Nazirmi səriştəsizdir, yoxsa kadrları?.. - NARAZILIQ...
Aprel, may aylarında 600 min işsiz vətəndaşa 190 manat birdəfəlik vəsait ödənilərkən vətəndaşlar arasında Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən (ƏƏSMN) çoxlu sayda şikayətlər olduğu hər kəsə bəllidir. Təəssüf ki, hələ də haqqı çatmasına rəğmən, birdəfəlik ödəməni ala bilməyən kifayət qədər narazı vətəndaş var. Doğrudur, burada bir sıra obyektiv problemlıər var. Məsələn, Dövlət Statistika Komitəsinin açıqladığı kimi, işsizlərin sayı ölkədə 297,8 min deyil, 1 milyondan çoxdur.
Buna baxmayaraq, işsiz kimi birdəfəlik ödəmə almaq üçün müraciət edən vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “aztəminatlılıq meyarına uyğun gəlmədiyiniz üçün sizə birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir”, yaxud “yoldaşınızın haqqında təhrif olunmuş məlumat vermisiniz” bu kimi əsassız cavab SMS-ləri göndərməklə kifayətlənir. Bu quruma müraciət edən vətəndaş həqiqətən acdır-toxdur, bu, ölkədə heç kimin vecinə deyil. Ümumiyyətlə, ƏƏSMN bu məsələlərlə məşğul olsa da, nazirliyin doğru-düzgün araşdırma aparmadığı da məlum olur. Çünki dəfələrlə “Hürriyyət”ə müraciət edən şikayətçilərin dediklərində də bu, özünü aydın göstərir.
Şübhə yoxdur ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Nuranə Əliyevanın müraciətinə verilən cavab heç bir araşdırılma aparılmadan verilib. Nazirliyin cavabına görə, guya, həmin vətəndaş aztəminatlılıq meyarına uyğun gəlmir. Ona görə də birdəfəlik yardımdan imtina edilir. Halbuki, həmin vətəndaş və həyat yoldaşı işsizdir, adlarına heç bir əmlak yoxdur və iki uşaqla çətin durumdadırlar, qohum-əqrabaları onlara dəstək olur.
Nazirliyin heç bir araşdırma aparmadan işsiz və imkansız vətəndaşı 190 manat birdəfəlik ödəmədən məhrum etdiyi azmış kimi, nazirlikdən N.Əliyevaya hansı səbəbdən imtina yazıldığına cavab almaq mümkün deyil. Gah deyirlər adına əmlak var, gah da artıq 2 aydan çoxdur ki, aradşırma aparıldığı vurğulanır.
ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bizə imtina səbəbi ilə bağlı cavab vermək əvəzinə, “O şəxsə iş təklif etmək olar, məşğulluq mərkəzi ilə əlaqə saxlasın”, – deyə “yol göstərdi”. Lakin ona bildirəndə ki, biz vətəndaşa imtina verilməsinin konkret səbəbini aydınlaşdırmaq istəyirik, bu zaman “araşdırıb, cavab verərik”, – deyə bildirdi. Bundan sonra isə, dəfələrlə əlaqə yaratmağa çalışsaq da, ya telefona cavab vermədi, ya da “odboy” verdi.
Maraqlıdır ki, əhalinin sosial problemləri ilə məşğul olan bu nazirlik xalqın ödədiyi vergilərin hesabına fəaliyyət göstərmir ki, Fazil Talıblı özünü bu cür aparır?! Bəlkə xəbərimiz yoxdur, elə bu nazirlik kiminsə şəxsi mülküdür, ona görə də qurumun sözçüsü mətbuat orqanının əməkdaşına da, vətəndaşa da belə sayğısızlıq edir?! Hansı ki, xalqın sərvəti, ödədiyi vergiləri hesabına formalaşan dövlət büdcəsindən ayrılan vəsaitlə fəaliyyət göstərən bir nazirliyin sözçüsünün nə vətəndaşa, nə də mətbuat orqanın əməkdaşına sayğısızlıq etməyə haqqı çatır. Yəqin Fazil Talıblının “Kütləvi informasiya vasitələri haqqında” qanundan xəbəri var. Xəbəri yoxdursa, qanunun 8-ci (Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ) maddəsinə diqqət yetirsə, yaxşı olar. Həmin maddəyə görə, kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Çox güman ki, uzun illərdir mətbuatla əlaqədə olan bu şəxs bu barədə də məlumatsız ola bilməz. Sadəcə və sadəcə vətəndaşa və mətbu orqana, eləcə də onun əməkdaşına sayğısızlıq etmək onun kimi “yarım məmurlar”ın vecinə deyil. Çünki ölkədə qanunların işləmədiyini yaxşı bilir və bundan sui-istifadə edir. Lakin, inanırıq ki, bir vaxt gələcək, xalqın sərvəti, ödədiyi vergilər hesabına fəaliyyət göstərən bu nazirlikdə də DTX-nın ötən ay Mədəniyyət Nazirliyində, bir neçə gün öncə isə Xarici İşlər Nazirliyində apardığı analoji əməliyyatın şahidi olacağıq.
Fakt budur ki, dövlətdən sosial yardım almaq haqqı olan çox sayda vətəndaşımız bu gün imkanlı şəxslərə yardım üçün əl açmağa məcbur olur. Doğrudur, bu proqramdan 600 min insanın faydalandığı bildirilir. Amma bu informasiyanın özü də kifayət qədər şübhəlidir. Çünki ətrafımzıda yardım alan insanların sayı deyilənlər tamamilə uydurma olduğunu ortaya çıxarır..
Eyni zamanda bu sualada aydınlıq gətirilməlidir ki, nə qədər vətəndaşa imtina cavabı verilib və niyə verilib? İmtina cavabı verilənlərin həqiqətənmi haqları çatmır və bu vəsaitə ehtiyacları yoxdur? Bunu araşdırmadan “aztəminatlılıq meyarına uyğun gəlmədiyiniz üçün sizə birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir”, – cavabının verilməsi ədalətsizlikdən başqa bir şey deyil.
Hurriyyet.org
Bugün, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
Bugün, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Bugün, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
Bugün, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
Bugün, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
Bugün, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
Bugün, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
Bugün, 12:13
Azyaşlılarda bu xəstəliklər artıb
Bugün, 11:40
Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI
Bugün, 10:50
Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO
Bugün, 10:24
Evinin həyətində asılmış meyiti tapıldı
Bugün, 09:44
Aytən Səfərova ağır yol qəzası keçirtdi
Bugün, 09:14
Ən çox nifrət edilən 5 bürc: Hamı onları...
Bugün, 08:40
Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib
Dün, 16:55
“Semka” da həbs edildi
Dün, 16:33
KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb
Dün, 16:09
Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto
Dün, 15:31
Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı
Dün, 14:41
Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar
Dün, 14:23
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Dün, 14:01
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dün, 13:20
Paşinyan Putinin andiçməsinə gedəcək?
Dün, 12:58
Tanınmış rusiyalı müxalif yazar həbs olundu
Dün, 12:30
“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti
Dün, 12:30
“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti
Dün, 11:53
“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin
Dün, 11:26
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir