AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz
Gündəm
Oxunub: 277
4 Tem 2020 | 12:36
AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov pandemiya dövründə atdığı addıma görə iki ölkənin hava yolları şirkətlərininin fəaliyyətini sərt tənqid edib.

"BakuPost"un məlumatına görə, o məsələnin məntiqinin avia şirkətlərin pandemiya zamanı təxliyyəyə (bunu təxliyyə adlandırmaq olarsa) ehtiyacı olan soydaşlarımızdan qazanacaqları maddiyyat olduğunu deyib.

"Deməli, 08.07.2020 tarixində "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinə məxsus olan təyyarə Kiyevdən Bakıya boş (sərnişinsiz) uçaraq oradan bu avia uçuşa 300 ABŞ dollarına bilet (ekonom klass) almış əksəriyyəti azərbaycanlı olan sərnişinləri Kiyevə gətirməyi planlaşdırır.

Səhəri gün (09.07.2020) isə "Azərbaycan Hava Yolları" avia şirkəti Bakıdan Kiyevə boş uçuş həyata keçirərək Kiyevdəki soydaşlarımızı xüsusi çarter reysilə 300 ABŞ dollarına bilet almaqları müqabilində "təxliyyə" etməyə hazırlaşır.

Hər iki təyyarə eyni marşrut üzrə 1 gün fərqlə avia reys reallaşdıracağı halda niyə bir tərəfə sərnişinsiz uçuş həyata keçirərək biletin qiyməti ən azı 300 ABŞ dollar təyin edilir? Olmazmı ki, bir təyyarə hər iki istiqamətdə sərnişinlərlə dolu uçsun və pandemiya dövründə xarici ölkələrdə maddi vəziyyətləri onsuz da çətin olan soydaşlarımıza biletləri 300 deyil, deyək ki, 200 ABŞ dollarına satılsın?

Yəni, biletin qiymətinin biznes klasa 700 ABŞ dolları olduğunu nəzərə almasaq belə, yenə də 200 nəfərlik təyyarəyə bilet alan soydaşlarımız ən azından hərəsi 100 ABŞ dollarına qənaət etsələr, bir təyyarədə 20.000 ABŞ dolları vətəndaşlarımızın cibində qalsa olmazmı?

Belə bir çətin və həssas dönəmdə bu avia şirkətlər pandemiyanın yorduğu soydaşlarımızı vətənlərinə rahat uçurmaq əvəzinə, bu halı fürsət bilib onların dövlətə inamlarını havaya uçururlar. Dövlətə sevgini isə sonradan 30-40 min dollara almaq mümkün olmayacaq. Millətin gözündən düşməyin.

Düşünün, düşməyin!
Uçurun, uçurmayın!"

AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz
Bugün, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Bugün, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
Bugün, 17:11
Əli Əsədov yeni qərar imzaladı
Bugün, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
Bugün, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
Bugün, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Bugün, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
Bugün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Bugün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Bugün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Bugün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Bugün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Bugün, 10:12
Azərbaycanda zəlzələ oldu
Bugün, 09:36
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Bugün, 09:16
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dün, 17:52
Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH
Dün, 17:24
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
Dün, 15:13
ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi
Dün, 14:23
Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL
Dün, 13:40
Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
Dün, 13:01
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
Dün, 12:05
Prezident Rusiyadadır
Dün, 11:45
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
Dün, 10:48
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək
Dün, 10:12
BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
Dün, 09:28
Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq
Dün, 09:26
Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur