“COVİD-lə mübarizəni əhalinin ixtiyarına versək, yoluxma daha da artacaq” - infeksionistdən xəbərdarlıq
Səhiyyə
Oxunub: 384
30 Mrt 2021 | 09:15

“COVİD-lə mübarizəni əhalinin ixtiyarına versək, yoluxma daha da artacaq” - infeksionistdən xəbərdarlıq

Rusiya və Gürcüstanda koronovirusla mübarizədə sərt karantin rejimləri, qapanmalar getdikcə aradan qaldırılır. Bu məsələdə əsas məsuliyyət xalqın üzərinə qoyulur. Elə bir gün öncə Tiflisdə keçirilən futbol matçında stadionun dolu olması buna bir sübutdur. Bu arada Gürcüstanda martın 15-dən idman salonları və xizək mərkəzlərinin işi, teatrlarda məşqlər bərpa edilib. Universitetlərdə və peşə məktəblərində əyani təhsil bərpa edilib və dərnəklərdə təlim də açılıb. Mart ayının 13-dən isə həftə sonları ticarət mərkəzlərinin, qeyri-ərzaq mağazalarının və yarmarkaların işinə icazə verilib. 8 martdan bəri restoran və kafelər qapalı yerlərdə qonaq qəbul etmə hüququ alıb və “canlı” musiqi ifa etməyə icazə verilib. İşçilərin yüzdə 20-nin iki həftədə bir dəfə koronavirus testindən keçməsi şərti ilə uşaq bağçaları 1 martdan etibarən açılıb. Universitetlərdə klinik, praktik və laboratoriya işləri və imtahanlar da bərpa olunub. Muzeylər və kitabxanalar açılıb.

Gürcüstanın üç şəhərində - Tiflis, Kutaisi və Rustavidə fevralın 8-dən metro, avtobus və sabit marşrut taksilərində ictimai nəqliyyat öz işini davam etdirir. Ölkə daxilində qeyri-ərzaq bazarları və yarmarkaları yenidən işə başlayıb. Bütün mağazalar və ticarət mərkəzləri 1 fevraldan etibarən yenidən açılıb.

Rusiya hökumətindən də bildirilib ki, ölkədə hər kəs özü-özünü qorumalıdır, hökumət müdaxilə etmir. Rusiyada yaşayan soydaşlarımız da ölkədə sərt məhdudiyyətlərin tətbiq edilmədiyini deyirlər.

Bizimlə söhbətdə Rusiyada yaşayan həmyerlimiz Rəsul Babayev deyir ki, ölkədə həyat öz axarında davam edir: “Sentyabrdan uşaqlar məktəbə gedirlər, maskasız gəzirik, burada cərimə yoxdur. İstədiyimiz yerə rahat şəkildə gedirik-gəlirik. Yoluxma da çox deyil”.

Bəs görəsən, bizim ölkəmizdə də bu cür taktika tətbiq edilə bilərmi? İnsanları el dili ilə desək, “Allah ümidinə” buraxmaq olarmı? Qonşu ölkələrdəki qayda bizdə də tətbiq edilə bilərmi?

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əgər xalqımızı seviriksə, onları koronavirusla baş-başa qoymamalıyıq. Təbii ki, dövlətimiz də hazırda xalq üçün nə lazımdırsa edir. Nə Rusiyada, nə Gürcüstanda COVİD-lə bizdəki kimi mübarizə aparılıb. COVİD çıxandan sonra ölkəmizdə 20-dən artıq modul tipli xəstəxana, 50-dən artıq laboratoriya açıldı. COVİD xəstələri üçün nə lazımdırsa edildi. Belə bir vəziyyətdə fikrimcə, mübarizəni əhalinin ixtiyarına buraxsaq, yoluxma həddən artıq çoxalar. Bu fikri dəstəkləmirəm”.

İnfeksionist son günlər virusa yoluxanların xəstəliyi ağır keçirməsi ilə bağlı narahatlığını bildirib: “Son günlərdə ev şəraitində gördüyüm xəstələrin hamısı ağır gedişlidir. İstər cavan, istər yaşlı insanlarda qısa müddətdə ağırlaşmalar görürəm.

İki gün ərzində başlayan qızdırma 40 dərəcəyə qədər yüksəlir. Yüksək qızdırma hərarətsalıcı preparatlara tabe olmur. Laborator göstəricilərə əsasən yazılan antibiotiklər effekt vermir, qızdırma düşmür.

Qısa müddətdə ağciyərlərdə geniş həcmli zədələnmə inkişaf edir. Hətta ağırlaşan xəstələrə “Deksametazon” da kömək etmir. Bir sözlə, kompleks müalicə istənilən klinik-laborator nəticə vermir. 2-3 gün ərzində xəstə sürətlə ağırlaşır, saturasiya sürətlə düşür.

Onu da deyim ki, gördüyüm ağırlaşan xəstələrin hamısı ilk gündən “Favipiravir” qəbul ediblər. Onsuz da virus əleyhinə konkret dərman yoxdur, “Favipiravir” yazmaqla xəstəni daha tez ağırlaşdırırlar. Hətta ağır xəstələrə ancaq “Favipiravir”lə monoterapiya aparılır. Onsuz da ağır olan xəstə digər tərəfdən dərmanın toksiki təsirinə məruz qalır. Nəticə nə olur? “Covid idi, öldü”.

Panikaya düşməli deyilik, əksinə, daha ehtiyatlı davranmalıyıq, məsuliyyətli olmalıyıq, əks-epidemik tədbirlərə daha ciddi əməl etməliyik. Özümüzü və yaxınlarımızı qorumalıyıq. Dünyanın 200-dən çox ölkəsində Covid infeksiyası yayılıb, amma hələ də bizdə “bu virusa inanmıram” deyənlər var".

V.Cavadzadə tibb bacılarının özbaşına müalicəsindən narazılığını dilə gətirib: “Sosial şəbəkə hesabımda onlarla bağlı yazmışdım, səhərdən zəng vurub narazılıq edirlər. Yenə də deyirəm, evdə həkim nəzarəti olmadan müalicə qəbuledilməzdir. Xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür, deyirlər narahat olmayın COVİD-19 infeksiyası elə belə olur. Ehtiyac olmadığı halda venadaxili infuziyalar (sistemlər) yeridilir. ”Mənə sistem vur, bədənim yuyulsun" ifadəsi yaranıb. Digər tərəfdən də testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxslərə ilk gündən “Deksametazon”, iki antibiotik və s. kimi preparatlar vururlar.

Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlara - “Kalsium-qlükonat”, “Essensiale”, “Riboksin”, “Aktovegin” daxildir. Bu dərmanları yəqin həkimlər də təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər.

COVİD-19 infeksiyasında laxtalanma artdığı halda xəstələrə “Kalsium-qlükonat” vururlar ki, xəstə əziyyət çəkməsin, o dünyaya daha tez getsin. Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə “Essensiale” vurulur? O qədər müasir hepatoprotektorlar var.

Ya da elmi cəhətdən heç bir effekti olmadığı sübuta yetirilən “Aktovegin” preparatı. Digər bir məsələ isə insan aptekə gedərək evdə COVİD-19 xəstəsi olduğunu deyir və ona hansı dərmanların lazım olduğunu soruşur və alır. Aptek işçisi də yığır bahalı dərmanlardan iki çanta, deyir, “buyurun, vurun, düzələcək”. Xəstə yaxını bütün bunları etdikdən sonra görür ki, xəstəsi ağırlaşıb, boğulur, onda yadına düşür ki, həkimə müraciət etmək lazımdır.

Həkim də gəlir görür ki, xəstənin saturasiyası düşüb, vəziyyəti ağırlaşıb, xəstəxanaya getməlidir. Xəstə də o vaxt xəstəxanaya gedir ki, artıq iş işdən keçmiş olur. Sonra da xəstə yaxınları deyirlər ki, “xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür”. Anlamaq istəmirlər ki, xəstəni elə demək olar evdə öldürüb gətirirlər. Amma heç biri dilə gətirmir ki, xəstəni evdə əvvəl tibb bacısı müalicə edib. Sonra da deyirlər niyə bu qədər ölüm var".

V.Cavadzadə insanları xəbərdar edib: “Son günlər mənim gördüyüm xəstələrin demək olar ki, hamısı müxtəlif məclislərdə yoluxanlardı. Ya bayramda toplaşıblar, ya xeyir iş keçiriblər, yas məclislərində yoluxublar, ya da ailə daxilində yoluxma baş verib. O səbəbdən də insanlar toplum olan yerlərdən uzaq olmalıdırlar”.

İnfeksionist insanların qriplə koronavirusu necə ayırd edə bilməmələrinə də münasibət bildirib: “Kliniki əlamətlərinə uyğun olaraq koronavirusla qripi fərqləndirmək çətin olur. İybilmə, dadbilmə itməyibsə, bunu bilmək lap çətindir. Yalnız PCR testi verməklə düzgün cavab almaq olar”.
“Yeni Müsavat”
0
Dün, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
Dün, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
Dün, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Dün, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
Dün, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
Dün, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
Dün, 13:28
Prezident 2 fərman imzaladı
Dün, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
Dün, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
Dün, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Dün, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Dün, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ
Dün, 09:26
Şimali Makedoniyada prezident seçkiləri keçirilir
Dün, 09:02
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
23-04-2024, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
23-04-2024, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
23-04-2024, 17:11
Əli Əsədov yeni qərar imzaladı
23-04-2024, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
23-04-2024, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
23-04-2024, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
23-04-2024, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
23-04-2024, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
23-04-2024, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
23-04-2024, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
23-04-2024, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
23-04-2024, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
23-04-2024, 10:12
Azərbaycanda zəlzələ oldu