Elməddin Bağıyev: Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı - Novruz
---
Oxunub: 29
19 Mrt 2024 | 01:38
Elməddin Bağıyev: Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı - Novruz

Elməddin Bağıyev
Orbita MTK-nın meneceri


Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda digər milli adət-ənənələrimiz kimi, Novruz bayramı da xalqın sevgisi və ehtiramı səviyyəsində qeyd edilir. Amma xalqımız ən gözəl Novruz bayramını məhz 2021-ci il martın 20-də qeyd elədi. Həmin gün Şuşada, Cıdır düzündən Azərbaycan xalqını bayram münasibətilə təbrik edən Prezidenti İlham Əliyev dedi: “Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram”. Həmin gündən bayramlarımız tamam başqa və gözəl ab-havada keçirilir.
Novruz təkcə təbiətdə deyil, düşüncələrdə də yeniləşmənin rəmzi kimi qəbul edilir. Zərdüşt peyğəmbərə görə, bu bayramda insanlar gözəl düşünür, xeyirli sözlər danışır və savab işlər görürlər. Novruz bayramı yalnız onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Novruzun azərbaycanlıların ən əziz bayramı olduğunu və tarixi irsə bağlılığımızı parlaq nümayiş etdirdiyini deyən Ümummilli Lider Heydər Əliyev çıxışlarında bildirmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Ümummilli Liderin bu sözləri öz təsdiqini tapdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və rəşadətli Ordumuzun sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. 2021-ci il martın 21-də Şuşada qalanan tonqalın alovunun istisi bütün Azərbaycana yayıldı. Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri aparılır. Bir vaxtlar doğma yurdlarını məcburən tərk etmiş vətəndaşlarımız mərhələ-mərhələ onlar üçün müasir üslubda tikilmiş evlərə köçürülür. Artıq Zəngilanın, Laçının, Fizulinin, Cəbrayılın sakinləri Novruzu öz doğma ev-eşiklərində qarşılayırlar. İşğaldan azad edilən digər şəhər və kəndlərimizə də keçmiş məcburi köçkünlərin qayıdışı prossesi davam edir. Bütün bunlar dövlətimizin iqtisadi gücünün göstəricisidir. Arzu edirik ki, işğaldan azad edilmiş bütün rayonlarımızın sakinləri doğma yurdlarına qayıtsınlar və bayram tonqallarını qalasınlar.Ümummilli lider Heydər Əliyev 24 il əvvəl - 1998-ci ildə “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”- deyə vurğulamışdı. Heydər Əliyevin ruhu şaddır. Çünki Onun vəsiyyəti və Azərbaycan xalqının arzuları reallaşdı. Heydər Əliyev yolunun müzəffər davamçısı, müdrik dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətə - möhtəşəm Qələbəyə imza atdı! Bu gün biz Novruz bayramını tarixi torpaqlarımızda–Xocalıda, Xankəndində, Şuşada və bütövlükdə Qarabağımızda qeyd edirik. Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Artıq işğaldan azad edilmiş ərazilərdə qururuq, yaradırıq, yaşadırıq... Tarixi abidələri, milli dəyərləri və ənənələri bərpa edirik... Və vurğuladığımız kimi, bu gün Novruz bayramını erməni vandalizmindən xilas etdiyimiz tarixi yurdumuzda qeyd edirik. 2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq ifadəsidir. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
27-04-2024, 16:05
Ali Məhkəmənin hakimi intihar etdi
27-04-2024, 15:46
Prezident onları təltif etdi - Siyahı
27-04-2024, 15:26
İlham Əliyev iki nazirə yeni vəzifə verdi
27-04-2024, 15:02
Pilləkənlərlə qalxmaq ömrü uzadır - Alimlər belə deyir...
27-04-2024, 12:03
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
27-04-2024, 11:19
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
27-04-2024, 10:38
“Azeri Light”ın qiyməti 90 dolları ötdü
26-04-2024, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
26-04-2024, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
26-04-2024, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
26-04-2024, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
26-04-2024, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
26-04-2024, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
26-04-2024, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
26-04-2024, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
26-04-2024, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
26-04-2024, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
26-04-2024, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
26-04-2024, 09:56
General-mayor vəfat etdi
26-04-2024, 09:56
General-mayor vəfat etdi
26-04-2024, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
26-04-2024, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar