Qarabağ İcması: “Dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik”
Gündəm
Oxunub: 350
29 Tem 2020 | 18:01
Qarabağ İcması: “Dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik”


Ermənistanın müxtəlif bəhanələr altında münaqişənin mahiyyətini təhrif edən və işğalın nəticələrinin möhkəmlənməsinə hesablanmış cəhdlərini qətiyyətlə pisləyirik. Belə ki, Ermənistanın əlaltısı olan qondarma rejim danışıqların formatı ilə bağlı cəfəng iddialarından əl çəkməyərək, özünü yenidən “münaqişə tərəfi” kimi təqdim etməyə çalışıb. Dəfələrlə qeyd etdiyimiz kimi, münaqişənin həlli üçün aparılan danışıqların formatı ATƏT-in müvafiq qərarları, o cümlədən 1992-ci il Helsinki Yekun Görüşü zamanı qəbul olunmuş sənədlərdə təsbit olunub”.

Oxu.Az-ın məlumatına görə, Dağlı Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının bəyanatında belə bildirilir.

Bəyan edilib ki, bütün dünyanın qəbul etdiyi kimi, münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır.

“Ona görə də, qondarma qurumun öz aləmində hansısa “bəyanat” verməsi onun “mətninin” üzərində çap edildiyi kağız parçasından da dəyərsizdir. O ki qaldı 1994-cü il atəşkəs məsələsinə, Ermənistan ondan ərazilərimizin işğalının möhkəmləndirilməsi üçün istifadə edib. Bu dövr ərzində Ermənistan münaqişənin həll olunmasının hər vəchlə qarşısını alıb, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olub, o cümlədən qanunsuz məskunlaşdırma aparıb. Ermənistanın dəfələrlə danışıqlar formatını dəyişdirmək cəhdi beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən rədd edilərək qətiyyətlə pislənib. Lakin cəzasızlıqdan azğınlaşmış Ermənistan rəhbərliyi bu mövqeyindən əl çəkməyib və ilhaq siyasətinə xidmət edən addımları ilə kövrək sülh prosesinə zərbələr endirməkdə davam edib”, - deyə, bəyanatda qeyd olunub.

İcma Ermənistanın Tovuz təxribatına toxunaraq əlavə edib:

“Aydındır ki, münaqişənin sülh yolu ilə tənzimlənməsində Ermənistan maraqlı deyil. Lakin Ermənistan bilməlidir ki, onun torpaqlarımızı işğal altında saxlaması uzun sürməyəcək. Biz istənilən halda öz dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik”.
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur