xeberler.org
xeberler.org

Koronavirus dərmanının 7 ölkədə sınağı başlayıb - MÜJDƏ

30-03-2020, 16:01 28 dəfə baxılıb

Koronavirus dərmanının 7 ölkədə sınağı başlayıb - MÜJDƏQlobal təşvişə yol açan koronavirus pandemiyası ilə əlaqədar ümidverici açıqlama “Sanofi” və “Regeneron Pharmaceuticals” dərman şirkətlərindən gəlib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, iki şirkət “Kevzara” adlı dərmanın 7 ölkədə sınamağa başlandığını açıqlayıb.

Dünyada 700 min civarında insanı ağuşuna alan koronavirusa qarşı dərmanın sınaqları ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyada keçiriləcək.

Şirkətlər təcrübələrin 300 nəfər üzərində aparılacağını bildiriblər. Bundan başqa, dərmanın xüsusilə durumu ağır və kritik xəstələr üzərində sınanacağı vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA