Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Cəmiyyət
Oxunub: 47
6 Mrt 2024 | 11:11
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolu var. Regionun əsas infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi bu baxımdan Azərbaycan üçün çox böyük iqtisadi və siyasi üstünlük gətirib. Hərçənd on il öncə bir çoxları üçün bu layihə xəyal kimi görünürdü və həyata keçilməsində şübhələri var idi. Lakin Azərbaycan dövləti bu layihənin də reallaşmasında öz gücünü ortaya qoydu. Bu haqda Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi: “Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”. Bu layihə vasitəsi ilə Azərbaycanın Avropaya kommersiya məqsədli qazının nəqli mühüm tarixi hadisədir. Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracı baxımından meqa layihə hesab edilir. Azərbaycan bu mürəkkəb layihəni uğurla icra etməyi bacardı. Çünki eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentləri əlaqələndirililib və həmçinin istismara verilib. Bütün bu işlər daha aşağı xərclə edilib. Cənab Prezidentin dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır: “Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var”. Məlumat üçün bildirək ki, 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə nəqlinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb.
Cənub Qaz Dəhlizinin seqmentləri üzrə işlər qrafikə uyğun şəkildə icra edilib. Hazırda layihənin reallaşması TANAP vasitəsilə həyata keçirlir. Prezident İlham Əliyevin fikrincə, Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. “On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”,- deyə dövlətimizin başçısı əlavə edib. Bildiyimiz kimi, Cənub Qaz Dəhlizinin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Cənab Prezident müsahəbəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün beynəlxalq əməkdaşlığın önəminə də toxunub: “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”. Bu baxımdan Cənub Qaz Dəhlizinin həm də siyasi əhəmiyyəti var. Çünki bu layihəyə aid olan ölkələr arasında sıx əməkdaşlıq da yaranıb. Xüsusən region ölkələri olaraq Azərbaycan, Gürcüstan və Türkiyənin Cənub Qaz Dəhlizinin icrası zamanı əməkdaşlığı daha da güclənib. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin keçdiyi digər ölkələr arasında da özünü göstərib. Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi ilə bağlı marşrut boyunca olan ölkələrdə saysız açılış və təqdimatlar təşkil edilib. Bu tədbirlərdə boru kəmərinin keçdiyi ölkələrin liderləri layihənin baş tutmasında Azərbaycanın rolunu və mənbə ölkə olmasını qeyd edirlər. Onlar bu işdə Prezident İlham Əliyevin qətiyyətini xüsusi vurğulayırlar. Əlbəttə ki, bütün bunları Avropa liderlərindən eşitmək qürurvericidir.
Artıq Azərbaycan Avropada, ümumiyyətlə, dünyada qaz ixrac edən ölkə olaraq tanınır. Bu gün Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə bir sıra Avropa Birliyi ölkələrini qazla təmin etməsi dövlətimizin iqtisadi potensialının əsas göstəricisidir. Bununla Avropa ölkələri alternativ təchizat mənbələrini əldə etmək imkanı qazanmış olurlar.

Təranə Axundova ,
Salyan Rayon Mərkəzi Xəstəxanasında həkim - fizioterapevti
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Dün, 16:05
Ali Məhkəmənin hakimi intihar etdi
Dün, 15:46
Prezident onları təltif etdi - Siyahı
Dün, 15:26
İlham Əliyev iki nazirə yeni vəzifə verdi
Dün, 15:02
Pilləkənlərlə qalxmaq ömrü uzadır - Alimlər belə deyir...
Dün, 12:03
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
Dün, 11:19
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
Dün, 10:38
“Azeri Light”ın qiyməti 90 dolları ötdü
26-04-2024, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
26-04-2024, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
26-04-2024, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
26-04-2024, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
26-04-2024, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
26-04-2024, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
26-04-2024, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
26-04-2024, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
26-04-2024, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
26-04-2024, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
26-04-2024, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
26-04-2024, 09:56
General-mayor vəfat etdi
26-04-2024, 09:56
General-mayor vəfat etdi
26-04-2024, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
26-04-2024, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar