xeberler.org
xeberler.org

Qardaşı narkotiklə tutulan başçı müavini vəzifədən azad edilib? - AÇIQLAMA

1-07-2020, 11:36 18 dəfə baxılıb

Qardaşı narkotiklə tutulan başçı müavini vəzifədən azad edilib? - AÇIQLAMA

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin vəzifədən azad edilməsi barədə yayılan məlumatlar əsassızdır.

Bunu Axar.az-a açıqlamasında Ağstafa Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Leyla İsayeva deyib.

O bildirib ki, Aydın Hacıyev hazırda vəzifə başındadır.

Qeyd edək ki, ötən həftə Ağstafa İH-nin müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Ötən gün isə Aydın Hacıyevin vəzifədən azad edilməsi barədə məlumat yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA