Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır? - GƏLİŞMƏ
Gündəm
Oxunub: 392
30 Mrt 2020 | 15:41
Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır? - GƏLİŞMƏ

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində effektiv addımlar atılsa da, maska və spirt qıtlığı həllini tapmayıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə vaxtaşırı bu poblem barədə yazırlar. Əməkdaşımızın apardığı araşdırmalar zamanı bəlli olub ki, həqiqətən də apteklərdə maska və spirt qıtlığı yaşanır. İstər Bakıda, istərsə də Azərbaycanın böyük şəhərlərindən olan Sumqayıtda fəaliyyət göstərən 10 aptekin 9-da maska və spirt yoxdur. Aptek işçiləri bildirir ki, onlara maska və spirt məhdudiyyətlə verilir, qıtlığın səbəbi də budur.

Lakin xəbərlər yayılır ki, spekulyantlar qıtlıqdan yararlanaraq maska və spirti baha qiymətə satırlar. Bəzi apteklərin də onlarla əlbir olması barədə iddialar var.

Prezident İlham Əliyev hələ ayın əvvəlində bu məsələyə toxunaraq möhtəkirlərə xəbərdarlıq etmişdi. “Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər”, - deyə ölkə başçısı bəyan etmişdi.

Prezident həmçinin əlavə etmişdi ki, bütün hüquq-mühafizə orqanlarına bununla bağlı tapşırıq verilib: “Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir.

Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri – Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar”.

Görünür, kimlərsə bu xəbərdarlığı unudub. Ümid edirik ki, hüquq-mühafizə orqanları onların yaddaşını təzələyər.
Dün, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Dün, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
Dün, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
Dün, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
Dün, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Dün, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Dün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Dün, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Dün, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Dün, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Dün, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Dün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
25-04-2024, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
25-04-2024, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
25-04-2024, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
25-04-2024, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
25-04-2024, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25-04-2024, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
25-04-2024, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ