Həyatım, canım mələyim, əziz Nərminim!
Gündəm
Oxunub: 1 012
9 Tem 2020 | 11:00
Həyatım, canım mələyim, əziz Nərminim!

Dahilərdən birinin sözüdür: “Dünyada uşaq qığıltısından təntənəli himn yoxdur!”

Bu həqiqətən belədir!

Heç təsəvvür edə bilməzsən ki, sənin dünyaya gəliişinə necə sevinmişik! Belə bir sevinci sən özün ana olanda özün də yaşadın.
Səni mənə verən Allaha ömrüm boyu duaçıyam .Sən.Allaha mənə verdiyi ən qiymətli varlıqsan.
Deyirlər qadının ən böyük vəzifəsi analıqdır.
29 il öncə Allah-taala sən Nərmini mənə verdi. Göz çəkmədən sənə baxırdım, fərəhim köksümə sığmırdı. Sən də gözlərini mənə zilləmişdin. Hələ heç nə hiss eləmirdin. Harada olduğunu, qarşındakının kim olduğunu bilmirdin.
Bapbalaca qız idin, bu işıqlı dünyaya yenicə göz açmışdın, dünyamızla tanış deyildin, necə bilərdin?! Köməksiz, qayğıya, qulluğa möhtac bir çağa idin.
Sənə baxıb kövrəldim: “Qızım, narahat olma, səni dünyanın xoşbəxti edəcəyəm!” - deyə pıçıldadım.
Bu sözləri sanki eşidib, məmnun qaldın. Sifətin işıqlandı.
Həmin gündən arzularım qanad açdı: Bu balaca qız sağlam böyüsün, diş çıxarsın, tez bir zamanda yerisin, dil açsın. “Ata”, “Ana” desin. O gün olsun qızım məktəbə getsin, o gün olsun məktəbi bitirib, universitet tələbəsi olsun, işə başlasın.
Gözəl qızım, ağıllı balam, sən böyüdükcə, səninlə bağlı arzularım da böyüdü. Günlər həftələri, həftələr ayları, aylar da illəri qovdu. Bir də baxdım ki, artıq yetkin qız olmusan. Qızlar bulağından su içmisən, baxan göz çəkmək bilmir. Ay deyir sən çıxma, mən çıxım. Gün deyir, yox, sən çıxma, mən çıxım.
Həyatım, canım mələyim, əziz Nərminim!

Mən də qızıma baxıb fərəhləndim, nəğmə dedim:

Nərgizi üzüm lay-lay,
Yaxana düzüm lüy-lay.
Sən böyü, mən qocalım,
Toyunda süzüm lay-lay!
Adını atan qoydu, bəxtini Ulu Tanrım versin.
. Qumru nənə rəhmətə gedən günü sən dünyaya göz açdın. Onun yoxluğunu hiss etdirməmək üçün, bir növ təsəlli olaraq doğuldun!
Rəbbim səni və sənin kimi bütün övladları pisliklərdən, bəlalardan, xəstəliklərdən qorusun! Övlad valideyn ömrünün davamıdır, həm də davamçısıdır.
Ata, ana övladlar AİLƏ deyilən Şah əsərin həmmüəllifləridir.
Övladı dünyaya bəxş edən insanların ömrü uşaqlarının ruhunda, əməlində, arzularında, uğurlarında yaşayır!
Səni mübarizə, zəhmət və sevgi dolu ömrümün şah əsəri, ən barlı-bəhərli bağçası, meyvəsi hesab edirəm. Arxayınam ki, taleyimin bundan sonrakı ən mənalı və əlvan səhifələrini sən yazacaqsan! Öz uğurlarınla, mədəniyyətinlə, əxlaqınla, ANA missiyasına sədaqətinlə!
Sən mənim bütün arzularımı tamamladın. Gözəl bir ziyalı, mütəxəssis oldun! Ən əsası, İnsan və Vətəndaş oldun!.. Bir zamanlar mənə - analıq, sonra da - nənəlik statusu bəxş etdin. Bu adları taleyimin ən böyük mükafatları hesab edirəm... Allah sənə də övlad toyu qismət etsin.
Canım, mələyim mənim! Ad günün mübarək, gözəl, sevimli, istəkli qızım!


SƏNİ ÇOX SEVƏN ANAN!
09.07 1991

Həyatım, canım mələyim, əziz Nərminim!

Həyatım, canım mələyim, əziz Nərminim!
Bugün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Bugün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Bugün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Bugün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Bugün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur