Vilyam Hacıyevin bağlamaları kimə çatacaqmış? - 2 başçını bitirən bir əməliyyat...
Gündəm
Oxunub: 304
5 Haz 2020 | 09:09
Vilyam Hacıyevin bağlamaları kimə çatacaqmış? - 2 başçını bitirən bir əməliyyat...

İcra başçılarının rüşvət üstündə yaxalanması getdikcə adi hala çevrilsə də, DTX əməliyyatları nəticəsində məmurların "ilişmə" prosesinin rəngarəngliyi-yəni, pulların verilməsi və qəbul olunması anları, görüntülərin müxtəif rakurslardan çəkilməsi, açığı deyək ki, həmişə xüsusi maraq oyadıb və cəmiyyət üçün göstərilən video kadrlarda pul əskinaslarının markaları, düzülüşü və işarələnməsi hər dəfə yenilik kimi qarşılanıb.

İmişli icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin yaxalanması anı, onun saxlancığından çıxan səliqə ilə bükülmüş, yapışqanlanmış pul dağarcıqları əvvəlkilərdən həm həcmcə, həm də çox olması ilə fərqlənirdi. Ona görə cəmiyyətdə belə bir sual yaranırdı: bu icra baçcısı pulları niyə büküb saxlayıb? Adətən, Azərbaycandan oğurlanan pullar ya daxildə, ya xaricdə obyekt almağa sərf edilib. Son günlər İngiltərə Cinayət agentliyinə minnətdar olmalıyıq ki, Azərbaycan məmurlarının Londonda yatırdıqları milyonların kimlərə mənsub olduğunu açıqladı. Əcəba, bəlkə Vilyam Hacıyev də pul bağlamalarını Londona aparmaq niyyətində olub?

Hakimiyyətdəki yuxarı eşalona yaxın mənbələrdən birinin verdiyi məlumata görə V.Hacıyevin topladığı pullar yuxarılarda sözü keçən səlahiyyətli şəxslərdən birinə çatmalıymış. Hədiyyə kimi yox, bu milyonların əvəzində V.Hacıyevin Prezident Administrasiyasında yüksək posta təyin olunması gözlənilirmiş. Son anda bu niyyətdən xəbərdar olan yüksək vəzifəli şəxs bu “əməliyyat”ın qarşısını ala bilib...

Xatırlatmaq yerinə düşər ki, V.Hacıyevin ardınca Göy-göl rayon icra hakimiyyətinin başçısı da vəzifədən azad edildi. Mənbənin məlumatına görə əslən Göy-göl rayonundan olan V.Hacıyev o rayonun baççısı Arif Seyidovu da bu işə qoşubmuş. O Arif Seyidovdan da vəsait toplayıb ki, daha yüksək vəzifəyə gedir, əvəzində yerinə 14 il Göy-göl rayonuna başçılıq etmiş Arif Seyidovu gətirir, Göy-göl rayonunun icra başçısının yerinə isə özlərinə yaxın yeni bir şəxsin təyinat almasına çalışırlar. DTX əməliyyatı isə bütün bu planları alt-üst edir...

Mənbə V.Hacıyevin həbsinə qərar verən məhkəmə prosesi bitəndən sonra, çıxışda V.Hacıyevin yaxınlarına müraciət edərək “Narahat olmayın, tezliklə haqq-ədalət öz yerini tutacaq” deməsi havayı deyil. V.Hacıyevin bu mesajı daha çox başqasına ünvanladığı barədə həqiqətə yaxın söz-söhbətlər dolaşmaqda davam edir.

V.Hacıyev Bakıda hansı vəzifəni tutmaq üçün çalışırdı və bunun üçün toplanan pul kimə çatacaq idi? Bu və digər suallara bəzi əlavə məlumatlara aydınlıq gətirdikdən sonra qayıdacağıq. //moderator.az//
Bugün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Bugün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Bugün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Bugün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Bugün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Bugün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Bugün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Bugün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Bugün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Bugün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Bugün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Bugün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Bugün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Bugün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Bugün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
Dün, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
Dün, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
Dün, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Dün, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
Dün, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
Dün, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
Dün, 13:28
Prezident 2 fərman imzaladı
Dün, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
Dün, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
Dün, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Dün, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Dün, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ