Vüsal Kərimli milyonları necə havaya sovurdu... - BNA-dan narazılıq...
Gündəm
Oxunub: 302
3 Haz 2020 | 14:38
Vüsal Kərimli milyonları necə havaya sovurdu... - BNA-dan narazılıq...




Hazırda fəaliyyətindən ciddi narazılıq edilən strukturlar siyahısında “liderliyi” Bakı Nəqliyyat Agentliyi (BNA) tutur desək, yanılmarıq. Yaradılma səbəbi əslində paytaxtın nəqliyyat xaosuna son vermək olan bu qurum gözləntiləri nəinki doğrultmadı, əksinə indi bu sektordakı vəziyyətin daha bərbad olduğunu düşünənlərin sayı artmaqdadır. Cumhuriyyet.az xatırladır ki, Nəqliyyat Nazirliyi müstəqil qurum kimi ləğv olunub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra hər kəsdə nəhayət nəqliyat sektorunda irəliləyişlərin olacağına dair ümüdlər yaranmışdı. Amma…
Amması ondan ibarətdir ki, 2016-cı ildən fəaliyyətə başlayan Bakı Nəqliyyat Agentliyi müsbət mənada heç nəylə yadda qalmadı. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs bu qurumun fəaliyyətindən narazıdır. Məsələn, hərəkətin pik saatlarında paytaxt dayanacaqlarında əsl izdiham yaranır, marşrut xətlərində aparılmış dəyişiklik və islahatlar isə hələ ki, öz nəticələrini vermir. Daha bir maraqlı nüansı cumhuriyyet.az olaraq diqqətə çatdıraq ki, BNA nəqliyyat sistemindəki problemləri həll edə bilmədiyi halda tez-tələsik avtomobillərin parklanması məsələsini “tənzimləmək” qərarına gəldi. Paytaxt küçələrinə quraşdırdıqları nəzarət kameraları ilə minik avtomobillərinə dayanma-durmaya görə 20 AZN məbləğində cərimə yazırlar. Bəs sürücülərin ucdantutma cərimələnməsi (bəzi hallarda isə haqsız olaraq – red.) BNA mövcud problemi həll edirmi? Yaxud həll edə biləcəkmi?
Mövcud reallıq optimist düşünməyə əsas vermir. Çünki karantindən öncə paytaxt küçələrində tıxac problemi yaşannırdı. Günün pik saatlarında vəziyyət daha da acınacaqlı olur. Cərimələrin tətbiqi isə davamlı olacaq. Nəzərə alsaq ki, BNA-nın nizamnaməsində göstərilir ki, yığılan dövlət büdcəsinə ödənməsi kimi bir məcburiyyəti yoxdur, o zaman mənzərəylə bağlı yarımçıqlıq tamamlanmış olur. BNA rəhbərliyi bu yolla “tamah dişinin” ağrısını kəsməyə çalışır. Məlumat üçün bidirək ki, bu heç də yeni ssenari deyil. Əksinə sabiq nəqliyyat naziri Ziya Məmmədovun açdığı cığırla irəliləmək eşqidir. Bir zamanlar keçmiş nəqliyyat naziri Ziya Məmmədov da taksilərə nəzarəti ələ keçirmək üçün oxşar və mümkün bütün metodlardan istifadə edirdi.
İndi BNA və BNA rəhbərliyi də zamanında Ziya Məmmədovun üsulundan yararlanır. Nəinki parklanmaya, hətta sərnişinləri düşürmək və götürmək üçün də taksilərə cərimələrin yazılması nümunəvi xidmət deyil, nəzarət imkanlarına sahiblənməkdir. Maraqlı olan isə həm də budur ki, tutaq ki, avtomobil hərəkətdə olarkən nasazlığın yaranması səbəbindən maşın yolun kənarına çəkilirsə, həmin avtomobilin sürücüsünə də cərimə yazılır ki, bunu heç bir məntiqlə izah etmək olmaz. Bunun yalnız bir adı var: özbaşınalıq.. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs bu qurumun fəaliyyətindən narazıdır. BNA sanki “baha qiymət, keyfiyyətsiz xidmət”i öz fəalliyyətinin əsas devizi olaraq qəbul edib.
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam
27-03-2024, 14:03
Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
27-03-2024, 12:57
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
27-03-2024, 12:12
Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...
27-03-2024, 11:36
Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər
27-03-2024, 10:21
Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
27-03-2024, 09:51
Bakıda 15 yaşlı qız itkin düşüb
27-03-2024, 09:20
27 Mart - Azərbaycanda Elm Günüdür
27-03-2024, 08:55
134 nəfər Füzuliyə YOLA SALINDI
26-03-2024, 17:44
Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib
26-03-2024, 16:51
25 yaşlı qadın öldürüldü - Əri tutuldu
26-03-2024, 15:57
Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü
26-03-2024, 14:50
İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video
26-03-2024, 14:30
Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı
26-03-2024, 13:36
Bakıda yenidən qurulan parklanmada qiymətlər...
26-03-2024, 12:23
Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT