarını alıb subsidiyanı əldə edə bilmirlər.
Daha bir böyük problem bələdiyyə torpaqlarını icarəyə götürüb taxıl əkən fermerlərlə bağlı yaranıb. Belə ki, EKTİS-lə subsidiya almaq üçün torpağa çıxarış tələb olunur. Bunu həmin əkinçilər təqdim edə bilmirlər. Çünki bələdiyyə ilə bağlanan müqavilə uzunmüddətli olmalıdır ki, ona çıxarış almaq mümkün olsun. Bu halda isə icarədarlar böyük məbləğdə əlavə xərc çəkməlidilər.
Onu da qeyd edək ki, fermerlər əkinə görə aldıqları subsidiyanın hamısını kartdan çıxarıb nağd xərcləyə bilməyəcəklər. Onlar subsidiya məbləğinin 25 faizindən nağdlaşdıraraq, 75 faizindən isə bununla bağlı qaydalarda müəyyənləşdirilən formada istehsalın təşkili məqsədilə qeyri-nağd qaydada istifadə edə biləcəklər. Amma yerlərdən aldığımız məlumata görə, rayonlarda gübrə, biohumus və digər təsərrüfat üçün lazım olan məhsul və vasitələri kart vasitəsilə almaq imkanı çox məhduddur. Buna görə də fermerlər bu sahədə müəyyən tədbirlərin həyata keçirilməsini istəyirlər.
Maraqlıdır ki, bir müddət əvvəl bəzi TV və elektron mətbuatda müxtəlif rayonlardan EKTİS-in fəaliyyəti ilə bağlı fermerlərin narazılıqlarını əks etdirən materiallar yer almışdı. Lakin bir həftə keçməmiş yazıların, süjetlərin hamısı silindi. Belə görünür ki, nədə olmasa da, KTN əməkdaşları narazılıqların ictimailəşməsinin qarşısının alınmasında çox aktiv işləyirlər.
EKTİS yaradılanda qarşıya qoyulan əsas məqsədlərdən biri dövlət subsidiyalaşmasında şəffaflığın yaradılması olub. Subsidiyaların istehsalçılara çatması baxımından bu şəffaflığın xeyli təmin olunduğunu söyləməklə yanaşı, qeyd edək ki, əkin sahələrinin reyestrinin şəffaflaşması baxımından buna nail olunmayıb. Belə ki, yeni subsidiyalaşma mexanizminin tətbiqinə başlanarkən bildirildi ki, elektron sistemə bəyan edilən əkin sahələrinin düzgün olub-olmadığı müxtəlif yollarla monitorinq olunacaq, səhv məlumatlara görə cəzalar tətbiq olunacaq. Payızlıq əkinlər və çoxillik əkmələrin bəyan olunması prosesi artıq başa çatıb. Lakin hələ də aparılan monitorinqlərin nəticələri ilə bağlı nazirlikdən hər hansı açıqlama verilməyib. Halbuki subsidiyalaşmanın əvvəlki mexanizminin mühüm çatışmayan tərəfi kimi əkin sahələrinin süni şişirdilməsi qeyd olunurdu. Yerlərdə xüsusilə yerli icra hakimiyyətlərinin əkin sahələrini olduğundan çox yazmaqda maraqlı olduqları hamıya məlumdur. İndiki halda yeni sistemin effektivliyinin qiymətləndirilməsi üçün aparılan monitorinqlərin nəticələri məlum olmalıdır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu ilə dair fəaliyyət istiqamətləri üzrə hesabatından aydın olur ki, 2019-cu ildə ölkədə 636.2 min hektar sahədə payızlıq buğda əkilib. Bu, 2018-ci ildə əkilmiş 667.9 min hektardan 4.8 faiz az deməkdir. Maraqlıdır, bu azalma monitorinqlər zamanı üzə çıxan şişirtmələrin qarşısının alınması nəticəsindəmi yaranıb? Buğda kimi strateji məhsulun əkin sahəsinin belə azalmasının başqa izahını təsəvvür etmək mümkün deyil.
Nazirliyin hesabatında diqqətimizi çəkən başqa bir məsələ istehsal olunan məhsulun keyfiyyət göstəriciləri ilə bağlı hər hansı məlumatın olmamasıdır. Məsələn, istehsal olunan buğdanın hansı hissəsi əla növ, hansı hissəsi birinci, hansı hissəsi ikinci növ olub? Yaxud sahəsi azalsa da, rekord həcmdə yığılmış pambığın keyfiyyət göstəriciləri necə dəyişib? Bildirilir ki, pambıq istehsalında məhsuldarlıq yüksəlib. Bu halda keyfiyyətin də adekvat olaraq yüksəlməsi lazım. Lakin KTN-in hesabatında keyfiyyət dəyişmələri barədə hər hansı məlumat əldə etmək, təəssüf ki, mümkün deyil.
Aqrar Tədarük və Təchizat ASC-nin Bakı şəhərində təşkil etdiyi “Kənddən şəhərə” yarmarkaları barədə hesabatda statistik məlumatlar yer alıb. Amma bu yarmarkaların təşkilindən əldə olunan gəlir, onların fəaliyyəti nəticəsində satışa çıxarılan məhsulların qiymətində nə qədər endirimə nail olunduğu bilinmir. Halbuki bu yarmarkaların fəaliyyətinin qiymətləndirilməsi üçün bu müvafiq analizlər aparılaraq ictimaiyyətə, dövlətə açıqlanmalıdır.
Hesabatda nazirliyin maliyyə fəaliyyətinə dair hər hansı məlumat da əksini tapmayıb. Halbuki mühüm bir sahədə tənzimləyici funksiyasını yerinə yetirən nazirliyin və onun strukturlarının illik maliyyə fəaliyyətinə dair məlumatın açıqlanması gözləniləndir: aqrar texnikanın, damazlıq heyvanların, gübrələrin güzəştli satışı, əkinə və məhsula görə subsidiyanın verilməsi mexanizmlərində şəffaflıq yaratmaq istəyən tənzimləyici ilk növbədə öz fəaliyyətində də şəffaflıq tələblərinə cavab verməlidir.

AFN-in İqtisadiyyat şöbəsi
Bugün, 16:46
Ayrılan pullar bizə çatmır - Zelenski
Bugün, 16:18
Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır
Bugün, 15:49
Həmid Nurinin oğlu da İsveçdə həbs edildi
Bugün, 15:15
Kreml Puqaçova ilə bağlı açıqlama yaydı
Bugün, 14:52
“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR
Bugün, 14:23
Milli Məclisin növbəti iclasının TARİXİ
Bugün, 13:45
Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH
Bugün, 13:02
“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb
Bugün, 12:37
Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?
Bugün, 11:53
“Crocus City Hall” terrorunda yaralananların sayı artdı
Bugün, 11:15
Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir
Bugün, 10:46
İran bu ölkələri Xəzərə buraxmaq istəmir
Bugün, 09:59
Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA
Bugün, 09:15
MİDA-nın vəzifəli şəxsi vəfat etdi
Bugün, 08:47
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam