Erməni KİV-ləri: “Rusiya Qarabağdakı son təyinatlardan çox narazı qalıb...” - GENERAL SAMVEL VƏ DİGƏRLƏRİ
Gündəm
Oxunub: 332
2 Haz 2020 | 12:29
Erməni KİV-ləri: “Rusiya Qarabağdakı son təyinatlardan çox narazı qalıb...” - GENERAL SAMVEL VƏ DİGƏRLƏRİ


Ermənistanda nəşr olunan “İrates” qəzetinin yazdığına görə Rusiya işğal altındakı Dağlıq Qarabağda yeni “prezident” Araik Arutyunyanın son təyinatlarından çox narazı qalıb.

Virtualaz.org xəbər verir ki, qəzet narazılığın səbəbini qondarma “dqr xarici işlər naziri” və “təhlükəsizlik şurasının katibi” vəzifələrinə təyinatlarla bağlı olduğunu yazır. Araik Arutyunyan Yerevanda apardığı məsləhətləşmələrdən sonra “seçkilərdə” onun rəqibi olmuş Masis Mailyanı yenidən “xarici işlər naziri” vəzifəsinə təyin edib. Keçmiş “müdafiə naziri”, general Samvel Babayan isə “təhlükəsizlik şurasının katibi” təyin olunub. Qəzet Rusiyanın bunu “çox pis qarşıladığını” iddia edir.

Bildirilir ki, Masis Mailyanın təyinatı “Soros məktəbinin” Qarabağda “ölməzliyini” sübut etməsi kimi qiymətləndirilir. Eyni zamanda Rusiya tərəfi daim erməni tərəfinə başa salıb ki, onun Samvel Babayanla və Masis Mailyanla problemləri var.

Xatırladaq ki, Qarabağdakı “seçkilər” ərəfəsində Ermənistan KİV-ləri Mailyanın Rusiyaya girişinə qadağa qoyulduğunu yazmışdı.

“Bundan əlavə, Rusiya bu günə qədər də rəsmən təkzib etməyib ki, Mailyan və Babayan Moskva üçün arzuolunmaz şəxslərdir, onların Rusiyaya girişinin qadağan edilməsi də nəzərə alanda son təyinatlar faktiki olaraq Rusiyaya qarşı demarışdır. Həmin demarşın arxasında Nikol Paşinyan dayanır”,-qəzet yazır.

Formal olaraq Rusiyanın işğal altındakı Azərbaycan ərazilərində qurulmuş rejimlə birbaşa heç bir əlaqəsi yoxdur. Lakin Dağlıq Qarabağdakı separatçıların liderlərinin həmişə Ermənistandan daha çox Rusiyaya qulaq asdıqları haqda zaman-zaman erməni mənbələrində yazırlar.

General Samvel Babayan bir neçə il Rusiyada yaşayıb, 2016-cı ilin aprel müharibəsindən sonra Ermənistana dönüb və Qarabağda hakimiyyətə gəlmək üçün planlar qurub. Lakin onu “seçkilərə” buraxmayıblar.
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Dün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Dün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Dün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
24-04-2024, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
24-04-2024, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
24-04-2024, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
24-04-2024, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
24-04-2024, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
24-04-2024, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
24-04-2024, 13:28
Prezident 2 fərman imzaladı
24-04-2024, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
24-04-2024, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
24-04-2024, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
24-04-2024, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
24-04-2024, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ