Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət - TƏFƏRRÜAT
Gündəm
Oxunub: 252
4 Ağu 2020 | 14:02
Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət - TƏFƏRRÜAT


“Kaspi TM” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Xətai Estetik Klinikası”nda həkim-otorinolarinqoloq vəzifəsində işləmiş Natəvan Yaqubovanın barəsində olan cinayət işinə baxılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq edib.

Belə ki, Natəvan Yaqubova 3 oktyabr 2017-ci il tarixdə Bakı Şəhəri Xətai rayonu Süleyman Vəzirov küçəsi, ev 11 ünvanında yerləşən “Kaspi TM” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Xətai Estetik Klinikası”nda həkim-otorinolarinqoloq vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-otorinolarinqoloqun nümunəvi vəzifə təlimatının” 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməklə ona nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda qeyd olunan tələblərə əməl etməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərib.

Natəvan Yaqubova öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyib, öz xidməti vəzifəsini yerinə yetirməyib.

Natəvan Yaqubova tərəfindən 28 aprel 2018-ci il tarixdə qeyd olunan klinikada üzərində “lonzilektomiya və adenodektomiya” cərrahi əməliyyatı aparıb və qanaxma riski olan Turan İsayevin vəziyyətini cərrahiyyə əməliyyatından sonrakı dövrdə düzgün qiymətləndirməyib.

Natəvan Yaqubova xəstəliyin sonrakı dinamikasını, ağır cərrahiyyə əməliyyatı keçirmiş xəstədə sonradan yarana biləcək ağırlaşmaların qarşısının dərhal alınması və təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə saxlamayıb. O, xəstəni cərrahiyyə əməliyyatı olunmaqla iki gün stasionar şəraitdə qaldıqdan sonra evə buraxılması nəticəsində ehtiyyatsızlıqdan Turan İsayevin 3 may 2018-ci il tarixdə saat 18:15-də sol tərəfli tonzillektomiya cərrahi əməliyyat sahəsindən baş vermiş sonrakı qanaxma ilə əlaqədar tənəffüs yollarının qanla tutulması nəticəsində inkişaf edən aspirasion asfiksiya, kəskin tənəffüs çatışmazlığından ölümünə səbəb olub.

İstintaq orqanı tərəfindən Natəvan Yaqubovanın barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Xətai rayon Məhkəməsinin hökmü ilə Natəvan Yaqubova 2 il müddətinə müalicə və cərrah həkim-otorinolarinqoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.

Hökmdən narazı qalan Natəvan Yaqubovanın vəkili apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını əsas gətirib və ona bəraət verilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Natəvan Yaqubovanın vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kassasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, kassasiya şikayəti təmin olunmayıb.
Bugün, 16:46
Ayrılan pullar bizə çatmır - Zelenski
Bugün, 16:18
Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır
Bugün, 15:49
Həmid Nurinin oğlu da İsveçdə həbs edildi
Bugün, 15:15
Kreml Puqaçova ilə bağlı açıqlama yaydı
Bugün, 14:52
“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR
Bugün, 14:23
Milli Məclisin növbəti iclasının TARİXİ
Bugün, 13:45
Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH
Bugün, 13:02
“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb
Bugün, 12:37
Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?
Bugün, 11:53
“Crocus City Hall” terrorunda yaralananların sayı artdı
Bugün, 11:15
Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir
Bugün, 10:46
İran bu ölkələri Xəzərə buraxmaq istəmir
Bugün, 09:59
Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA
Bugün, 09:15
MİDA-nın vəzifəli şəxsi vəfat etdi
Bugün, 08:47
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam