Əsassız açıqlamalar ictimaiyyəti heç cür çaşdıra bilməz
---
Oxunub: 22
16 Nis 2024 | 12:52
Əsassız açıqlamalar ictimaiyyəti heç cür çaşdıra bilməz

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, "Mahal" MTK-nın sədri Elvin Rəhimov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Elvin Rəhimov haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

"Mahal" MTK-nın sədri Elvin Rəhimovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Elvin Rəhimovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Elvin Rəhimov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən səhiyyə məmurudur ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Elvin Rəhimov xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Elvin Rəhimov elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan məmurdur ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Oda hər kəsə bəllidir ki, Elvin müəllim yüksək savada və dünyagörüşə malik olan rəhbərdir. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Elvin Rəhimova məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.

Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Elvin Rəhimovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Elvin Rəhimovun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər.

Elvin Rəhimovun haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı, vətənpərvər olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Elvin Rəhimov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
Dün, 19:17
Həcc ziyarəti bu tarixdə BAŞLAYIR
Dün, 18:40
Prezident ABŞ nümayəndə heyətini qəbul edib
Dün, 18:10
Vəzifəli şəxslərin siyahısı genişləndirildi
Dün, 15:31
İmtahan nəticələri açıqlanıb, 8 şagirdin nəticəsi ləğv olunub, 4 nəfər yüksək bal toplayıb
Dün, 15:04
Ceyhun Bayramov Qətərdəki Forumda çıxış edib
Dün, 13:59
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir - Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH
Dün, 13:12
Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib - SİYAHI
Dün, 12:45
Mayın ilk gününün havası açıqlanıb
Dün, 12:19
Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək
Dün, 11:27
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər” – SENSASİON İDDİA
Dün, 11:04
Səidə Sultanın transparan geyimi GÜNDƏM OLDU
Dün, 10:25
Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ
Dün, 09:59
Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı
Dün, 09:20
ADNA terrorundan 15 il ötür
Dün, 08:50
Ən yaxşı öpüşən 5 bürc: Onlarla ehtiraslı sevgi yaşaya bilərsiniz
29-04-2024, 22:12
"VEYSƏLOĞLU" Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov
29-04-2024, 19:40
Azərbaycanda azyaşlı məktəbdən sonra yoxa çıxdı - FOTO
29-04-2024, 18:57
Həmzə Yusif istefa verdi
29-04-2024, 18:30
"Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ
29-04-2024, 17:51
NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi
29-04-2024, 17:35
“Bakı Sığorta” vətəndaşları aldadır - FOTOFAKT
29-04-2024, 17:21
Ukrayna Prezidenti: Rusiya ordusu yeni hücuma hazırlaşır
29-04-2024, 16:41
ABŞ səfiri Qırmızı Qəsəbədə olub
29-04-2024, 16:02
Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət edilib
29-04-2024, 14:48
Azərbaycanda film kimi OLAY – Əvvəl ana, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ
29-04-2024, 14:03
Qazaxda mina partladı - Yaralı var
29-04-2024, 12:50
Konsulun vəzifələri artırıldı