Ermənistandan növbəti hiylə: Qaçqın "oyunu" - GƏLİŞMƏ
Gündəm
Oxunub: 294
10 Ağu 2020 | 13:47
Ermənistandan növbəti hiylə: Qaçqın "oyunu" - GƏLİŞMƏ
“Azərbaycan həm evlərini tərk etmək məcburiyyətində qalan erməni qaçqınlarına, həm də onların övladlarına təzminat ödəməlidir”. Yerevan KİV-lərinin verdiyi məlumata görə, bunu yeni yaradılan Erməni Qaçqınlar Platformasının təşəbbüs qrupunun koordinatoru Artur Kazaryan deyib. O, “Azərbaycandan gələn erməni qaçqınlarının problemlərinin hüquqi həllini” ancaq bu yolda görür.

Ümumiyyətlə, mövcud şəraitdə bir qədər qəribə sələnən bir təşəbbüsdür. Belə ki, Kazaryan "Bakı, Kirovabad, Sumqayıt, Şaumyan, Getaşendən olan erməni qaçqınlar öz evlərinə qayıtmağı xəyal da etmirlər, çünki bugünkü Azərbaycan onların hüquqlarına zəmanət verə bilməz”, - iddiasını səsləndirib.

Maraqlıdır ki, bu fikirləri irəli sürən Kazaryan, Ermənistandan, Dağlıq Qarabağdan qovulmuş yüzminlərlə azərbaycanlı qaçqını və onların hüquqlarını xatırlatmır. Belə çıxır ki, onların da İrəvandan eyni qaydada təzminat tələb etmək hüququ var? Üstündən 30 il keçmiş bu problemin həlli nə qədər realdır?

Məsələ ilə bağlı AYNA-ya danışan Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) direktoru Eldar Zeynalovun fikrincə, münaqişədən zərər çəkmiş insanlara - istər ermənilərə, istərsə də azərbaycanlılara - kompensasiya ödəmək fikri qəribə yox, başa düşüləndir: “Bu, mülkiyyəti qorumaq üçün beynəlxalq səviyyədə tanınmış hüquqa - məsələn, İnsan Hüquqlarının və Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyasına əlavə protokolun 1-ci maddəsinə əsaslanır. Bu maddədə sözügedən hüququn "cəmiyyətin maraqları naminə" pozulmasının mümkünlüyü barədə qeyd verilsə də, pozulmaya "qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə təmin olunmuş şərtlərlə" yol verilir. Ümumiyyətlə, "cəmiyyətin maraqları" olduqca spekulyativ bir məqamdır və "qanunda nəzərdə tutulmuş şərtlər" qanunla birlikdə asanlıqla dəyişdirilə bilər. Bundan fərqli olaraq, "beynəlxalq hüququn ümumi prinsipləri" olduqca əsaslıdır və təşkilatlara qoşulduqda onlara imza atanlar tərəfindən mübahisə predmetinə çevrilmir”.
“Qeyd edim ki, 2005-ci ildə BMT Qaçqınların və Məcburi Köçkünlərin Mənzil və Mülkiyyətinin Qaytarılması haqqında Prinsipləri (Pineiro Prinsipləri) qəbul etdi. Bu prinsiplərə əsasən, "bütün qaçqın və köçkünlərin özbaşına və ya qanunsuz olaraq məhrum edilmiş hər hansı bir mənzil, torpaq və digər əmlaklarını geri almaq və ya qərəzsiz məhkəmə tərəfindən əslində geri qaytarılması mümkün olmayan əmlaka görə kompensasiya almaq hüququ var. Aydındır ki, qaçqınların kompensasiya tələbləri, emosional amilləri kənara qoysaq, hər iki münaqişə tərəfinin BMT və Avropa Şurasına qoşulmasından və mülkiyyətin qorunmasının ümumi prinsiplərinə əməl etmələrini öhdələrinə götürməsindən sonra bir növ əməli məzmunla qüvvətlənməyə başladı”, - müsahibimiz deyib.

O, xatırladıb ki, hələ 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində Laçından olan bir qaçqın - Elxan Çıraqov və digərləri tərəfindən Ermənistana qarşı iqtisadi iddialar irəli sürüldü (şikayət № 13216/05): “Bir az sonra - 2006-cı ildə Goranboydan (əvvəllər Şaumyan kənd) olan bir erməni qaçqını Minas Sarkisyan (№ 40167/06) Avroa Məhkəməsinə Azərbaycana qarşı oxşar şikayət etdi. Bu işlərin presedent xarakterini nəzərə alaraq, onlara Məhkəmənin Böyük Palatası baxıb, şikayətlərin mahiyyəti üzrə qərar on il sonra - 16 iyun 2015-ci ildə verilib və daha sonra - 12 dekabr 2017-ci il tarixində kompensasiya müəyyən edilib. Çıraqovla bağlı qərar hələ də icra olunmamış sayılır və bu ilin iyun ayında Azərbaycan Xarici İşlər Nazirliyi bunu erməni tərəfinə xatırlatdı. Məhkəmə müddətinin bu qədər uzanmasının səbəbi baxılan işlərin bənzərsizliyi ilə əlaqəli deyildi. Bundan əvvəl Yunanıstan-Türkiyə qarşıdurmasına görə Kipr qaçqınları ilə əlaqədar bu çox oxşar işə baxılmışdı. Yeri gəlmişkən, Çıraqov və Sarkisyanın şikayətlərinə baxılarkən, Avropa Məhkəməsi elə bu işlərə istinad etmişdi”.

AİHM direktorunun sözlərinə görə, “mülkiyyət hüququ” özü kifayət qədər geniş bir anlayışdır: “Bu da yalnız müəyyən bir şəxsin mülkiyyəti və ona sahib olmaq üçün əsaslardan ibarət deyil, həm də əmlakın istifadəsi, onunla bağlı qərar verilməsi və dövlət tərəfindən əmlakın qorunması ilə bağlı bir sıra qanun normalarını əhatə edir. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi kimi uzunmüddətli bir qarşıdurmada qanunun təsirini vaxtında nəzərə almaq lazımdır. Münaqişə davam edərkən, mülkiyyət hüquqlarının qorunması vasitələrinin milli səviyyədə tükənməsi tələbinin təmin edilməsi də çətindir. Avropa Məhkəməsinin Böyük Palatasının verdiyi "qızıl orta qərarı" həm Çıraqov, həm də Sarkisyana 5000 avro maddi və mənəvi zərərə görə kompensasiya, habelə işin xərclərini ödəmək məbləğindən ibarət idi (Avropa ədalətini göstərmək üçün qeyd edim ki, işi aparan vəkillərə zərərçəkmişlərdən 6 qat daha çox məbləğ təyin olunmuşdu). Belə aşağı məbləği əsaslandırmaq üçün Məhkəmənin arqumentlərindən biri də kompensasiyanın münaqişə ilə bağlı "siyasi səviyyədə qərara qədər" verilən bir məbləğ olması idi. Yəni bu şikayətlərlə əlaqədar açıq şəkildə tam kompensasiya verilməsi nəzərdə tutulmurdu”.

“Xatırladım ki, əmlakla bağlı şikayət hissəsində Gülüstan kəndinin keçmiş sakini M.Sarkisyan qeyd edirdi ki, ona kənddə qalan evə daxil olmağa icazə verilmir, bunun üçün kompensasiya verilməyib, həmçinin ona məxsus torpaq sahəsinin becərilməsi imkanları da yoxdur. İşdən aydın olur ki, Sarkisyan hələ də heç kimin istifadə etmədiyi bir evin və torpaq sahəsinin sahibi hesab olunur və buna görə də Məhkəmə hesab edir ki, "maddi ziyana görə müəyyən kompensasiya yalnız ərizəçinin torpaq sahəsindən almalı olduğu gəlir itkisi və əlavə icarə və yaşayış xərcləri ilə əlaqədar verilə bilər". Üstəlik, bu ziyanın üstündən uzun müddət keçdiyinə görə dəqiq qiymətləndirilməsi mümkün deyil. Azərbaycanda yaşamış ermənilərdən Sarkisyan şikayətinə oxşar vəziyyətdə yalnız Çaykənd sakinləri ola bilərlər. Ancaq orada da əmlakın sənədləşdirilməsi, dəyərinin qiymətləndirilməsi və s. ilə bağlı eyni suallar yaranacaq. Azərbaycan şəhərlərindən (Bakı, Gəncə, Sumqayıt) köçən erməni qaçqınların əksəriyyəti fərqli, təzminat istəmək baxımdan daha çətin, hətta, hüquqi cəhətdən ümidsiz vəziyyətdədirlər. Demək olar ki, onların hamısı fərdi evlərdə yox, dövlət binalarında yaşayırdı. Münaqişə başlayan zaman, onlar qeydiyyatdan çıxaraq, mənzillərinə köçəcək digər yerlərdə yaşayan insanlarla mübadilə etdilər, və ya bazar qiymətindən aşağı da olsa, evlərini onlara satdılar. Bəziləri, Azərbaycandan qaçqın statusu alması nəticəsində müxtəlif ölkələrdə olduqca qiymətli mənzillər aldılar, yəni, onların mənzil itkisi, Azərbaycan tərəfindən olmasa da, Rusiya və ya Almaniyanın hökuməti tərəfindən olsa da, artıq kompensasiya edilmiş sayılır. Bəziləri, hətta, qaçqın statusundan imtina edərək Ermənistan, Rusiya və s. dövlətlərin vətəndaşlığını qəbul etdilər. Beləliklə, bu halda itirilmiş mənzillərlə bağlı mübahisə başqa bir özəl müstəviyə keçirilir ki, burada iddia qaldırmaq müddəti hadisə baş verəndən sonra ötən 10 ilə yekunlaşır. Bu “10 ilin” də müddəti 20 il əvvəl bitib”, - həmsöhbətimiz bildirib.

“Yeri gəlmişkən, təzminat prosedurlarının müəyyənləşməsi problemin həll edilməsi demək deyil. Hökumətin bütün qaçqınlara sistemsiz olaraq, ucdantutma kompensasiya verməyə razı olmayacağı aydındır. Ölkədən gedərkən, şəxsin qaçqın statusunun, əmlak vəziyyətinin yoxlanılması, itirilmiş əmlakın qiymətləndirilməsi, varislərin müəyyənləşdirilməsi və s. üçün standartlar müəyyənləşdirmək lazımdır. Avropa Məhkəməsi Sarkisyan işi ilə bağlı qərarında "əmlak iddiaları, ərizəçinin vəziyyətində şəxslərə fayda verə biləcək digər tədbirlər mexanizmlərinin hazırlanması" deyəndə elə bu standartları nəzərdə tuturdu. Ancaq sözügedən standartların yalnız hərbi əməliyyatların tam bitməsindən, hər iki tərəfdə qurbanların dairəsi tam müəyyən edildikdən sonra müəyyənləşməsini gözləmək olar. Münaqişə nə qədər tez bitsə, qaçqınlara verilən təzminat məsələsi o qədər tez praktik müstəviyə keçə bilər”, - E.Zeynalov vurğulayıb.

Yuxarıda sözügedən erməni təşkilatının problem ortaya çıxandan 32 il sonra, iki ölkənin müstəqilliyinin 29-cu ilində, müvəqqəti atəşkəs imzalanmasının 26-cı ilində, Avropa Şurasına üzvlüyünün 19-cu ilində, Avropa Məhkəməsində qarşılıqlı iddia qaldırılmasının 15-ci ilində, cəbhədəki son münaqişədən sonra uğur qazanmaq şanslarının sıfıra endiyi bir vaxtda “yuxudan oyanması” təsadüfi deyil. Şübhəsiz ki, İrəvandakı siyasətçilərdən biri acınacaqlı vəziyyətdə olan qaçqınları bir daha siyasi oyunlarda istifadə etmək fikrinə gəlib.
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Dün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Dün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Dün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
24-04-2024, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
24-04-2024, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
24-04-2024, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
24-04-2024, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
24-04-2024, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
24-04-2024, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
24-04-2024, 13:28
Prezident 2 fərman imzaladı
24-04-2024, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
24-04-2024, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
24-04-2024, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
24-04-2024, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
24-04-2024, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ