Pirşağıda villa sahibləri dənizi yenidən hasara alıb - FOTO
Gündəm
Oxunub: 245
5 Ağu 2020 | 13:25


Pirşağıda villa sahibləri dənizi yenidən hasara alıb - FOTO

"Bir il əvvəl Pirşağıda məşhur 5 villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu mediada geniş işıqlandırılmışdı. Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr arasında söküldüyünü müşahidə etdim".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

O bildirib ki, bu il Pirşağıda gördüyü mənzərəyə yenə təəccüblənib:

"Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü 3 metrə yaxın dəmir dirəklər basdırmışdılar. Bu adamlar dövlətə və millətə meydan oxuyaraq “biz qanundan güclüyük” demək istəyirdilər. İlk qapalı villanın Penitensiar xidmətin rəisinə məxsus olduğuna dair xəbərləri bir neçə gün öncə bəzi saytlardan öyrəndim. Bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm. Ancaq öz gözlərimlə gördüyüm o idi ki, həmin vilanın sahibi kimdirsə nümayişkənarə şəkildə dənizi yenidən insanlara qapatmışdı. Ən maraqlısı odur ki, illərdir həmin bahalı villalarda yaşayış görmədim, pəncərələr hər zaman qapalıdır. Buna baxmayaraq, “dəniz də mənimdir” deyən harınlamış təbəqə yaşamadığı villasının dənizə çıxışını qanuna zidd olaraq insanlara qapatmaqla məşğuldurlar. Ancaq bu gün daha bir sürpirzlə qarşılaşdım.

Bu gün dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü.
Pirşağıda villa sahibləri dənizi yenidən hasara alıb - FOTO

Yenə sevindim. Buna baxmayaraq, o qədər də ümidli deyiləm. Dövlətə və millətə meydan sulayan həmin təbəqə yay bitdikdən sonra villası ətrafında dənizə çıxışı yenidən bağlamağa çalışacaq. Çünki, bunu hər dəfə edirlər. Hasarlar sökülür, onlar yenidən tikirlər. Gələn il Pirşağıya qayıtdıqda dənizə uzanan həmin dəmir dirəkləri yenidən müşahidə etsəm, onların dövlətimizdən və qanunlarımızdan daha güclü olduğu qənaətinə gələcəm".
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur