“14 iyul 1969-cu il-Milli tariximizin unudulmaz günü ”
Gündəm
Oxunub: 569
11 Tem 2020 | 12:10
“14 iyul 1969-cu il-Milli tariximizin unudulmaz günü ”

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər təyin olunmasının ildönümü münasibətilə “14 iyul 1969-cu il-Milli tariximizin unudulmaz günü ” adlı tədbir keçirildi. Videokonfrans formatında keçən görüşü açıq elan edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur.
“1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızın tarixində, xalqımızın taleyində ciddi dönüşün əsası qoyuldu. Həmin dövrdə respublikada bərqərar edilən əsli şgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş İttifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ ötən əsrin 70-80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Bir sözlə, Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq artıq əbədiyaşarlıq qazanmışdır.
Azərbaycanın böyük tarixi şəxsiyyəti, ümummillilider Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir. Azərbaycanın sosial-iqtisadi inkişafı bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq biruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi ölkəmizin hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür” – deyə bildirildi.
Tədbirdə çıxış edən digər iştirakçılar – Pirallahı rayon Ağsaqqallar Şurasının sədri FazilMəhəmmədov, veteran neftçi Səməd Əhmədov ümummilli liderin Pirallahı qəsəbəsinə gəlişi zamanı neftçilər və rayon ictimaiyyəti ilə görüşündən xatirələrini danışaraq qeyd etdilər ki, Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır.
YAP Pirallahı rayon təşkilatı sədrinin müavini Əli Kərimov, 186 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov, 235 №-li tam orta məktəbin tarix müəllimi Türkan Məmmədova və digərləri də vurğuladılar ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur.
“14 iyul 1969-cu il-Milli tariximizin unudulmaz günü ”
“14 iyul 1969-cu il-Milli tariximizin unudulmaz günü ”
“14 iyul 1969-cu il-Milli tariximizin unudulmaz günü ”
Bugün, 16:55
“Semka” da həbs edildi
Bugün, 16:33
KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb
Bugün, 16:09
Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto
Bugün, 15:31
Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı
Bugün, 14:41
Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar
Bugün, 14:23
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Bugün, 14:01
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bugün, 13:20
Paşinyan Putinin andiçməsinə gedəcək?
Bugün, 12:58
Tanınmış rusiyalı müxalif yazar həbs olundu
Bugün, 12:30
“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti
Bugün, 12:30
“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti
Bugün, 11:53
“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin
Bugün, 11:26
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir
Bugün, 10:44
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
Bugün, 09:55
Ələt-Astara magistralında təhlükəli vəziyyət
Bugün, 09:28
Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
Bugün, 09:04
HƏMAS İsrailə güzəştə getməkdən imtina edib
Dün, 16:24
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır
Dün, 15:57
Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verildi
Dün, 15:15
Adəmin atasına 30 sutka həbs verildi
Dün, 13:59
Çingiz Abdullayev qidadan zəhərlənib? - Rəsmi
Dün, 13:09
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dün, 12:37
Sabah 27 dərəcə isti olacaq - HAVA PROQNOZU
Dün, 12:02
“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli
Dün, 11:32
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dün, 10:54
“Qarabağ”ın daha iki potensial rəqibi bilindi
Dün, 10:18
Bakıda gənc qız intihar etdi