AzTV-nin əməkdaşını şantaj edən “ARB 24”ün keçmiş rəhbərinin oğlu imiş
Gündəm
Oxunub: 245
10 Ağu 2020 | 15:43
AzTV-nin əməkdaşını şantaj edən “ARB 24”ün keçmiş rəhbərinin oğlu imiş

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj etməkdə şübhəli bilinən şəxs “ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, N. Şəfiyevin oğlu Yusif Şəfiyev AzTV-nin xanım əməkdaşı ilə bir müddət tanışlıq münasibətində olduqdan sonra xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi fotoları montaj edərək rüsvayedici şəkillərlə birləşdirib. Daha sonra onları qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib. Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri “aztvxana” adı ilə açdığı instagram səhifəsində paylaşıb.
1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, N.Şəfiyev AzTV, İTV, “Türkel” TV və ARB 24 televiziyalarında müxtəlif vəzifələr tutub. 2018-ci ilin sentyabr ayında “ARB 24” telekanalının rəhbəri vəzifəsindən çıxarılıb. Həmin zaman onunla birgə oğlu Allahverdi Şəfiyev də redaktor vəzifəsindən azad olunub. Nadir Şəfiyev 2019-cu ildə İsmayıllı rayonunun Basqal kəndində bələdiyyə üzvü seçilib.
Bugün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Bugün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Bugün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Bugün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Bugün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Bugün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Dün, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
Dün, 15:14
“Nəsimi” stansiyasında yanğın
Dün, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam
Dün, 14:03
Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
Dün, 12:57
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
Dün, 12:12
Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...
Dün, 11:36
Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər
Dün, 10:21
Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
Dün, 09:51
Bakıda 15 yaşlı qız itkin düşüb
Dün, 09:20
27 Mart - Azərbaycanda Elm Günüdür
Dün, 08:55
134 nəfər Füzuliyə YOLA SALINDI
26-03-2024, 17:44
Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib
26-03-2024, 16:51
25 yaşlı qadın öldürüldü - Əri tutuldu
26-03-2024, 15:57
Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü
26-03-2024, 14:50
İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video
26-03-2024, 14:30
Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı
26-03-2024, 13:36
Bakıda yenidən qurulan parklanmada qiymətlər...
26-03-2024, 12:23
Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT
26-03-2024, 11:48
Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”
26-03-2024, 11:18
Ərdoğanın mayda ABŞ-yə səfəri gözlənilir
26-03-2024, 10:33
Kirbi əməkdaşlıqdan imtina etdi - Rusiyadan cavab