Əbülfəs Qarayev DTX-nin həbs etdiyi işçilərini müzakirəyə çıxardı - "...qanun qarşısında cavab verəcəklər"
Gündəm
Oxunub: 291
19 May 2020 | 22:54
Əbülfəs Qarayev DTX-nin həbs etdiyi işçilərini müzakirəyə çıxardı - "...qanun qarşısında cavab verəcəklər"
Mayın 19-da Mədəniyyət Nazirliyində nazirliyin aparat işçilərinin, regional mədəniyyət idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda son günlər Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin saxlanılması, müvafiq orqanlar tərəfindən istintaq araşdırmalarının aparılması, bir sıra cinayət tərkibli faktların üzə çıxarılması müzakirə edilib.

Vurğulanıb ki, bu istiqamətdə müvafiq orqanlar tərəfindən araşdırmalar davam etdirilir və bütün təqsirkar şəxslər ciddi məsuliyyətə cəlb olunaraq qanun qarşısında cavab verəcəklər.

Videokonfransda həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində bir sıra vacib məqamlar diqqətə çatdırılıb, karantin rejiminin qismən yumşaldılması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, mayın 18-dən etibarən muzeylər, sərgi salonları və qalereyaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı lazımi işlərin görülməsinin zəruriliyi qeyd edilib. Bu məkanlarda dezinfeksiya tədbirlərinin davam etdirilməsi, ziyarətçilərin tibbi maskalardan istifadə etmələrinə diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Hələlik fəaliyyəti bərpa olunmayan mədəniyyət müəssislərinin öz işlərinə sosial təcrid rejimi şərtlərinə uyğun davam etməsi, nazirlik tərəfindən elan olunmuş müsabiqələrin yekunları ilə bağlı müvafiq işlərin görülməsi tövsiyə olunub.

Videokonfransda təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın təmin olunması məsələsi xüsusilə qeyd edilib. İştirakçıların nəzərinə çatdırılıb ki, şagirdlərin musiqi və incəsənət məktəblərinə qəbulunun yalnız elektron qaydada həyata keçirilməsi təmin edilməlidir.

Beynəlxalq səviyyədə ölkəmizin mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən işlərin layiqincə davam etdirilməsinin vacibliyi vurğulanıb, Mədəniyyət Nazirliyinin fəaliyyətinin yeni qəbul edilmiş iş planına uyğun olaraq həyata keçirilməsi barədə tapşırıqlar verilib. Bildirilib ki, vəzifələr məsuliyyətlə yerinə yetirilməli və mədəniyyət sahəsində çalışan hər bir şəxs baş verənlərdən nəticə çıxarmalıdır.

Videokonfransın sonunda nazirliyin müvafiq struktur və idarə rəhbərlərinə nöqsanların aradan qaldırılması və neqativ hallara yol verilməməsi barədə ciddi tapşırıqlar verilib.
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam
27-03-2024, 14:03
Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
27-03-2024, 12:57
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
27-03-2024, 12:12
Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...
27-03-2024, 11:36
Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər
27-03-2024, 10:21
Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
27-03-2024, 09:51
Bakıda 15 yaşlı qız itkin düşüb
27-03-2024, 09:20
27 Mart - Azərbaycanda Elm Günüdür
27-03-2024, 08:55
134 nəfər Füzuliyə YOLA SALINDI
26-03-2024, 17:44
Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib
26-03-2024, 16:51
25 yaşlı qadın öldürüldü - Əri tutuldu
26-03-2024, 15:57
Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü
26-03-2024, 14:50
İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video
26-03-2024, 14:30
Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı
26-03-2024, 13:36
Bakıda yenidən qurulan parklanmada qiymətlər...
26-03-2024, 12:23
Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT