Azərbaycanlı məşhurlardan yanğınlarla bağlı Türkiyəyə dəstək mesajları
Şou
Oxunub: 231
30 Tem 2021 | 17:02


Azərbaycanlı məşhurlardan yanğınlarla bağlı Türkiyəyə dəstək mesajları

Türkiyədə baş verən meşə yanğınları ilə bağlı azərbaycanlı məşhurlar da dəstək məqsədli paylaşımlar ediblər.

Xeberler.org bildirir ki, müğənni Xatirə İslam dünyanı dağıdanın, yandıranın insan olduğunu deyib.

"Sonra da deyirik, insanları niyə azaltmaq istəyirlər? Təbiəti məhv edən, heyvanları öldürən ekologiyanı korlayan insandır. Okeanın ortasında dünya boyda butulka zibilliyi yaradan insandır” , - deyə ifaçı qeyd edib.

İfaçı Abbas Bağırov qardaş ölkəyə başsağlığı verib: "Bu vəhşiliyi edənlərin Allah bəlasını versin!”.

Aparıcı Zaur Baxşəliyev yanğınlarda zərər görən insanlara səbr diləyib: "Bu dünyada insanların canını yandıranlar, o dünyada cəhənnəm odundan qurtula bilməyəcək”.

Prodüser Tarix Əliyev də Türkiyəyə dəstək olanlar sırasında yer alıb. O, qardaş ölkənin yanında olduğunu vurğulayıb: "Bunu kim edibsə, Allahdan cəzasını alacaq”.

Digər aparıcı Vüsalə Əlizadə isə təbiətin bütün şərəfsizliklərin qurbanı olduğunu qeyd edib:

"Bağışlaya biləcəksənmi bu acgöz, mundar məxluqları? Başınız sağ olsun, qardaş ölkəm. Bizim də canımız yandı”.

Xalq artisti Faiq Ağayev bütün dünyanı yardım etməyə çağırıb:

"Türkiyəni yanğınlar bürüyüb. Adana, Muğla, Mersin, Bodrum, Osmaniye, Kayseri, Marmaris, Didim, İzmir, Kocaeli, Kozam, Kütahya... Manavqatdakı dostlarım imdad edir. Allah rəhmini göstərsin! Qardaş Türkiyə üçün dua edirik. Onları tək qoymayaq!”.

Meşə yanğınları ilə bağlı paylaşım edənlər arasında Röya, Aygün Kazımova, Flora Kərimova, Xuraman Şuşalı və başqaları da olub.
Bugün, 13:02
“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb
Bugün, 12:37
Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?
Bugün, 11:53
“Crocus City Hall” terrorunda yaralananların sayı artdı
Bugün, 11:15
Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir
Bugün, 10:46
İran bu ölkələri Xəzərə buraxmaq istəmir
Bugün, 09:59
Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA
Bugün, 09:15
MİDA-nın vəzifəli şəxsi vəfat etdi
Bugün, 08:47
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam
27-03-2024, 14:03
Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
27-03-2024, 12:57
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
27-03-2024, 12:12
Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...
27-03-2024, 11:36
Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər
27-03-2024, 10:21
Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
27-03-2024, 09:51
Bakıda 15 yaşlı qız itkin düşüb
27-03-2024, 09:20
27 Mart - Azərbaycanda Elm Günüdür