Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə tarixi müsahibə kimi izlənilir.
Cəmiyyət
Oxunub: 351
6 Mrt 2024 | 13:48
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə tarixi müsahibə kimi izlənilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibə iqtisadi əməkdaşlığı əhatələyən beynəlxalq münasibətlər baxımından tarixi müsahibə kimi izlənilir.

Avropa məkanında çox böyük maraqla qarşılanan bu müsahibədə ölkə başçısı bir neçə mühüm əhəmiyətli məqama aydınlıq gətirib. Qeyd edilib ki, layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də ölkəmizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başlandı. Artıq uzunluğu 3500 kilometr olan kəmər reallığa çevrilib. Bu layihə getdikcə daha çox ölkələri əhatə edir. Hazırda Azərbaycanın təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları vardır. Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişib. Prezidentin də bildirdiyi kimi, on il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

Müsahibənin ümumi ahəngi Azərbaycanın istər siyasi, istərsə də iqtisadi qüdrətinin təsdiqi kimi dinlənildi: “Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”. Hər layihə ikitərəfli, çoxtərəfli olur. Bu layihələr müxtəlif dövlətlərin iştirakı ilə gerçəkləşə bilərdi. Azərbaycan Respublikasının Prezidenti müsahibəsində qeyd etdi ki, “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”.

Dünyada yanacaq problemi var. Bu problem qarşılıqlı iqtisadi əməkdaşlıqla aradan qaldırıla bilər. Bu baxımdan Azərbaycan dünyanın maraq dairəsində olan dövlətlər sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə perspektivlərdən də söz açdı ki, bu da dünyəvi problemin həlli istiqamətində ümidverici nəticələrin optimallaşacağı deməkdir: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”

Azərbaycan yeni dövrdə həyata keçirdiyi layihələrdə artıq təbi mühitin qorunması, yaşıl enerjiyə keçid məsələlərini prioritet kimi müəyyyənləşdirib: “Ölkə Prezidenti müsahibəsində qeyd etdi ki, Azərbaycan bu sahədə artıq mühüm yolu qət etməyə başlayıb. Ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir. İşğaldan azad edilmiş bölgələrdə aparılan infrastruktur işlərində də bu amil öndə tutulur”.

Müsahibəsinin sonunda ölkə başçısı qeyd etdi ki, “Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək”.

Arzu Hacızadə
Salyan şəhər 9 saylı tam orta məktəbin psixoloqu
Bugün, 16:05
Ali Məhkəmənin hakimi intihar etdi
Bugün, 15:46
Prezident onları təltif etdi - Siyahı
Bugün, 15:26
İlham Əliyev iki nazirə yeni vəzifə verdi
Bugün, 15:02
Pilləkənlərlə qalxmaq ömrü uzadır - Alimlər belə deyir...
Bugün, 12:03
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
Bugün, 11:19
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
Bugün, 10:38
“Azeri Light”ın qiyməti 90 dolları ötdü
Dün, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Dün, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
Dün, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
Dün, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
Dün, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Dün, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Dün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Dün, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Dün, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Dün, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Dün, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Dün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar