ABŞ hökuməti: Mənsimovun şirkəti sanksiyaları pozur, Əsəd rejimi üçün neft daşıyır - TANKERLƏRİN ADLARI
Gündəm
Oxunub: 294
21 May 2020 | 12:52
ABŞ hökuməti: Mənsimovun şirkəti sanksiyaları pozur, Əsəd rejimi üçün neft daşıyır - TANKERLƏRİN ADLARI


ABŞ hökuməti ötən həftə dünya dənizçilik sənayesi, habelə energetika və metallurgiya sektorları üçün qanunsuz gəmiçilik və sanksiyalardan yayınma ilə bağlı tövsiyələrin yer aldığı konsultativ sənədi dərc edib.

Virtualaz.org xəbər verir ki, ABŞ Xəzinədarlığı, Dövlət Departamenti və Sahil Mühafizə Xidməti tərəfindən hazırlanan birgə sənəddə Birləşmiş Ştatlar hökuməti tərəfindən 2018-ci ildə hazırlanmış təlimatı genişləndirir və yeniləyir. Sənəd ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib (https://www.state.gov/united-states-publishes-a-global-maritime-advisory-to-counter-sanctions-evasion-by-iran-north-korea-and-syria/)

Sənəddə hazırda Türkiyədə həbsdə olan azərbaycanlı biznesmen Mübariz Mənsimovun “Palmali Shipping” şirkətinə məxsus tankerlərin ABŞ-ın İrana və Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları pozması da göstərilir. Həmin tankerlərin adları açıqlanır.

Konsultativ sənəd ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün fırıldaqçı hərəkətlər, habelə göstərilən sektorlarda işləyən şirkətlər və təşkilatlar üçün sanksiyalara əməl etməyə dair siyasət və prosedurlar əksini tapır.

“Olduqca mühümdür ki, özəl sektorda fəaliyyət göstərən təşkilatlar sanksiyaların təsiri altına düşmək risklərini etibarlı şəkildə dəyərləndirsinlər, zərurət yaranarsa öz nəzarət proqramlarında yol verilən hansısa boşluqları aradan qaldırmaq üçün tədbirlər görsünlər”,-konsultativ sənəddə bildirilir.

“Reuters” qeyd edir ki, bu tövsiyələr göstərilən sektorların aparıcı şirkətləri ilə bir neçə ay davam edən məsələhətləşmələrdən sonra dərc edilib.

Sənəddə deyilir ki, dünya ticarətinin 90 faizi dəniz daşımaları ilə bağlıdır. Ona görə də bədxahlar sanksiyalardan yayınmaqla mənfəət əldə etmək üçün yeni yollar axtarıb tapırlar, o cümlədən gəmilərin yerini təsbit etməyə imkan verən transponderləri söndürürlər, gəmilərin identifikasiyasında fiziki dəyişikliklər edirlər, sənədləri saxtalaşdırırlar, uydurma bayraqlardan istifadə edirlər və gəmilərin kimə məxsus olduğunu ayrıd etməyi çətinləşdirən mürəkkəb mülkiyyət sxemləri qururlar.

Sənəddə sanksiyalardan yayınma hallarını aşkara çıxarmaqda kömək edə biləcək bir sıra ümumi praktika da əksini tapıb, o cümlədən sanksiyalara əməl edilməsi proqramının institutlaşdırılması, sektorda fəaliyyət göstərən şirkətlərin öz müştərilərini tanıması, daşıma zəncirinin ətraflı araşdırıılması, gəmilərin bütün hərəkət marşrutu boyu monitorinqi və s. barədə tövsiyələr çatdırılır.

Sənəddə Şimali Koreya, İran və Suriya ilə əlaqəli dənizçilik fəaliyyətinə xüsusi yer verilir. Bildirilir ki, Şimali Koreya sanksiyalardan qaçmaq üçün gəmilərdə müxtəlif bayraqlardan istifadə edir. O cümlədən İran müxtəlif fırıldaqçı yollara əl atır. Məsələn, bu yaxınlarda İraq-İran əsilli biznesmen 2019-cu ildə Suriya üçün neft daşıdığına görə sanksiya altına düşmüş tankerin Tehran tərəfindən satın alınmasına kömək etdiyi üçün ABŞ-ın sanksiyası altına düşüb.

Sənəddə deyilir ki, ABŞ Suriya diktatoru Bəşər Əsədin və onun tərəfdarlarının öz xalqına qarşı vəhşikliklərini, qətliamlar törətməsini dayandırmaq üçün Dəməşqə, o cümlədən Suriya rejimi ilə əməkdaşlıq edən şirkətlərə və fərdi şəxslərə qarşı çoxsaylı sanksiyalar tətbiq edib. Lakin bir sıra situasiyalarda ABŞ-ın bundan əvvəl Suriya ilə əlaqəli dənizçilik fəaliyyəti ilə məşğul olduğunu müəyyənləşdirdiyi bir sıra operatorlar İran və Suriyaya yük daşıyan gəmiləri idarə etməkdə davam edirlər.

Məsələn, 2019-cu ildə “Zərifə Əliyeva” tankerinin Suriyadan neft və neft məhsulları daşıdığı müəyyən edilib. Həmin tanker əvvəllər Türkiyədə mənzillənmiş “Palmali Shipping” şirkəti tərəfindən istismar edilib.

Habelə sənədə görə “Palmali” şirkətinin donanması Suriya və sanksiya altında olan digər yuridiksiyalar arasında daşımaları həyata keçirib. O cümlədən “Palmali” şirkətinin kimyəvi maddələr daşımaq üçün nəzərdə tutulmuş “Lənkəran” tnankeri son 6 ay ərzində Suriyanın Tartus limanına iki dəfə yan alıb. Hər iki halda gəmi Rusiyanın Rostov limanından yola çıxıb, yolüstü İstanbul sahillərində dayanıb. ABŞ hökumətinin sənədinə əsasən “Lənkəran” tankeri son bir ildə azı 4 dəfə İran limanlarına daxil olub.

“Palmali” şirkətinin kimyəvi maddələr daşıyan iki digər tankeri-“Armada Explorer” və “Çingiz Mustafayev” isə bu il ərzində İran limanlarına daxil olublar. “Çingiz Mustafayev” tankeri habelə 2018-ci ilin noyabrında Suriyanın Tartus limanına yan alıb.

Qeyd edək ki, bir neçə il əvvəl ABŞ hökuməti və kəşfiyyatı “Palmali” şirkətinin tankerlərinin İŞİD terror qruplaşmasının Suriya və İraqda hasil etdiyi nefti daşımaqla məşğul olduğunu da açıqlamışdı. O cümlədən Rusiya “Palmali” şirkətinin İŞİD neftini daşıdığını bildirmişdi.
Dün, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Dün, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
Dün, 17:11
Əli Əsədov yeni qərar imzaladı
Dün, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
Dün, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
Dün, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Dün, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
Dün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Dün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Dün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Dün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Dün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Dün, 10:12
Azərbaycanda zəlzələ oldu
Dün, 09:36
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Dün, 09:16
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
22-04-2024, 17:52
Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH
22-04-2024, 17:24
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
22-04-2024, 15:13
ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi
22-04-2024, 14:23
Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL
22-04-2024, 13:40
Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
22-04-2024, 13:01
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
22-04-2024, 12:05
Prezident Rusiyadadır
22-04-2024, 11:45
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
22-04-2024, 10:48
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək
22-04-2024, 10:12
BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
22-04-2024, 09:28
Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq
22-04-2024, 09:26
Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur