Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI
Gündəm
Oxunub: 272
10 Tem 2020 | 15:39
Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI


Ölkə bələdiyyələrinin əsas gəlir mənbələrindən biri də mehmanxana rüsumu təşkil edir. Ölkəmizin turizm cəlbediciliyi artdıqca gələn qonaqların sayında da kifayət qədər artım hiss edilməkdədir. Ötən il bələdiyyələrin mehmanxana rüsumlarının yerli büdcəyə 1.957.200 manat vəsait daxil olub.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Məlumatda qeyd olunur:

"Bu da 2018-ci ildəkindən 7.5 fazi artıq deməkdir və ümumi büdcə gəlirlərində tutduğu yerin həcmi isə 5.5 faiz bərabərdir.

Əldə edilən vəsaitin 1.418.000 manatını, yəni 72.5 faizini Bakı bələdiyyələri, 304.600 manatını Qəbələ, 79.000 manatını Şəki, 7.900 manatını Sumqayıt, 6.200 manatını Quba, 3.900 manatını Gəncə, 3.700 manatını İsmayllı, 2.700 manatını Abşeron, 2.900 manatını Ağstafa, 1.400 manatı Qax, 1.400 Zakatala, 1.300 manatını Oğuz, 1200 manatını Şamaxı, 800 manatını Masallı, 400 manatın Tovuz, 400 manatını Lənkəran, 300 manatını Gədəbəy bələdiyyələri toplayıb.

Dövlət Statistika Komitəsindən daxil olan məlumatda maraqlı məqam ondadır ki, turzim zonası hesab edilən Lerik bələdiyyələri mehmanxana rüsumundan bir manatda vəsait əldə edə bilməyiblər.

Baxmayaraq ki, rayonun Vizəzəmin bələdiyyəsinin ərazisində ““Relax Hotel and Resort” mehmanxanası fəaliyyətdə olub.

Sual olunur ki, ölkə bələdiyyələri mehmanxana rüsumunun həcmini nə qədər artıra bilərdilər?

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170 min 400 və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Bu isə deməkdir ki, bu insanlar ölkəmizdə qohum-əqrabasını yoxlamağa deyil konkert olaraq ya işlə, ya da istirahət məqsədiylə gəlib. Və yəqin ki, bir günlük gəlməyiblər. Onların hər birinin gecələməsini orta hesabla 5 gündən hesablasaq demək gecələmələrin sayı 15.852.000 edəcək.

Hər gecələməyə görə isə mehmanxananın aldığı vəsaitdən 1.1 manatı yerli büdcəyə köçürülməliydi. Demək il ərzində bələdiyyələrimiz 17.437.200 maliyyə vəsaiti əldə edə bilərdilər. Bu rəqəmin qarşılığında isə yerli büdcəyə cəmi 2 milyon manata yaxın vəsait daxil olub. Hər halda bələdiyyə sədrləri bu istiqamətdən daxil olan vəsaitin həcmini artırmaq üçün çalışmalıdırlar.

P.S. Qanunlarda qeyd edilir ki, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır, hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir. (Belediyye.info)

Qeyd edək ki, deputat İqbal Məmmədova məxsus olan "Relax" İstirahət və Turizm Mərkəzinin dövlət büdcəsinə ödədiyi vergilər kəskin azaldığına görə mərkəzin real vergi potensialını ölçmək məqsədilə ötən il ərazidə vergi yoxlamaları keçirilib.

Sahəsi 14 hektardan çox ərazidə yerləşən, qonaqların qalması üçün 142 nömrədən və müxtəlif təyinatlı 20 obyektdən ibarət olan mərkəz 2018-ci ildə 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat vergi ödəyib.

""Relax" istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişlər", - rəsmi məlumatda deyilir.

Vergilər Nazirliyinin rəsmi saytında göstərilir ki, "Relax Resort and Spa Hotel"in (2018-ci ildə rəsmi qeydiyyatdan keçib) mərkəzin rəsmi təmsilçisi Nərimanlı Mirhəmid İqbal oğludur.

"Relax Lerik"-in (2017-ci ildə rəsmi qeydiyyatdan keçib) qanuni təmsilçisi isə İqbal Məmmədovun qardaşı olduğu deyilən Məmmədov Çingiz Nəriman oğludur.

Onu da bildirək ki, ötən il avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün "Relax" İstirahət və Turizm Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları müqavimətlə üzləşib və əraziyə buraxılmayıblar.

Mərkəzə gələn Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin məsələyə müdaxiləsi nəticə verməyib və özünü istirahət mərkəzinin vəzifəli şəxsləri kimi təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib.

Həmçinin, deputat İqbal Məmmədovun oğlu və qohumları tərəfindən Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.
Dün, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Dün, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
Dün, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
Dün, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
Dün, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Dün, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Dün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Dün, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Dün, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Dün, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Dün, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Dün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
25-04-2024, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
25-04-2024, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
25-04-2024, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
25-04-2024, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
25-04-2024, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25-04-2024, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
25-04-2024, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ