Ödə, ödə, bitmir: Müştərini çətinə salan bank faizləri - GƏLİŞMƏ
Gündəm
Oxunub: 311
22 May 2020 | 10:08
Ödə, ödə, bitmir: Müştərini çətinə salan bank faizləri - GƏLİŞMƏ

"Yelo Bank"ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia deyib ki, Azərbaycanda kreditlər o qədər də baha deyil.

Bankın İdarə Heyətinin sədri fikrini bu sözlərlə əsaslandırıb:

"Bazarın digər iştirakçıları ilə müqayisədə bankların ciddi imtiyazları yoxdur, üstəlik, region ölkələri ilə müqayisədə əməliyyat xərcləri və riskləri nəzərə alınmaqla ölkədəki kreditlər o qədər də baha deyil".

Nikoloz Şurqaianın bu fikrinə rəğmən, vətəndaşlar hər zaman bankların kredit faizlərindən narazılıq edirlər. Hətta yüksək faizlə verilən kreditlər vətəndaşı bankdan asılı salır və çox zaman da çətin durumlara düşürür.

Bütün hallarda bankların 30 %-lə kredit verməsi baha deyilmi?

“Cümhuriyət”-ə açıqlamasında bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Nikoloz Şurqaia bu fikirləri bankir nöqteyi-nəzərindən bildirib:

“Bankir nöqteyi-nəzərindən o haqlıdır. O demək istəyir ki, biz əmanətləri baha cəlb edirik. Yəni milli valyutada 12 faizlə cəlb edilir. Amma ölkədə, həqiqətən də, risklər çoxdur. O cümlədən kreditin qaytarılması ilə bağlı yaranmış problemə görə edilmiş şikayət əsasında aparılan məhkəmə prosesləri də çox uzun çəkir. Hətta bu proses illərlə çəkir. Son günlərdə 4 bankın bağlanması da bunu sübut etdi. Onların problemi nə idi? Yəni banklar kreditlərini ona görə qaytara bilmir ki, məhkəmə işləri illərlə davam edir. Xüsusilə də biznes kreditlərində olan risklər daha çox böyükdür. Ona görə də biznes kreditlərinə əlavə faiz az tətbiq edilsə də, vətəndaşa çox tətbiq edilir ki, heç olmasa, risk yarananda kompensasiya etmək olsun. Bu baxımda "Yelo Bank"-ın İdarə Heyətinin sədri haqlıdır, yəni bankların riskləri yüksəkdir. Amma adi vətəndaş üçün kredit faizləri yüksəkdi. Vətəndaş mövqeyindən yanaşanda kreditlər bahadır, bankir mövqeyindən isə belə deyil. Onda, deməli, son nəticədə burada işi həll etməli olan dövlətdir. Dövlət bu problemləri həll etməlidir ki, ölkədə risklər yüksək olmasın və məsələ öz həllini tapsın. Hazırda sahibkarlar üçün milli valyutada kredit faizləri 20%-ə qalxıb. Amma pandemiyadan qabaq bu 14 faizdən də aşağı olub. Sadə vətəndaşlar üçün isə bu göstərici 30 faiz və ondan yuxarıdır. Təəssüf ki, bu da vətəndaş üçün çoxdur. Çətin durumlarda kredit götürən vətəndaşlar sonra onu ödəyib qurtara bilmirlər”.

Ekspert sahibkarla sadə vətəndaşa verilən kreditlərin faiz fərqinin səbəblərini də izah edib:

“Sahibkarla sadə vətəndaşın götürdüyü kreditlərə əlavə olunan faizlərin fərqində kəskin fərq hər yerdə var. Bu da onların götürdüyü kreditin həcmi ilə əlaqədardır. Məsələn, sahibkar 1 milyon kredit alır. Buna bankın vaxtı daha az gedir. Sadə vətəndaş isə 1000 manat kredit alır. Belə insanların sayı da çoxdur. Burada bankın gəlir qazanmaq məsələsi var. Bankın da işçiləri var və onlara maaş verir. Biri var 1000 manatdan qazandığı faizlə işçi saxlamağa çalışa, biri də var 1 milyondan qazandığı ilə. Əlbəttə ki, sahibkara kredit vermək banka daha çox sərf edir”.
Bugün, 11:53
“Crocus City Hall” terrorunda yaralananların sayı artdı
Bugün, 11:15
Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir
Bugün, 10:46
İran bu ölkələri Xəzərə buraxmaq istəmir
Bugün, 09:59
Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA
Bugün, 09:15
MİDA-nın vəzifəli şəxsi vəfat etdi
Bugün, 08:47
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam
27-03-2024, 14:03
Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
27-03-2024, 12:57
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
27-03-2024, 12:12
Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...
27-03-2024, 11:36
Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər
27-03-2024, 10:21
Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
27-03-2024, 09:51
Bakıda 15 yaşlı qız itkin düşüb
27-03-2024, 09:20
27 Mart - Azərbaycanda Elm Günüdür
27-03-2024, 08:55
134 nəfər Füzuliyə YOLA SALINDI
26-03-2024, 17:44
Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib