“Aqrolizinq” ASC-də gübrə maxinasiyası - Yeyinti ittihamı...
Gündəm
Oxunub: 255
10 Ağu 2020 | 09:42
“Aqrolizinq” ASC-də gübrə maxinasiyası - Yeyinti ittihamı...

"Aqrolizinq" ASC iyulun 29-da mineral gübrələrin alınması üçün növbəti müqavilələr imzalayıb. Bu dəfə ümumilkdə 32 min ton gübrə alınıb.

Aqrolizinq-n məlumatına görə, müqavilələr "Agro TT” və "Ş.A.R. Aqro” şirkətlərinə verilib. Dövlət satınalmalarının vahid elektron portalına əsasən, "Agro TT” QSC 20 min ton ammonium nitrat və 7 min ton nitroammofoska mineral gübrələrinin, "Ş.A.R. Aqro” MMC 5 min ton ammofos mineral gübrəsinin satınalınması barədə müqavilə əldə edib.

Şirkətlərə verilən müqavilələrin dəyəri müvafiq olaraq 14 mln. 184 min və 4 mln. 505 min manat olub. Ammofos gübrəsinin bir tonu 901 manata alınıb, eynilə bu qiymətə ötən il "Azfar Trans” MMC ilə müqavilə imzalanıb.

Ötən il Aqrolizinq "Azfar Trans" şirkətindən 40 min ton ammofos gübrəsi (müqavilənin dəyəri 36 mln. 40 min manat) və "Ş.A.R. Aqro” MMC-dən 20 min ton nitroammofoska gübrəsi (13 mln. 440 manat) alıb.

2019-cu ilin dekabr ayında "Agro TT” QSC "Aqrolizinq”dən təkliflər sorğusu yolu ilə 30 min ton ammonium nitrat mineral gübrənin (14 mln. 280 min manat) satınalınması barədə müqavilə əldə edib.

Mineral gübrələrin alınması zamanı "Aqrolizinq” ASC təkliflər sorğusu üsulu tətbiq edir. Maraqlıdır ki, bu metodun istifadəsi əvvəlcədən məlum olan malların alınmasına şamil edilmir.

"Dövlət satınalmaları haqqında" AR Qanununa əsasən, satınalan təşkilat satınalma ehtiyaclarını ödəmək məqsədilə uyğun qərarı vermək üçün malların (iş və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədiyi təqdirdə təkliflər sorğusu metodundan istifadə etməyə icazə verilir. Bu üsul, satınalan təşkilat elmi tədqiqat, təcrübə və ya araşdırma üçün razılaşma əldə etmək niyyətində olduqda da istifadə olunur.

Qanunvericilik təkliflər sorğusu metodundan daha bir vəziyyətdə - qabaqcadan görmək mümkün olmayan situasiyada malların (iş və xidmətlərin) satın alınmasına təcili ehtiyac yarandıqda istifadəsinə imkan verir.

Ancaq yuxarıda qeyd olunduğu kimi, "Aqrolizinq" ASC konkret tərkibli mineral gübrələrin planlı satınalınmasını həyata keçirir.

2007-ci ildən Azərbaycanda mineral gübrələr fermerlərə və kənd təsərrüatı müəssisələrinə güzəştli qiymətlərlə satılır. Hazırda gübrələrin 70%-in qiyməti dövlər büdcəsindən subsidiyalaşdırlır.
.
Dia.az
Bugün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Bugün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Bugün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Bugün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Bugün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Bugün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Bugün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Bugün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Bugün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Bugün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Bugün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Bugün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
Dün, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
Dün, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Dün, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
Dün, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
Dün, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
Dün, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
Dün, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
Dün, 12:13
Azyaşlılarda bu xəstəliklər artıb
Dün, 11:40
Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI
Dün, 10:50
Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO
Dün, 10:24
Evinin həyətində asılmış meyiti tapıldı
Dün, 09:44
Aytən Səfərova ağır yol qəzası keçirtdi
Dün, 09:14
Ən çox nifrət edilən 5 bürc: Hamı onları...
Dün, 08:40
Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib
16-04-2024, 16:55
“Semka” da həbs edildi